HƏCƏR QƏBƏLƏ Ədəbiyyat » Müsabiqə 2 апреля 2021 Əziz oxucularım! Mən Həcər Mahmudova (Həcər Qəbələ) - qədim Odlar yurdu Azərbaycanın qədim, gözəl və əsrarəngiz diyarlarından olan Qəbələnin Çüxür Qəbələ kəndində anadan olmuşam. Elə həmin kənddə orta məktəbi müvəffəqiyyətlə bitirmişəm və sonra təhsilimi tibb sahəsi üzrə davam etdirmişəm. Sənətim tibb bacısı olsa da, uzun illərdir ki, mən hərbi sahədə çalışıram. 3 evladım - 1 oğlum, 2 qızım var.Hələ orta məktəb illərindən bədii ədəbiyyata böyük marağım olub. Elə kiçik yaşlarimdan şeirlər, məqalələr yazmağa başlamışam. Yazdıqlarım dövrü mətbuatda müntəzəm olaraq çap olunub. Mən ədəbiyyat dünyasını tam dərindən öyrənmək üçün, bir çox məclislərin üzvü olmuşam. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Eyni zamanda, Vahid poeziya evinin, Aşıq Qurbani məclisinin, Ocaq, Araz, ədəbi birliklərinin, qardaş ölkə Türkiyənin Sivas Yazarlar Birliyinin üzvüyəm. “Geleneksel uluslararası diploma”na layiq görülmüşəm. "Azərbaycan bayraği" fəxri diplomu ilə təltif olunmuşam. 5 kitab müəllifiyəm: "Bir şamın gözündə yaş olmasaydım" adlı ilk kitabim 2007-ci ildə işıqüzü görüb"Yaxşi ki, dünyamda sən də var idin" adlı ikinci kitabımı 2009-cu ildə,"Qəlbimin qəm çiçəkləri" adlı üçüncü kitabımı 2012-ci ildə,"Tənhalığın göz yaşlari" adlı dördüncü kitabımı 2014-cü ildə və "Yaman yordu yollar məni" adlı beşinci kitabımı 2019-cu ildə dəyərli oxucularıma təqdim eləmişəm. Şeirlərim 30-dan çox müxtəlif kitabda, almanax və ədəbi məcmuələrdə də çap olunub.Güman edirəm ki, bundan sonra da yazdığım şeirlərimlə oxucularımın qəlbini, ruhunu oxşayacağam.REDAKSİYADAN:Biz də hörmətli Həcər xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini təqdim edirik.Püstə RƏVAN,ZiM.AzQADINBülbül gül götürər, qarğalar zibil,Hər canlı bir dünya əzabıdı bil.Qəlbinin aynasın qırsa acı dil,Ruhundan yanağa süzülər qadın. Gözəl qadınların "çirkin" əlləriGörüncə qaralar xatirələri.Hər ləkə üstündə xəyanət yeriYaralı köksündə üzülər qadın. Sirləri xatirə xəzinəsindəToplanar sükutun bir guşəsində.Harayı gecənin dar qəfəsindəƏngin səmalara düzülər qadın.Güləndə gülüşü günəşə bənzərKədəri bihudə öpüşə bənzər.Bəzən "yas içində", bəxtiyar gəzərBəzən yad baxışdan əzilər qadın. Xəfif qayğıların pərdəsi sərinZamanla silinir düşüncələrin. Hərdən bir, bir-iki söz yazan Həcərin,Çəkilər qoynuna, büzülər qadın.30.01.2021.GETMƏDƏN Bir gün mən də gedəcəyəm,Dinlə məni, qal, getmədən.Sənə gizli bir sirrim var,Verim sənə al, getmədən. Sökülər dan gecəsindən,Kimsəsizlər küçəsindən.Buz tökülür nəfəsindən,Ört üstümə şal, getmədən. Əzilir bəyaz duvağım,Zəncirdə ruhu dustağım.Ayağin altda torpağım,Çək üstündən, yol, getmədən. Gündüzlər həsrətin çəkdimGecələr incilər tökdüm.Könlümü bir gülə bükdümGötür, bir vüsal, getmədən.Gün keçdi ay Həcər, oyan! Varmi heç anlayan, duyan?Yol uzaqdı, bir az dayan!Vermə, çox sual, getmədən.12.01.2021YORULMAMISIZ? Ey, ALİ savadlı, iş axtaranlarEy, susuz çaylara, körpü salanlar.Ey əyri dünyanı, düz dolananlarAY evdə qalanlar, Yorulmamısız?Şəhid məzarında boyun buranlarGözünün yaşını qıfıllayanlar. Şaxtada, sazaqda, cəbhə quranlarKeşikdə duranlar, Yorulmamısız?Ey, könül uçurub, qəlb oğruyanlar Qızıldan dam qurub, göz dağlayanlar. Ruhumu sarıyan, xəstə loğmanlar Əcaib şeytanlar, Yorulmamısız?Ay Həcər, çox gəzmə, viranələri,Axtarma özün tək, divanələri. Hər gün eşitdiyin bəhanəlıri,Dərmansız böyüdür, saxta yalanlar. Heyy alıb, satanlar, Yorulmamısız?QƏZƏLBir həzin yel apara, könlümü gülzarə tərəf,Ola bülbül aşiqi baxmaya gül, xarə tərəf.Gecələr atəşinə dolandım pərvanə kimi,Nədəndi can atıram yandıqca o, narə tərəf.Üz tutdum bir rəssama, dedim; həyat rəsmimi çək,Fələk öz fırçasıyla çəkdi üzü qarə tərəf.Yığıldı payız buludu gözlərimin keçməsinə,Yağdı buzlu göz yaşım, axmadı baharə tərəf.Köç etdi qərib durnalar, dönmədi ömrün qatarı,Nə tez getdin Həcərim, sən üzü məzara tərəf. 27.01.2018.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.