Mərhum şairimiz ŞAHİN BƏRDƏLİnin dahi Nizami Gəncəviyə həsr etdiyi şeirlər Ədəbiyyat » Müsabiqə 5 августа 2021 Şahin Bərdəli (Paşayev) - 1951-ci il dekabrın 5-də Bərdədə dünyaya göz açmış, şeir yaradıcılığına erkən başlamışdı. “Kommunizm yolu” qəzetində 1965-ci ildə dərc olunmuş “Palıd” adlı şeiri ilə 14 yaşında mət-buata gəlmiş, cap olunan yeni şeirləri ilə qısa müddət ərzində ürəklərə yol tapmışdı. “Palıdın müəllifi” kimi tanınan məktəblinin yeni şeirləri redaksiyanın təşkil etdiyi “Addımlar” şeir dərnəyində, tənqidi məqalələrdə müsbət rəy alırdı. Orta məktəbi hələ bitirməmiş bir şagird haqqında “Kominizm yolu” qəzetinin 1969-cu il 7 iyun tarixli nömrəsində “Uğurlar olsun” məqaləsinin yazılması, insanların məhəbbəti, güvəni ümid verirdi ki, sənət yolunun başlanğıcında olan Şahini bu yol zirvələrə aparacaq.1969-cu ildə orta məktəbi bitirib V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) Dil-ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə daxil oldu. O, eyni zamanda, Bərdə Mədəniyyət evində işləyir, orada keçirilən ədəbi məclislərdə, mədəni tədbirlərdə, şeir yığıncaqlarında iştirak edir və özü də şeir yaradıcılığı ilə məşğul olurdu.O, hərdən Bakıya gəlir, tanınmış qələm sahibləri ilə, o cümlədən Bəxtiyar Vahabzadə, Mir Mehdi Seyidzadə, Tofiq Bayram, Ənvər Əhməd və başqa şairlər ilə görüşüb şeirlərini onlara təqdim edir, müxtəlif məsləhətlər alırdı. Bu görüşlərin xoş təəssüratlarının nəticəsidir ki, Bakıdan həmişə sevinclə, gələcəyinə inam hissi ilə qayıdırdı. “Ulduz” jurnalının 1971-ci il avqust nömrəsində Şahinin şəkli ilə birlikdə üç şeiri; “Bərdəm mənin”, “Gözəllik”, “Dağların keşikçisi” şeirləri dərc olundu.Şahin yaradıcılığında, təhsilində, işində böyük uğurlar qazansa da, ömrünün bahar-tumurcuq dövründə çiçək açmadan taleyin qəfil zərbəsinə tuş gəldi. ”Ulduz” jurnalında işə düzəlmək üçün sənədlərini qəbul etmişdilər. Sonuncu arayış üçün Bərdəyə qayıdıb yenidən Bakıya gələrkən 1973-cü il yanvarın 21-də avtobus Göyçayda qəzaya uğradı. Başından zədə alan Şahin sağlamlığını itirsə də, şeirə, sənətə məhəbbətini itirmədi; ömrü boyu yazdı, yaratdı. “Dolaşdı” şeirində yazdığı kimi “həftəsi, ayı, ili dolaşsa da”, dili dolaşmadı, qələmi korşalmadı, daha da itiləşdi, cilalandı. Çünki Şahin böyük bir həyat eşqi ilə yaşayırdı: Mən Günəşdən qopub düşmüş bir zərrəyəm həyatda,Zülmətləri yarıb keçən bir xilqətim var mənim!Son vaxtlar israrla “Qarabağ havası almaq istəyirəm, gedirəm Ağdam xəstəxanasına, qələm dostum Səyyad Vəlioğlu da orada müalicə alır,” - deyirdi. Qarabağ həsrəti onu Bakıdan Ağdama apardı. Xocalı qırğınından 20 gün əvvəl - 1992-ci il 5 fevralda erməni daşnaklarının Ağdama, o cümlədən xəstəxanaya hücumu nəticəsində dünyasını bir şəhid kimi dəyişdi. Onun nəşi atəş sədaları altında çətinliklə xəstəxanadan çıxarılıb Bərdəyə gətirildi və İmamzadədə dəfn olundu.Şahin ali təhsilini Xankəndində alırdı. Dördüncü kursda maşın qəzası ilə yarımçıq qalan təhsili 1969-1973-cü illəri əhatə edir.Qiyabi oxumasına baxmayaraq Şahin Bərdə Mədəniyyət evində olduğu kimi, institutda da keçirilən ədəbi-mədəni tədbirlərdə iştirak edirdi.