ŞƏHLA BORÇALI (1968)

ŞƏHLA BORÇALI (1968) Şəhla Borçalı (Qurbanova Şəhla Qurban qızı)
- 19 oktyabr 1968-ci ildə qədim Borçalının Sarvan elindəki (indiki Gürcüstanın Marneuli rayonundakı) Təkəli kəndində anadan olub.
1975-1985-ci illərdə Təkəli kənd orta məktəbində,
1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər pedaqogika və psixologiya fakültəsində təhsil alıb.
1997-ci ildən Təkəli kənd orta məktəbində müəllim işləyir.

Şəhla xanım həm də istedadlı şairə kimi tanınır.


Biz də Şəhla xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Yunis Qaraxanlı,
"Şərqin səsi", "Elm və təhsil" qəzetıərinin redaktoru,
"Borçalı" NPM-nin ədəbi redaktoru,
"Zirvə.İnfo" saytının xüsusi müxbiri,
şair-jurnalist.

ZiM.Az



BAHAR ÇİÇƏYİ

Sən bir bahar çiçəyisən,
Mənsə bahar yağışı.
Sən bir bahar müjdəçisi,
Nərgiz laləsisən,
Mənsə torpağa can verən,
Can dərmanıyam.
Sən yam yaşıl otların arasından boylanan
Gözəl bir bənövşəsən,
Mənsə dirilik məlhəmiyəm.
İstəyirəm solmayasan heç zaman,
Bahar çiçəyi,
Çünki gözəlsən,
Yağacam, tez tez yağacam,
Sən solmayasan.
Səni sevən insanlara,
Bax beləcə boylanasan,
Müjdə çiçəyi bahar çicəyi.


MƏN ŞƏHLAYAM
(Uğur qələmi)

Mən Şəhlayam
Əlimdə yazıb yaradan
bir qələmim var,
Dilimdə dolaşan kəlmələrim var,
Mənim də yanan bir ürəyim var...

Bu yanar ürək bilmir neyləsin,
Bu qəlb doludursa ürək neyləsin?
Söz aşıb daşırsa yazan neyləsin?
Yazıb yaradan qələm neyləsin?

Bu anda bir qüvvə deyir ki, mənə,
Şəhla, qələmini əlindən qoyma.
Bu qələm yazdıqca uğur gətirər,
Şairlər içində hörmət yetirər.


Ayrı düşmüş torpağam

Azərbaycan!
Səndən pay bölünmüş,
Ayrı düşmüş torpağam.
Sazlı-sözlü ocağam,
Şairlərim
Zəlimxanam
İlyasam,
Aşıqlarım
Kamandaram,
Əmraham,
İstedadlar yurduyam,
Ziyalılar yurduyam,
Hər kəs bilsin, Borçalıyam,
Əsrlərdir Vətənimdən ayrıyam,
Bu tarixdir.
Qoymayın ki, bu nəsillər,
Bu tarixi unuda.
Elə edin, bu tarixim
Yaddaşlara həkk ola.
Hər şairin kəlməsində
Hər qarış torpağıma,
Başı qarlı dağlarıma,
Coşub-daşan çaylarıma
Gözəlliklər vəsf ola.


POLADIM-İLQARIM

Poladım, İlqarım,
Mənim cəsur əsgərlərim,
zabitlərim.
Vətən üçün yarandınız,
Vətən üçün düşmən gülləsinə
Sipər oldunuz.
Həmin anda qara xəbər yayıldı,
Şəhidlərin hər biri
İzdihamla qarşılandı.
Məzarlara göz yaşıyla
Gül-çiçəklər səpildi.
Anaların-bacıların ah-naləsi
Ürəkləri dağladı.
Hər bir kəsin qaysaqlanmış
Yarasını qopardı.
Ulutanrım, Şəhidlərin məzarını,
Cənnət məkan eylə sən.
Düşmənin hər birini
Hər an rəzil eylə sən.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: