MƏHƏMMƏD ƏLİ GHAFFARİ (1966) Müsabiqə, Cənubi Azərbaycan 17 августа 2021 Məhəmməd Əli Ghaffari, Ali Əkbər oğlu,- Ahər'in ZandAbad kəndinde, 1966-cı il iyunun 24-də dünyaya gözünü açıb.ZandAbad kəndi gözəl bir dağın altında yerləşib.Dağın adi Shaiver, böyük bir dağ iki cüt qalası vardır.İyirmi yaşında şeir pıçıldamağa başladı və ana dilini öyrənməyə çalışdı.O Shaiver dağlarin'dan ilham aldı və bacardığı qədər qöşma gəraylı, mani, cinas, dödaqdəyməz şeirlər yazıb.Və bir çox dərnəkdən dərs alıb öyrənib, en böyük ustadı həkim Alişiqdır.Və hələ də tələbədir, öz başına öyrənməyə çalışır.Şairəm demirəm ay ellər ellərSənə şair desin ay ellər ellər… محمد علی غفاری علی اکبر اوغلیاهرین زنداباد کندینده ۱۳۴۵ دوردینجی آیین اوچینده دونیایه گؤز آچیبکشاورز بالاسیزنداباد کندی گوزل بیر داغین اتگینده قرار تاپیبداغین آدی شئیور داغی بویوک بیر داغ کی قوشا قالا سی وار۲۰ یاشلارینان شعر زمزه سینه باشلائیباوز آنادیلین اؤرنمگه چالیشیباوشئور داغلارینان ایلهام آلیبباشاردیقی قدر قوشما گرایلی مانی جیناس دوداق دئیمز شعرلرین یازیب وچوخلی انجمنلردن درس الیب ان بویوک اوستاد دکتر آلیشیقدانوحله ده بیر اورنجی تک درس آلماقا چاایشیرشاعرم دئمرم آی ائللر ائللرسنه شاعر دئسین آی ائللر ائللر Ulduz tək parlayır, şimşək tək şaxır,Az qalır nahaq qan sala gözlərin.Müjganı oxunu qəlbimə taxır,İstir ki canımı ala gözlərin.Qaşların kamandı, gözlərin ala,Heyran qaldım ağ yanaqda o xala,Aç qulaş qolların boynuma dola,Bir ömür xatirəm ola gözlərin.Dodaqlar qaymaqdı, gözlər piyala,Bu yazıq şeyvəri saldın nə hala?Arzum budur sənlə salam qol-qola,Biraz bi dərdimdən ala gözlərin.اولدوزتک پارلاییر شمشک تک چاخیرآز قالیر ناحق قان سالا گوزلرینمژگانی اوخونو قلبیمه تاخیرایستیرکی جانیمی آلا گوزلرینقاشلارون کماندی گوزلرین آلاحئیران قالدیم آغ یاناقدا او خالاآچ قولاش قوللارین بوینوما دولابیر عمر خاطرم اولا گوزلریندوداقلار قایماقدی گوزلر پیالابویازیق شئیوری سالدین نه حالاآرزیم بودور سنلن سالام قول_قولابیرآز بو دردیمدن آلا گوزلرینشئیور Seyrə çıxdım bu dağlara,Sinəsində sar görünür.Rəngin atıb sarı bülbül,Halın ahi zar görünür.Büıbül gülə qalıb həsrət,Tər bənövşə kimə qismət,Fələk, səndə nədir xislət,Gül üstündə xar görünür?!Qartallar göydə dolanır,Gözəl kəhlik daldalanır,Şırnalardan su calanır,Quzeylərdə qar görünür.Şair səndən ilham alır,Dağlar xəyalına dalır,Şeyvər, arzuların qalır,Hayıf dünya dar görünür.