SİMUZƏR GÜLƏRÜZ (1953) Ədəbiyyat » Müsabiqə 10 апреля 2021 Şükürova Simuzər Əlimirzə qızı (Gülərüz) -1953-cü il dekabrın 15-də Saatlı rayonunun Saracalar kəndində, dəmiryolçu ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq uşaqlıgı Ələt qəsəbəsində, yeniyetməlik dövrü isə İmişli rayonunda keçib. 8-ci sinifə qədər İmişli rayonunda, 34 saylı orta məktəbdə oxuyub. Orta məktəbi isə Saatlı rayonundakı Qara-Nuru (o vaxtki adı Krasnoselski olmuşdur) kəndində, əla qiymətlərlə bitirib.Simuzər Gülərüz (Şükürova) orta məktəbdə oxuduğu illərdən ədəbiyyata böyük həvəs göstərib və 8-ci sinfində oxuyarkən şeirlər yazmaga başlayıb.O, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) “Ümumitexniki fənlər və fizika” ixtisasına daxil olub və 1976-cı ildə həmin İnstitutu müvəffəqiyyətlə başa vurub, ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. Uzun müddət müəllim işləyib.Simuzər xanım eyni zamanda ədəbi yaradıcılıqla da məşgul olub. "Gözümə deyirəm baxma yollara” və “Vətən, sənə can demişəm” adlı şeirlər kitabının müəllifidir. Həmçinin şeirləri dövrü mətbuatda və sosial şəbəkələrdə müntəzəm olaraq çap olunur.“Abdulla Şaiq”, “Zirvə” və “Qızıl qələm” mükafatları laureatıdır. “XXI əsrin ziyalısı” Fəxri diplomu ilə təltif olunub.Simuzər xanım həm də gözəl anadır. Mərhum həyat yoldaşı - Səmərqənd Tibb İnstitutunun məzunu olmuş Şükürov Yunsur Yusif oglu ilə birlikdə 3 ləyaqətli qız və 3 qeyrətıi oğul övladı böyüdüb boya-başa çatdırmışdır. Biz də hörmətli Simuzər xanıma həm şəxsi həyatında, həm də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI), Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri,“ASİMAN” məcmuəsinin və “BORÇALI” nəşriyyatının Baş məsləhətçisiZiM.Az GƏLİRİK, ŞUŞAM!(Şeir cəbhədə hünərlə döyüşən cəsur əsgərlərimizin dilindən yazılıb)Yolları "kol-kosdan" təmizləyərək,Sənin görüşünə gəlirik, Şuşam.Yanaqların solub, rəngin saralıb,Sənin harayına gəlirik Şuşam.Səndən ayrı düşdük, gör neçə vaxtdır,Hicran taleyinə yazılan baxtdır,Düşmənin qurduğu, bil saxta taxtdır,Darıxma, köməyə gəlirik, Şuşam.O pak torpağında, yad "Yallı" getdi,Sənin şux qəlbini pərişan etdi,Axırda özü də, çox yelli getdi,Darıxma, köməyə gəlirik, Şuşam.Yaman günün ömrü azdır deyiblər,Qışdan sonra ,gələn, yazdır deyiblər."Yadelliyə" qəbir qazdır deyiblər,Darıxma, köməyə gəlirik, Şuşam.Yağının bağrına güllə çaxarıq,Sənin əllərini gəlib sıxarıq,Qəlbi dağlarına şəstlə qalxarıq,Darıxma, köməyə gəlirik, Şuşam!Sənin hüzuruna gəlirik, Şuşam!Bir əlmizdə bayraq, bir əldə çiçək,Sənin görüşünə gəlirik, Şuşam!!!Darıxma, İnşəallah. Gəlirik! Şuşam!BƏMDƏ HÖNKÜRTÜYƏ DÖZƏCƏKSƏNMİ?Həsrətlə baxıram indi yollara,Görəsən geriyə dönəcəksənmi?Düşünüb - daşınıb xəyallarında,Sən öz günahını görəcəksənmi?Nədə səhv etmisən, biləcəksənmi?Günahkar sayırsan, indi sən məni,Mənə bəxş eylədin, kədəri-qəmi.Qəlbimdə qaldırdın, nədən sən bəmiMənim bu halıma, güləcəksənmi?Bəmdə hönkürtüyə dözəcəksənmi?Qayıtsan, onu bil, bağışlamaram,O soyuq qəlbində, köz aramaramNiyə qayıtmışam, bil soruşmaramBu, soyuq ülfətə dözəcəksənmi?Sən öz günahından, keçəcəksənmi?Ağır bir yük olub, sənin