Şeirlərinin kitab halında çap olunması onun böyük arzusu idi. Amma bu günü görmək ona nəsib olmadı. Vəfatından 26 il sonra 2018-ci ildə bacısı jurnalist Sədaqət Şahbazovanın əməyi sayəsində Şahinin “Atəşlə doludur küllərim mənim” adlı 700 səhifəlik ilk kitab işıqüzü gördü. Kitab ali təhsil ocaqlarına, həm Bakı şəhər, həm də respublikamızın müxtəlif rayonlarının kitabxanalarına hədiyyə edildi.Bərdə Rayon İcra Hakimiyyətinin və MKS-in təşkilatçılığı ilə 2018-ci il 23 noyabrda Şahinin “Atəşlə doludur küllərim mənim” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.2020-ci ildə isə yenə də bacısı Sədaqət Şahbazovanın əməyi sayəsində Şahinin “Könlümdə eşq adlı bir günəş yanır” adlı 400 səhifəlik ikinci şeirlər kitabı dərc olundu.Şahinin külliyyatını təşkil edən bu kitablarda müəllifin Azərbaycan şeirinin demək olar ki bütün janrlarında, şəkillərində yazmış olduğu lirik şeirləri, sərbəst seirləri, qoşmaları, gəraylıları, qəzəlləri, rübailəri, bayatıları, mənsur şeirləri, müxəmməsləri, müəşşərləri və poemaları toplanıb.“Şairlər anadan şair doğulur” - deyiblər. İlahinin nuru olan, tanrıdan şair yarananların şeirləri zamanın sınaqlarından keçib və sevilib. Çünki belə şeirin yaranması saf çeşmənin dağların kökündən qaynayıb üzə çıxması kimidir. Şahin demişkən: - “Bir şeiri ki, bütün varlığının, bütün qəlbinin ehtirası coşa-coşa, bədənindən lərzə keçə-keçə yazmadın, o, şeir deyil.” Şahin özü də bir söz aşiqi kimi belə yazdı, bir Azərbaycan türkü kimi “Qanım bir türk qanıdır, şüarımı bilsin hamı, iş, tərəqqi, hərəkət, şerü-sənət, bir də vüqar!” - deyərək, belə yaşadı.Biz də aşağıda mərhum şairimiz Şahin Bərdəlinin bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik. Allahdan Şahin Bərdəliyə rəhmət diləyirik; məkanı cənnət, ruhu şad olsun...Bacısı Sədaqət xanıma isə bütün oxucularımız adından təşəkkür edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..ZiM.AzNİZAMİÇətindir adına sənin söz demək,Səndə möcüzələr, sirlər yatıbdır.Axıb əsərlərin dağ selləri tək, Bizim əsrimizə gəlib çatıbdır.Məcnunun göz yaşı axdı gözündən,Leylinin fəryadı qəlbində yandı.Gəncədən çıxmadın sən ömür boyu,Şöhrətin dünyanı gəzib dolandı.Qiymətlidir şahlar xəzinəsindənŞeir xəzinəsi sənin "Xəmsə"ndə.Dahilərə məxsus bütün qüvvələr,Bütün möcüzələr birləşdi səndə!Elə sənətkarlar, şairlər var ki,Bir sinfin, bir xalqın sənətkarıdır.Sənin sənətində coşan arzularBütün millətlərin arzularıdır.DAHİ ŞAİRİSƏN SƏN KAİNATINMən sənə bağlıyam uşaqlığımdan,Nizami! Qəlbimdə dillənir adın.Düşmür misraların dil-dodağımdan,Dahi şairisən sən kainatın!Məcbur etdilər ki, fars dilində yaz,Sinəni oxlara etdilər hədəf.Dedilər “Sarayda, fars elində yaz”,Getmədin, sən saydın bunu bir şərəf.Sinəni gərərək ərəb dilinə, Dedin “Vardır mənim öz ana dilim!”Qələmi hünərlə alıb əlinə,Məsləyi özünə bildin müəllim.Məsləkdən dönmədin çətin zamanda,Öz quru daxmana bağlandın, ustad.Sən bu gün bizimlə yaşamasan da,Səninlə dil açır qəlbimiz hər vaxt.Uymadın dövlətə, nə də sərvətə,Ömür eləmədin simü-zər üçün.Sən könlünü verdin şeirə, sənətəDuyub oxuyanlar, bilənlər üçün.Dedin ki; İskəndər dağlar aşaraq,Keçdi səhralardan, az yol keçmədi.Əbədi həyata yetmədi ancaq;Dirilik suyunu tapıb içmədi...Mənim dastanımda o çatdı fəqətDirilik suyuna-əbədiyyətə!Söylədin:-“Böyükdür sözdəki qüdrət.”Çöylər də baş əydi bu şeiriyyətə!.....Könlündə dil açan hər sədəfli sazHər zaman “el” deyir, “vətən” deyirdi.Səni yıxammadı sərt külək, ayaz,Bülbül tək ürəyin “gülşən” deyirdi.“Öz kasıb süfrənin şiri olaraq”,Əymədin başını düşmənə, yada.Ana vətənindən ilham alaraq Yazdın, məşhurlaşdı adın dünyada.Məqbərən ucalıb vətənimizdəAlıcı bir tərlan vüqarı kimi.Şeirin cəh-cəh vurur gülşənimizdəGənc ömrün çiçəkli baharı kimi.Sən öz muradına çatmısan, ustad;“Nəsihət”in ilə gedir övladın.Bizim dilimizdən heç zaman, heç vaxtDüşməmiş, düşməyir, düşəmməz adın.Sənin hər ürəkdə, bil ki, yerin var,Adın həkk olunub ürəyimizdə.Diləyin dil açır, böyük sənətkar,Bizim arzumuzda, diləyimizdə!NİZAMİNİN XATİRƏSİNƏ Sən ey şeirimizin böyük dühası,İlham dünyasısan, ağıl dəryası!Fikrin də, eşqin də dərindən dərin,Həyat yolçususan qərinələrin.Uca saraylardan ilham almadın,Heç bir hökmdara məddah olmadın!Səni çağırdılar saraya bəzən,Dedin:-Saraylara sığışmaram mən!Yox, mənə öz evim, çörəyim gərək, Ulduzlar mehmanı xəyallarımı,Fəzalar yolçusu şah vüqarımıGöylərdən yerlərə əyməyim gərək!Mərdlik, qəhrəmanlıq, həqiqət-deyə,Şeirin qüdrətini qaldırdın göyə,Qaldırdın enməyən bir bayraq kimi!Azəri dilinə güləndə şahlar,Qabardı köksündə qəzəblər, ahlar,Yerindən oynadın yanar dağ kimi!Özün dediyin tək “əsdi dodağın,Qulluq halqasına düşdü qulağın.”Bağlayıb könlünü şeirə, sənətə,Çağırdın elləri sən həqiqətə.İnandın Vətənin gələcəyinə,Zamanın yükünü aldın çiyninə.Səni hey incidən şahlar, xaqanlarBu gün bilinməyir kim olmuş onlar.Neçə yüz illəri sənsə aşmısan,Bu günkü nəsillə qucaqlaşmısan!Alqış şeiriyyətin fəzilətinə,Şair xəyalının həqiqətinə!Şərqdə, doğrudan da, (olmasın günah),Şairə demişlər “ikinci allah”.Şair-həqiqətin öz heykəlidir,O, xalqın dar gündə hünər əlidir!Tapmazsan bir ocaq şair tək yana,Dövrün kürəsində bişə, dayana!Nurudur, hüsnüdür şair həyatın,Həyat məşəlidir o, kainatın!Durdun alovlarda bir hünər kimi,Yandın el yolunda səməndər kimi.Azəri yurduna bağladın ürək,Dedin ki, öz dilim, öz elim gərək.Nizami, vətəndə dözüb min dərdə,Gəzib dolanmadın yad ölkələrdə!Vurduqca xalqının nəbzi qolunda,Dərin dəryalarda üzdün ər kimi.Yandın el yolunda, Vətən yolundaMüqəddəs arzular, əməllər kimi!***Nizami, gözümdə durur surətinGülləri sayrışan bir bahar kimi.İşığa səsləyən şeirin, sənətinYaşayır, ellərə yadigar kimi.Heç vaxt saraylara, hökmdarlaraDiz çöküb, əymədin başını, şair!Tərənnüm eylədin nəğmələrindəYurdun torpağını, daşını, şair!Sənin kitabların işığa, nuraBöyük bir həsrətin kitablarıdır.Sənin kitabların saf məhəbbətin,Vətənə xidmətin, xalqa xidmətin,Ölməz fikirlərin, mədəniyyətin,Haqqın, ədalətin kitablarıdır.Səni düşündükcə, deyirəm ki, mən;Ən gözəl mənalar dünyasındasan.Bəşər tarixində həmişəyaşarBöyük dahilərin sırasındasan!Məcnunun gözüylə hey ağlayaraqİnlədin... Göz yaşın sellərə döndü.Ürəkdən çəkdiyin o nalə, o ahDünyanı dolaşdı-yellərə döndü...Bütün millətlərin dahisi, şair,Nur saçan işıqlı səhərisən sən.Nizami! Bu sözü kainat deyir:-Milliliyin qədər bəşərisən sən!Ey böyük sənətkar, ey böyük insan,Şeirin qüdrətinə inandığındanDedin:-Mədəniyyət, fikir, ideyaGöylərə qalxacaq, yüksələcəkdir.Bu gün qovğalarla dolu bu dünyaBir zaman şeirlə düzələcəkdir!Məqsədin-bəşərin xoşbəxtlik yolu,Sən də bu amalla, bu yolla doluKədər bağçasında bir bağban oldun,Amma səadəti görə bilmədin.Şeirdə qurduğun gözəl həyatı,Əsil cəmiyyəti görə bilmədin...Kimsə yaxşı deyib: “Böyük adamlarİşığa səsləyib hər gün aləmi-Yaşayır məsləyin alovlarındaÖzünü yandıran meteor kimi”.Ey böyük sənətkar! Sən ölməmisən,Şeirinlə, sözünlə daima varsan!Sənətin möhtəşəm kəhkəşanındaYanıb işıq saçan bir meteorsan!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.