سئیره چیخدیم بوداغلارا سینه سینده سار گورونوررنگین آتوب ساری بولبولحالون آه وزار گورونوربولبول گوله قالیب حسرتتر بنوشه کیمه قسمتفلک سنده ندیر خصلتگؤل اوستونده خار گورونورقارتاللار گؤی ده دولانیرگؤزل کهلیک دالدالانیرشیرنا لاردان سو جالانیرگؤزِئی لرده قار گؤرونورشاعر سندن ایلهام آلیرداغلار خیالونا دالیر(شئیوَر) آرزولارین قالیرحائیف دونیا دار گورونورمحمدعلی - غفاری(شئیوَر)@AtamizBabakiftikharimizGör nə vəhşətli dünyadır,Özüm özümdən qorxuram.Mənim olub mənlə gəzən,Baxan gözümdən qorxuram.Harda gəzim, harda durum,Bəs kimə mən umud qurum?Gərək dilə qıfıl vurum,Ürək sözümdən qorxuram.Mir düşübdür vicdanlara,Qiymət verən yox canlara,Göz baxdıqca qurbanlara,Yaman dizimdən qorxuram.Dünya bizə tərsə baxır,Gözümüzdən qan yaş axır,Bu həyat şeyvəri yaxır,Görən gözümdən qorxuram. قورخورامگؤر نه وحشتلی دونیادی،اؤزوم اؤزومدن قورخورام. منیم اولوب منله گزن،باخان گؤزومدن قورخورام. هاردا گزیم، هاردا دوروم،بس کیمه من اومود قوروم،گرک دیله قیفیل ووروم،اورک سؤزومدن قورخورام. میر دوشوبدور وجدانلارا،قیمت وئرن یوخ جانلارا،گؤز باخدیقجا قوربانلارا،یامان دیزیمدن قورخورام.دونیا بیزه ترسه باخیر،گؤزوموزدن قان یاش آخیر،بو حیات شئیوری یاخیر،گؤرن گؤزومدن قورخورام.Bu dünyaya gələn köçər,Ellər bunu xatırlayın.Torpaq hər gün insan içər,Ellər bunu xatırlayın.İnsan olan cəfa çəkər,Həyatda bağ salıb əkər,Yeyə bilməz əkib tökər,Ellər bunu xatırlayın.Bu torpağın üzü sərin,Dərdləri var dərin-dərin,Sonu yoxdu qəm-kədərin,Ellər bunu xatırlayın.Xanimanlar olar talan,Şeyvər, dünya yalan, yalan,Bu torpaqda olmaz qalan,Ellər bunu xatırlayın. بو دونیایه گلن کوچرائللر بونو خاطرلائینتوپراغ هرگون اینسان ایچرائللر بونو خاطرلائینانسان اولان جفا چئکرحیاطدا باغ سالیب اکربی یه بیلمز اکیب توکرائللر بونو خاطرلائینبو توپراغین اوزی سریندردلری وار درین درینسونو یوخدی غم گئدرینائللر بونو خاطرلائینخانمانلار اولار تالانشئیور دونیا یالان یالانبو توپراغدا اولماز قالانائللر بونی خاطرلائینشئیورDli könül yedin yardan yaralar,Bədəsil yar, yarın dərin yaralar,Yatıbdı sinəmdə dərin yaralar,Aqil olan sevər dərin yar alar.Zalım fələk saldı məni ayağa,Sındı belim çətin qalxam ayağa,İnsafsızlar zəncir atəb ayağa,Görən varmı bundan dərin yarlar?Əcəl saymaz ya gədanı, ya xanı,Oda yansın yarın oda yaxanı,Ay şeyvər, nadana vermə yaxanı,Yarın dərin dərdin dərin yaralar... دلی کونول یئدین یاردان یارالاربداصیل یار یارین درین یارالاریاتیبدی سینه مده درین یارالارعاقیل اولان سئور درین یارالارظالیم فلک سالدی منی ایاغاسیندی بئلیم چتین قالخام ایاغاناانصاف لار زنجیر آتیب ایاغاگورَن وارمی بوننان درین یارالار؟