həsrətin.Demək ayrılıqmış, sənin niyyətin.Hicrana dözməksə, çətində çətin.Görən bu ağrını biləcəksənmi?Onun əzabına dözəcəksənmi?Qədrimi bilərsən, mənsiz olanda,Çiçək axtararsan, güllər solanda,Həsrət şərbətinin tamın dadanda,Onun acısına dözəcəksənmi?Həsrətdən bir çələng görəcəksənmi?Deyirdin ki, sənsiz mən yaşamaram,Yaşıl yamaclarda gül aramaram,Kimsənin telinə tumar vurmaram.De, bu ayrılıqdan, öləcəksənmi?Başqa bir kimsəni sevəcəksənmi?Başqa birisini, sevəcəksənmi?SUSURSAN?!...GÖZÜMƏ DEYİRƏM, BAXMA YOLLARAQadağa vermişəm, inan gözümə,Onlara demişəm, yarı gözləmə!Onlarsa baxmayır mənim sözümə.Gözümə deyirəm, baxma yollara Gözlərim sədaqət boxçası imiş,Gözlərim həsrətin taxçası imiş,Gözlərim məhəbbət baxçası imiş,Gözümə deyirəm, baxma yollara.Gözümə deyirəm, yollara baxma.Kiprikdən yollara, sən oxlar taxma,Gözləyə- gözləyə qəlbimi sıxmaGözümə deyirəm, yaxma yollara.Gözümə deyirəm, çox da ağlama,Göz yaşına, sən yolları islatma,Sevgini duymayan, o kəsə yanma,Gözümə deyirəm, baxma yollara.Yollara baxırsan, yollar utanır!Sənin kədərinə, onlar da yanır,Yollar indi, onun izini danır,Gözümə deyirəm, baxma yollara.Elimizde gözə əziz deyiblər,Vəfalı gözlərə, güzgü deyiblər.Gözünün yaşını, sən sil deyiblər.Gözümə deyirəm: Baxma yollara.Gözüm yenə həmin gözü axtarır,O inanmır, sənin sevgin saxtadır!Günah səndə deyil, yəqin baxtdadırGözümə deyirəm, baxma yollara.Gözüm məndən etibarlı çıxıbdır,O həyatda, məndən qoçaq çıxıbdır,Məndən gizli, o səni axtarıbdır,Gözümə deyirəm: Baxma yollara.Yollara baxırsan, bil ki, əbəsdir!Sevgini duymayan, bil ki, nakəsdir,Biryolluq bil ki, sən, sevgin şikəstdir.Gözümə deyirəm, baxma yollara!Gözümə deyirəm, baxma yollara! KİMSƏSİZ EŞQAyrılıb getmisən, küsmüsən məndən,Bilmirəm nə deyim, bu barsız eşqə?Zövq ala bilmədin şirin busədən,Bilmirəm nə deyim, uyarsız eşqə.Sevgisiz bir ömür naçıraqbandır,Həsrətin yorğanı, yaman qalındır.Vüsalın ayağı, niyə yalındır?Bilmirəm nə deyim, bu yarsız eşqə.Sevgin ürəyimdə yaradıb guşə.Ayrılıq gərəkdir, tonqalda bişə.Məhəbbət qəlbimdə atıbdır rişə,Bilmirəm nə deyim, insafsız eşqə.Bu eşqdən xəyallar qalacaq mənə,Xatirəm yük olar, ay gülüm sənə,Bizi qınayarlar, gündə yüz kərə,Bilmirəm nə deyim, yuvasız eşqə.Dərdin boy atacaq, olacaq böyük,Ürəyin həsrətdən, olacaq körük,Öz qəlbin özündən olacaq dönük,Bilmirəm nə deyim, bu yalqız eşqə....Həyatın keçəcək, sönükdən-sönük,Arzular düşəcək, bil səndən perik,Başında olacaq, ağ saçdan hörük,Bilmirəm nə deyim, köməksiz eşqə.Eşqin qığılcımı ürəyimizdə,Həsrətin ağrısı kürəyimizdə,Vüsal çox olacaq gərəyimizdə,Bilmirəm nə deyim, vüqarsız eşqə.Əlvida deyərək , gəl sağollaşaq,Həyat yollarında çox dağlar aşaq,Biz ayrı olsaq da, nikbin yaşayaq,Nə deyim, nə deyim, uğursuz eşqə.Vüsalın meyvəsi qında yanırsa,Ürəklər xoş sözlər pıçıldamırsa,Qəlblər birbirini haraylamırsa,Nə deyim,nə deyim,urvatsiz eşqə!Könüllərə yağan, indi qardısa,Sevdiyim o ğözəl, bədilqardısa,Baxışlar havada qılınclaşırsa,Siz deyin, siz deyin, nə deyim, nə deyim, Bu, kimsəsiz, nübarsız, həm yetim eşqə!NƏ DEYİM? NƏ?!!!...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.