Nailə YUSİF (1964) Ədəbiyyat » Müsabiqə 19 июня 2021 Nailə Yusif qızı Yusifova - 31 iyul 1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə orta məktəbi bitirib. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb. 1990-1992-ci illərdə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (BSU) saathesabı müəllim işləyib.1993-cü ildən pedaqoji fəliyyətini Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasında davam etdirir. Əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb. Hazırda da həmin kafedrada baş müəllim vəzifəsində çalışır. “Azərbaycan dili və nitq mədəniyyəti”, “Nitqin elmi üslubu”, ”Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnlərini tədris edir.Müxtəlif respublika və beynəlxalq əhəmiyyətli forum və konfranslarda iştirak edib.Filologiya üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, “Azərbaycan dilinin üslubiyyatı” adlı dərs vəsaitinin, 2 şeir kitabının və 11 məqalənin müəllifidir.Heydər Əliyev adına Gürcüstün-Azərbaycan Humanitar Universitetinin Akademik Şurası tərəfindən “Azərbaycan Ədəbiyyatında Əldə Olunan Yaradıcılıq Uğurlarına Görə” diplomu ilə, o cümlədən bədii yaradıcılıqla yanaşı, ictimai fəaliyyətinə görə, “SOS Uşaq kəndləri-Azərbaycan” Assosiasiyasında iştirakına və səmərəli fəaliyyyətinə görə müxtəlif təşəkkürnamə və diplomlarla təltif olunub.Elmi-pedaqoji fəaliyyətlə yanaşı Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti İdarə Heyyətinin üzvü, BMT yanında Zaqafqaziya üzrə Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” fəxri adı, Azərbaycan Respublikasında keçirilmiş “Bakı-2015” İlk Avropa Oyunlarında könüllü qismində iştirak edib və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən «Təşəkkürnamə” ilə mükafatlandırılıb.“IV Uluslararası Türk Kültür Coğrafiyasında Egitim ve Sosyal Bilimler Sempoziyumu”na Katılım Belgesilə (2018), ”Təhsilin sistemli idarə olunmasl və müəllim tələbə münasibətlərinin modelləşdirilməsi” (2019, Sertifikat) mövzusunda keçirilmiş təlim, ”Təhsildə müasir yanaşmalar” adlı elmi-praktik konfransda məruzə ilə (2020, Sertifikat) çıxış edib.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına uyğun olaraq 2020-ci ildə birillik xüsusi təqaüdə layiq görülüb. Rus, ingilis və türk dillərində danışır.Yeni Azərbaycan Partiyasının (2007), Azərbaycan Yazıçılar Birliyinin üzvü və Respublika Qadınlar Cəmiyyətinin İdarə Heyyətinin üzvüydür.Ailəlidir, iki oğlu var.Biz də hörmətli Nailə xanıma elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az Yaralı LaçınDağlar arasında, cənnət məkandaSüzürdü göyləri gözəl bir Laçın.Ellər dayanardı tamaşasınaÇoxları istərdi bənzəsin ona,Çoxları qibtəylə baxardı ona.Olmazdı dünyada viran çox ellərÖzgələr payına - uzanma əllər. Paxıllıq, ah nankor, zalım paxıllıq!Düşmən sürün-sürün gəlib çatmışdıDözə bilmədi o, bu gözəlliyəAldı tüfəngini çəkdi tətiyiYaraladı mərd laçını gözündən.Pozuldu görünən o füsünkarlıq.Yarası dərindir, ölmədi ancaqSu axan arxlara bir də axacaq.Düşmənin gözü də tez oyulacaq.Süzəcək göylərdə, süzəcək yenə Öz gözəlliyiylə heyran edibən, Laçın görüşünə ellər gələcəkYaxın zamanlarda gələcək o gün, Bilirəm, əminəm o gün gələcək.23.09.2018. QƏLBİMDƏ YAŞATÜrəyimdə dediyimi, şeirimə köçürdümHeç kəsə demədiyimi, qələmimlə bölüşdüm.Tək olarkən ondan başqa, bizi heç kəs eşitməz,O eşidib cavab verir, əgər eşidə bilsək. *****Qəribədir, Rəbb sakitcə səssizliklə dinləyirSükut ilə, vəhy ilə suala cavab deyir,Əgər qəlbin təmizdirsə, niyyətin saf,düzdürsəBiliki sənə, gələcəkdir bütün hacət yolları. *****Dərviş kimi çəkil bir an səssizlik , tənhalığa.Yavaş- yavaş, aram-aram ürəyinə gələcək.Gözəl Allah, mən bilirəm sən hər an bizimləsənAç gözümü , gözlərimi Sən bəsirət gözümü. *****Bu fani dünyada ərməğan edib Sevdiyin bəndəni sən ucaldırsan.Həm ruzi verirsən, həm yaşadırsan Əmanət verdiyin canı alırsan. *****Gözündən düşəni ...ah acı heyhat Yerlərdən yerlərə vurub nakəsi Zavallı edibən, yazıq edirsən... Allah, düşürməsin kimsəni gözdən ***** Allah, öz sevgini qəlbimdə yaşat!Bir göz qırpımında məni tək qoymaDüşündür, daşındır ancaq tək qoymaBu dünyada sevgim sənədir ancaqEy ulu qüdrətli, qüvvətli Allah! 14.VIII.2014 VARŞükürlüyəm sənə bu gün, Allahım,Verdiyin büsbütün nemətlər üçünNə qədər qaçsaq da çata bilmərik,Gecəni, gündüzü dayandırmaqçün.Dövran gərdişinə sual verilməzDərk edə bilmərik çox məqamları, Hər şeyin öz vaxtı, öz məqamı varVaxtı sahmanlayan pərvərdigar var,Dünyanı təməlsiz fırlandıran var,O, mənim Allahım, mənim tanrımdır. Xocalı QurbanlarıO, kimlərdi? – Millətimin günahsız insanlarıO, kimlərdi? – Ahıl yaşlıDünyagörmüş ağsaqqallar, ağbirçəklərKörpə – körpə, şirin – şəkər balalardıCavan – cavan, igid ərlər, xanım qızlar.O çovğunda, o boranda üzü dağa qovulanlar.Ilan çıxmaz yuvasından o soyuqda, o şaxtada.Qovuldular- taleyindən, sabahından bixəbərlərTorpağından, ocağından birdəfəlikQəbr evinə qovulanlar.Canavara dönmüş yağıİnsanlıqdan uzaq düşən naxələflər,Heç bir qayğı, heç bir şəfqət görməyənlər.Ana nədir, ailə nədir – bilməyənlərBilsəydilər, görsəydilər insanlığa qıymazdılar.Bəs nə bilir, yağı düşmən?Yeyib danmaq. Qapıb qaçmaqAdətinə, xislətinə aid budur.Qismətinə qaranlıqlar çöksün onun...Dərdli kədər!Bir gecənin fəlakəti, müsibəti unudulmur.Hər an, hər gün göz yaşıyla,Acılarla, yana-yana yad olunur.Zaman ötür, ömür keçirQara hərflə qəbirlərə, yaddaşlara həkk olunan Xocalı insanları, Xocalı torpaqları Heç vaxt, heç vaxt unudulmazXocalı qurbanları Xocalı qurbanları! Yusifova Nailə Yusif, ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.