عجل سایماز یا گئدانی یا خانیاودا یانسین یارین اودا یاخانیآی {شئیوَر} نادانا وئرمه یاخانییارین درین دردین درین یارالارمحمدعلی - غفاری {شئیوَر} @AtamizBabakiftikharimizBu dünyanın odlu-odlu günlərin,Gözüm baxa-baxa ayınan gördüm.Qışın ləzzətini boranda, qarda,Yazın ləzzətini yayınan gördüm.Sel gələr yarğan ağlar,Yar, yar ilə qan ağlar,Yar can üstə yar gözlər;Yar gəlməz yar qan ağlar.Dil danışar baş tükənməz baladan,Şahid olub şərr törətmə baladan,Canan keçər, ada dönməz baladan,Vəfasızı darda yayınan gördüm.Yar qandı yara qandı,Yar qanı yara qandı,Bu dərd məndə sağalmaz;Yar dərdim yara qandı.Yazən daşqın selin çayınan gördüm,Hicran yükün beldə tayınan gördüm,Kim deyər gözəli tayınan gördüm,Həftə ilə döndü yayınan gördüm.Canan cana can atarÜrək sevsə can atarSevə bilməz yamağıCan içində can atar.Ömür getdi şeyvər, hayınan gördüm,Ulduzlara baxdım ayınan gördümÖmür boyu həsrət gözəl gözələ,Oxu kaman üst yayınan gördüm. بودونیانین اؤدلی اؤدلی گونلرینگؤزیم باخا باخا آی اینان گؤردومقیشین لزتینی بؤراندا قاردایازین لذتینی یایینان گؤردومسئل گلر یارقان آغلاریار یارینان قان آغلاریار جان اوسته یار گؤزلریار گلمز یار قان آغلاردیل دانیشار باش توکنمز بالادانشاهد اؤلوب شر تورتمه بالا دانجانان کئچر آنا دونمز بالادانبفاسیزی داردا یایینان گؤردومیارقاندی یاراقاندییار قانی یارا قاندیبودرد منده ساقالمازیار دردیم یاراقاندییازین داشقین سئلین چایینان گؤردومهیجران یوکون بئلده تایینان گؤردومکیم دئیر گؤزلی تایینان گؤردومهفته ایله دؤندی یایینان گؤردومجانان جانا جان آتاراورک سئوسه جان آتارسئوه بیلمز یاماقیجان ایچینده جان آتاراؤمور گئتدی شئیور هایینان گؤردوماولدوزلارا باخدیم آیینان گؤردوماؤمور بویی حسرت گؤزل گؤزلهاؤخی کمان اوسته یایینان گؤردومYazıq insan nələr gəlib başına,Qanını susayan zəli bəyənmir.Bizim kəndin kəndxudası öləndən,Çöldən cövlan vuran dəli bəyənmir.Özgürlük güzarın qəm bürüyübdü,Ürəyi bürüyüb çən, çürüyübdü,Ağlamaqdan gözdə nəm quruyubdu,Çaqqallar şah olub ləli bəyənmir.Həyatdan insanın iysi çəkilib,Kədər vurub, sərv qəddlər bükülüb,Nədən sifətlərdən həya tökülüb,Nə çevrilib heykəl yəli bəyənmir.Pişiyin balası aslanı yeyir,Qarğalar zirvədə şahini döyür,Ay şeyvər sağsağan özünü öyür,Süd əmər danalar kəli bəyənmir. یازیق انسان نهلر گلیب باشینا،قانینی سوسویان زلی بَیَنمیر.بیزیم کندین کندخداسی اؤلندن،چؤلده جولان ووران دلی بَیَنمیر.اؤزگورلوک گذارین غم بورویوبدو،اورهیی بورویوب چن، چورویوبدو،آغلاماقدان گؤزده نم قورویوبدو،چاقاللار شاه اولوب لعلی بَیَنمیر.حیاتدان انسانین اییسی چکیلیب،کدر ووروب، سرو قدلر بوکولوب،نهدن صفتلردن حیا تؤکولوب،نه چئوریلیب هیکل یَلی بَیَنمیر.پیشیگین بالاسی آسلانی یئییر،قارغالار ذیروهده شاهینی دؤیور،آی شئیور ساغساغان اؤزونو اؤیور،سود امر دانالار کلی بَیَنمیر.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.