Almaz Alıqızı Ağdamlı (1957) Ədəbiyyat » Müsabiqə 21 марта 2021 Almaz Alı qızı Allahverdiyeva - 01 oktyabr 1957-ci ildə Ağdam rayonundakı Çəmənli sovetliyinin Sarıcalı kəndində anadan olub.1972-ci ildə doğma Sarıcalı kəndindəki 8-illik məktəbi bitirib. Sonra isə təhsilini Çəmənli kənd orta məktəbində davam etdirib. 1974-cü ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub.1976-1980-ci illərdə Gəncə Politexnik İnstitutunda (indiki Azərbaycan Texnologiya Universitetində) ali təhsil alıb. İxtisasca mühəndisdir.Əmək fəaliyyətinə Bakıda Mənzil Komunal Təsərrüfatı Nazirliyindən başlayıb.1985-ci ildə ailə həyatı qurduqdan sonra Ağdam şəhərində yaşayıb və 8 il Ağdam statistika idarəsində işləyib.Məlum birinci Qarabağ Müharibəsi minlərlə soydaşımız kimi, ailəliklə onları da qaçqın həyatı yaşamağa məcbur edib. 1993-cü ildən Gəncədə, 2000-ci ildən isə Bakıda məskunlaşıblar.Ailəlidir, bir oğlu, bir qızı, bir nəvəsi var.Almaz Alıqızı hələ orta məktəbdə oxuduğu illərdən bədii yaradıcılığa başlayıb. 1973-1974-cü illərdə Ağdamda çıxan “Lenin yolu” qəzetində ştatdankənar müxbir kimi çalışıb. Qəzetdə müxtəlif mövzularda qələmə aldığı məqalələri və öz fantaziyasına uyğun yazdığı bir sıra xırda şeirləri dərc olunub. Ailə həyatı qurandan sonra, qısqanclıq hissi ilə bir sıra şerlərini məhv edib, 2013-cü il oktyabr ayının 23-də “Qəlbimdə fikrimdə vətən dolaşır” adlı ilk şeilər kitabı işıqüzü görüb. Kitabda Vətən həsrətli şeirləri, bayatıları və “Nişan üzüyü” poeması yer alıb.2018-ci ildə Milli Qəhrəman Mübariz İbrahimovun Doğum gününün 30 illiyi ərəfəsində “Əsgər andı” adlı ikinci kitabı işıqüzü görüb. Kitabda M.İbrahimovun qəhrəmanliğindan, şücaətindən bəhs olunur.Şeirləri 20-dən çox müxtəlif poeziya antalogiyalarında, o cümlədən, "Zirvə", "Canım Azərbaycanım", "Poeziya çələngi" və "Buta" ədəbi məcmuələrində, müxtəlif mətbuat orqanlarında dərc olunub.Hazırda iki şerlər kitabı çapa hazırlanır. Milli Qəhrəman Əlif Hacıyevin hayatı və qəhrəmanlığı haqqında yazdığım “Qan Gölü” romanını tamamlamaq üzrədir.Almaz Alıqızı həm də fəali ictimaiyyətçi kimi tanınır. Hazırda Ağdam ədəbi məclisinin rəhbəridir. Eyni zamanda, “Borçalı” nəşriyyatının və “YURD” jurnalının əməkdaşıdır.AJB-nin, Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin, əsası mərhum şairimiz Söhrab Tahir tərəfindən qoyulan və hazırda Böyük Yazar Çingiz Abdullayevin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin, Sivas Yazarlar Birliyinin və Kərkük-Türkmən Yazarlar Birliyinin üzvüdür.Bir sira təşəkkürnamələr və fəxri diplomlarla təltif olunub. “Abdulla Şaiq”, “Zirvə”, “XXI Əsrin ziyalısı” və “Qızıl Qələm” mükafatları laureatıdır.Mütamadı olaraq Hərbi hissələrdə keçirilən tədbirlərdə və bayram şənliklərində əsgər və zabitlərimiz qarşısında öz şerlərilə çıxışlar edir. Həmin çıxışlara görə təltif olunduğu mükafatları təltif olunduğu ən qiymətli mükafatlar hesab edir.Almaz Alıqızı indi də gənclik eşqi ilə yazıb-yaradır. Biz də ona uzun ömür, möhkəm cancağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Firəngiz İBADOVA,ZiM.AzDOSTLAR SİZƏ SALAM OLSUN!Yaz gününün, sabahındanNərgizlərin qoxusundan,Göy gölümün, sonasındanDostlar sizə, Salam olsun!Açılan hər səhərlərdən,Yaz nəfəsli, düzənlərdənAzərbaycan ellərindənDostlar sizə, Salam olsun!Dost soraqlı, könüllərdən,Gülər üzlü, gözəllərdən,Mavi gözlü, XəzərimdənDostlar sizə, Salam olsun!Xoş müjdəli, QarabağdanHəm şimaldan, həm cənubdan,Ölkəmizin, dörd yanındanDostlar sizə, Salam olsun! 27.02.2021YURDUMA BAHAR GƏLİR!Kol dibində, tər-bənövşəBələnidbi, şux gülüşəDeyir çalın, telli sazıÖmrümüzə, sevinc düşəQalibiyyət soraqlıdı,Bu il gələn, baharımız!Mübarəkdi, bayrarımız!Bül- büllərin cəh-cəhiylə Açılıbdır sabahımız,İlhamladır, ilhamımız.Xoş olacaq, bundan belə,Hər ilimiz, hər ayımızQalibiyyət soraqlıdır!Bu il gələn, baharımız!Allah verən nemətlərdən,Düzün bahar süfrənizə,Yağı düşmən, qibtə edir.Bizim zəfər sevgimizə!Umu-küsü, dərdlər gedir...Qalibiyyət, sorağıyla,Bahar gəlir, ömrümüzə!Bu bahar o,bahar deyilQalibiyyət soraqlıdır,Tamam başqa, abı-havaTamam başqa bir bahardır!Tonqalları gur yandırın,Yağı düşmən qoy görsün ki,Xalqım necə baxtiyardır! 16.03.2021SƏN AZADSAN, AZAD ŞUŞAM!Qarabağın zümrüd qaşı,Əzəl gündən,sənsən Şuşam!Dumansızdır, dağın başı.Mən hüsnünə, vurulmuşam!Sən azadsan, azad Şuşam!Kəbə evim, Mədinəmsən,Üzeyirin Vətənisən,Natavanın söz yurdusan!Mədəniyyət Paytaxtısan!Sən azadsan, azad Şuşam!Seyid, Cabbar, Bülbül kimi,Sənətkarlar yaşatmısan!Pənah Xanın şah tacısan.Mədəniyyət Paytaxtısan!Sən azadsan, azad Şuşam! 11.02.2021DÖNÜN YENƏ VƏTƏNƏ!Vətənimdən ayrı düşdüm,Deyən nərgız, inci gülümQəm-həsrəti,boynun bükən, Tər bənövşəm, dönün yenəSiz vətənə, siz Ağdama,Qarabağda, yaşamağa!Həsrət bitdi, yağı düşmən.Məğlub oldu, məhv edildi.Daha Vətən sizlərindi...Bizimkidir, bizlərindi!Qatarlanın ey durnalar,Üzü cənnət, Qarabağa.Laçın, Ağdam, KəlbəcərəKöksün altı, sarı bülbül,Gül budağı, sənin yerinCəh-cəhini gözləyibdiGör nə vaxtdı, sənin elin?Ey didərgin, XarıbülbülŞuşa sənin məskənindir!Suşa sənsiz, çox kövrəkdirGəl sil onun, göz yaşınıGəl sevindir, öz yurdununTorpağını, hər daşını.Dönün yenə siz Vətənə.Yurd libasın, çiçəklərdənGözəllikdən, biçsin yenə! 16.02.2021XOCALIMDAN NİŞANƏYƏM!Xocalımız səfalıydı,İnsanları vəfalıydı.Gülər üzlü, Mələk qızdaQarabağlı - Xocalıydı.Mələk adlı, bu qızcığazKədəri çox, sevinci az…Anasının ilki idi,Sevinciydi, fərəhiydi.Bağçaların narı idi,Çiçəklərin barı idi.Atalıydı, analıydın, Gözəllərin, gözəliydi.Arzuları, tükənməzdiTaleyindən, xəbərsizdi.Bir gün yetim qalacaqdı,Üzü gül tək, solacaqdı.Bir şaxtalı,qarlı qışda,Buz bağladı, donub-qaldı.Göz yaşları, yanağında,Xocalıdan ayrılanda.Dolu kimi,mərmi yağdı,Körpələrin, ah-fəryadıYeri-göyü yandırıdı,Düşmən qana, sustamışdı!Şəhid oldu, atam-anam.Şəhid oldu, qoca nənəm.Tək qalmışam, biçarəyəm Xocalımdan - Nişanəyəm! 27.02.2021QADINZərif söylərilər qadın adınaZəriflik yaraşır, sənin halına.Zərif çiçərləri, gülləri qadın,Xalı tək sərərdim, ayaqlarına!Bu zərif bədəndə, zərif çiyində,Dünyanın yükünü, daşıyan bəndə.Ayağın altını, min yol öpsəmdəHaqqını ödəməz, bir kərə qadın!Evin xanımsan, həm də anasanŞairsən, rəssamsan, həm bəstəkarsan. Düyanı qəlbində sən yaşadırsan...Dünyanın özünə, anasan qadın!Peyğənbər qiymətin, dəyərin bilmişAyağın altına, cənnət söyləmiş!!!Dünyaya peyğənbər, sultanlar vermiş...Dahilər yetirmiş, anasan qadın!Almazam qüdrətim olsaydı əgər.Günəşdən ömrünə, nur istəyərdim.Yığıb qucağıma, mən ulduzlarıAyağın altlna səpələyərdim! 21.03.2021DƏYMƏYİN, ANA QƏLBİNƏ!Qırma ana qəlbin, çox kövrək olur,İncisə sözündən, gözləri dolur.Yaşa dolan ana, uşaq tək olur!Hər zaman gərəkdi, bil ana sənə.İncidib-dəyməyin, ana qəlbinə!Dəyər-qiymətindir, ana həyatdaCan deyər sözünə, hər çağıranda...Onsuz tək qalarsan, inan dünyada.Onun tək yetişməz, hayına kimsəİncidib-dəyməyin ana qəlbinə!Anasız bircə gün, üzünüz gülməzOnun tək bir kimsə, dəyərin bilməz.Anasız evində, qəmdən isinməz.Hər gün dua dilər, Allahdan sənəİncidib-dəyməyin ana qəlbinə!Qiymətini bilin, nə qədər sağdır!Sizlərə hər zaman, arxa-dayaqdır.Ana yer üzündə, özü bir Haqdır!Tanrı əzab verər, dünyada sənəİncidib-dəyməyin ana qəlbinə!Qocalıbsan demə, qəlbinə dəyər...Gözəl gözlərini, kədər bürüyər.Quruca varlığı, dünyaya dəyər!Hər sığal çəkəndə, sənin telinə....İncidib-dəyməyin ana qəlbinə!Şairə Almazam, mən anasızam...Sızlayan kamanam, yanıqlı sazam!Yazıda, yayıda, ömrü sazağam....İsti qucağına, möhtacam hələ!İncidib-dəyməyin, ana qəlbinə! 27.01.2021ÖVLADLARIM!Dizlərim üstündə, yazmışam siziKədərdən-nisgildən doğulanlarım.Mənim şer adlı, oğul- qızlarım.Ruhumdan doğulan şer övladlarım!Allaha ağahdı, gizli deyil ki,Sizi yaşatmağa yerim olmayıb.Beynimdə, köksümdə gəzdirib sizi,Üstünə yazmağa, dəftər olmayıb.Nə isti evimiz, nədə kürsümüz,Sizdə mənim ilə, kədər görmüsüz.Kədərdə, sevdən doğulanlarım,Mənim şer adlı, oğul-qızlarım!Allahın fərmanı, Allah vergisi,Ruhumdan dünyaya, doğulanlarım!Kimlərsə bəyənib, sevməsə sizi,Siz mənim varımsız, şer övladlarım!Almazam sizləri satmaram yada,Bu yoxsulluq məni,atsada oda.Sizinlə yaşaram, yalnız dünyadaDizlərim üstündə, doğulanlarımA şer övladlarım, söz övladlarım! 02.03.2021Eşqimizə Ay Şahiddir!(Sevgisini dananlara)Dildə dastan idi, bizim sevgimiz,Şır-şır bulaq idi, görüş yerimiz.Tez-tez görüşırdik, söhbət edərdik,Bəzən bulaq dinər, biz dinləyərdik.Başımız üstündə, ay şəfəq saçar,Könüldə arzular,sanki, dil açar.Sevirəm demişdin, mənə o, axşam...Ay da şahidimdir, sanki, sərxoşam!Aradan həftələr, aylar keçmişdi.Şır-şır bulaq bizi, çox gözləmişdi.Yenə görüşürdük, bulaq başında,Kədər-qüssə vardı, yaz baxışında.Dedin başqasına, könül vermişəm,Ay da sevginizə, şahid demişəm!Başımız üstündə, şəfəqin salan..Qara buludlara, daldalandı ay!Bu saxta sevginə, saxta eşqinəQorxdu... ay şahidim, deyərsən yenə!!! 26.01.2021Dərdimdi mənim!Öz halıma ağlamıram, dostlarım!Qəlbimdə sağalmaz yaralarım var.. Arzusu,istəyi hayatda yarım,Şəhid oğullarım, balalarım var!Bu haqsız zamandan, şikayətim var!Öz halıma ağlamıram,dostlarım,Qəlbimdə sağalmaz, mənim yaram var.Sabahdan axşama,hey yol gözləyən,Şəhidin yarı var, balaları var!Bu acı taledən, şikayətim var!Öz halıma ağlamıram, dostlarımQor düşüb qəlbimə, odlanır bağrım.Ehtiyac içində, qüruru sınan.Vətənin ər-igid qaziləri var!Bu zalim zamandan, şikayətim var!Öz halıma ağlamıram dostlarım,İztirab içində, soyuq daxmada.Ümidsiz, çarəsiz çox insanların..Dərdləri-dərdimdi, mənim dünyada!Dərdlərin özündən, şikayətim varÖz halıma ağlamıram, dostlarım,Xainlər-naqislər yaşar villada...Qeyrətli oğullar, uçuq daxmada.Ədalət yoxdursa, qoca dünyadaDünyanın özündən şikayətim var! 05.02.2021DÜNYANIN SAHİBİ VAR!Bu dünyanın günahı nə?Bu dünyaya, yalan deyən.İnsanlara zülm eyləyənHaram yeyən, sən ey nadan!Nə korona, nə yarasa?Bular sizin əməliniz,Bu dünyanı, zəhərləyibİnsanlara dərd verirsiz..İnsanları, məhv edirsiz!Axı niyyə, nə haqla siz?Haqq yaradan, insanları,Öldürürsüz, siz qatilsiz!Etdiyiniz əməllərin,Cəzasını çəkəcəksiz!Baksin satıb, ölkələrə...Var toplayıb, varlanırsız?Bir qarışqa, yaratmısız?Dünyamıza yaramısız? Dünyamızı talamısız!Bu dünyanın,günahı nə?Dünyamızın sahibi varSahibinin, qəzəbi varBu dünyanın, o üzü var!Cənəhhəmi, cəmnəti var!Yetməyəcək harayıza,Yığdığınız,sərvətiniz...Cəhənnəmdə yanacaqsız!Bu dünyanı Yaradan var!İnsanlara ömür yazan.Həyat vermiş, Ulu tanrı,Bu dünyanın, sahibi var!O, dünyanın, mizanı var!Əməlini bir gün, səndən,Sorğulayan, mələyi varDünyamızı,YaradanınƏdaləti, nizamı var!Bu nizamı pozanların!Axirətdə cəzası var! 20.03.2021ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.