Səadət Qərib (Rzayeva): "Gəl qurtar hicranın əlindən məni..." Ədəbiyyat » Müsabiqə 5 марта 2021 Səadət Qərib (Səadət Arif qızı Rzayeva) - 10 iyun 1970-ci ildə Goranboy rayonunun Dəlməmmədli qəsəbəsində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmiş, 1986-cı ildə Qəmbər Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin (indiki Musiqi Akademiyasının) fortopiano şöbəsinə daxil olmuş, 1991-ci ildə təhsilini tamamlamış, musiqi müəlliməsi, konsertmeyster ixtısasına yiyələnmişdir. O, 1987-ci ildən Moskvada yaşayır. Ailəlidir, 3 övladı var. Səadət xanım həm də gözəl şairə kimi tanınır. Onda şeirə, ədəbiyyata həvəs 12-13 yaşlardan başlamişdır. 2016-cı ildə Türkiyədə Hatay ESA (Ədəbiyyat və Sənət Akademiyası) Dörtyol Bələdiyyəsinin keçirdiyi Türk Dünyası Şeir yarışmasında dərəcəyə girmiş 300 şairin qatıldığı müsabiqədə “Şəhidlər” şeiriylə 5-ci yeri qazanmış, yüksək mükafata layiq görülmüşdür. Səadət Qərib Türkiyədə təşkil olunan bir çox şeir festivallarinda iştirak etmiş, uğurlar qazanmışdır. Onun şeirləri 2016-cı ildən etibarən Azərbaycan və Türkiyə qəzetlərində, dərgilərində, almanaxlarda, internet saytlarında və sosial mediada dərc olunur. Bir çox şeirlərinə mahnilar bəstələnib. İlk şeirlər kitabı “Mən bir həyat hekayəsi” yenicə işıq üzü görüb. 2-ci kitabı “Onun acı taleyi” povesti ilə tezliklə görüşünüzə gələcəkdir. İnanırıq ki, Səadət Qəribin oxucularla görüşü uğurlu olacaqdır.Biz də Səadət xanıma yeni-yeni uğurlar arzulayırvə onun bir neçə şeirini aşağıda dəyərli oxucularımızatəqdim edirik.ZiM.AzALİ BAŞ KOMANDANIM Heydər oğlu, qəhrəman,Tarix yazan sərkərdə.Xariqələr yaratdınSən zəkanla hər yerdə.Dəmir yumruqlu adam,Adın gəzir dillərdə.Ulu öndər ruhun şad,Yurdun əmin əllərdə.Dünyanı heyran etdinVətəninə sevginlə,Göstərdin öz gücünüBöyük siyasətinlə.Yenə də İlham dediŞanlı Azərbaycanım.Yaşa, yaşa, çox yaşa,Ali baş komandanım.Qarabağ Bir yaraydın bağrımızda,Acımızda, ağrımızdaOtuz ildir yadımızdan-Çıxmadın bir an Qarabağ!...Yad əlində əsir olan,Neçə illər yetim qalan,Sənsiz daim donub, inan Damarımda qan Qarabağ!...Gəldik, bizə, açdın qucaq,Əbədi yansın bu ocaq,Sənin ilə bir olacaq,Ruhum, cismim, can Qarabağ!...Günəş doğan səmasına,Şəhid qoxan havasına ,Bütün Turan dünyasına,Şöhrət ilə şan Qarabağ!...Ay ulduzum qarşılayır,Yeni bir tarix başlayır,Ruhu ilə alqışlayır,Cabbar, Seyid, Xan, Qarabağ!...DÜNYADA ƏDALƏT HAQQ QURAN ELİMSən qədim yurdumsan, Azərbaycanım!!!Poladlar qanıyla tarixlər yazır.Mübariz qeyrətli iğid oğullarVətəni yolunda ölümə hazır.Başını uca tut, Laçınım, Şuşam,Hər Vətən övladın, sənə min əsgər...Sənin dayağındır Türkün ulusu,Bir yanın Dərbənddir, bir yanın Kəngər!!!Zəfərdən-zəfərə adlayan,keçən,Dayanma, dayanma, irəli ordum!!!Zirvəyə daşıdıq məşəlimizi,Zülməti nur ilə boyadıq, yurdum!!!Günbatan, gündoğan oylağın olmuş!!!Birləşib yumruq ol, ey Turan elim...İlhamla Ərdoğan bayrağın olmuş,Dünyada ədalət, haqq quran elim!!ZƏFƏR ƏTIRLI QƏHRƏMAN(Gəncə qəhrəman şəhidimiz Yüksəl Əlizadənin xatirəsinə yazdığım bu şeirimə İlhamə Adilqızı gözəl bir mahnı bəstələyib. Mahnını Azərin xanım böyük ustalıqla ifa edib.)Gəncəmizin mərd Yüksəli Ucalmısan zirvələrə.Heç bilmədin qorxu nədir,Sinə gərdin güllələrə.Şərəfli ad daşıyırsan,Tarixlərdə qalacaqsan!Ürəklərdə yaşayaraqsönməz məşəl olacaqsan!Böyük Vətən savaşındaHayqırdın ki, mən də varam...Azərbaycan mənim elim,Hər daşını qoruyaram...Çatdin elin harayına,könüllülər sırasında.Şücaətlə ad qazandın yaşıdların arasında.Neçə yaralı əsgəri daşıdın öz kürəyindəNeçə arzu, diləyiniapardın öz ürəyində.Vətənimin iğid oğluHeç bir şeydən çəkinmədin.Düşdün ölüm sınağına,Yenə yolundan dönmədin.Vətən üçün candan keçib,Əbədiyyətdə doğuldun.Qaranlıqdan sabahlaraDaim doğan Günəş oldun!Allah dərgahında özünVətən boyda uca dağsan.Zəfər ətirli, qəhrəmanAzərbaycan, Qarabağsan!!!Gəl qurtar hicranın əlindən məniBu hicran yamanca qol-qanad gərib,Sənsiz gözlərimi yollara sərib,Orda sen qəribsən, burda mən qərib,Gəl qurta hicranın əlindən məni!..Hicranin elinden zara gelmisem,Hesretden üreyi yara gelmişem,Bilmirem men hara, hara gelmişem-Gel qurtar, hicranin elinden meni!..Bu sevdam olubdur sirri - muezzem,Varlığın ömrüme olubdur melhem,Gözüme hicranın salıbdır şebnem,Gel qurtar hicranın elinden meni!..Gel artıq gözyaşım dönübdür sele,Gel bitsin bu ezab, bitsin bu çileDerdimi söyledim küleye, yeleGel qurtar hicranın elinden meni!!!ÜŞÜYEN XATİRELERÜşüyür hər gecə xatirələrim,Yoxluğun borana salıb ömrümü.Saçımda qiş fəslin oğlan çağidir,Kipriyim qılınctək kəsib səbrimi.Daha taqəti yox ürəyimin də,Yaralı quş kimi çırpınır hərdən.Bir sevgi kəlməsi dilimin üstdə,Hər gün can tapşırır, ölür qəhərdən.Susuz səhra kimi yanaqlarimiNə ciskin, nə yağiş islada bilmir,Bu nə qərib duyğu, nə haldi Allah?!Elim göz yaşima ta çatma bilmir.Arzular qocalir, tükənir ömúr,Ne taqətim qalib, nə də ki halət.Ezrayil havaxtdı qapıma gəlmir,O da ünvanimi unudub əlbət.Ağlina gələcəm xatirə kimi,Evini rəsmimlə döşəyəcəksən,Əynini qalin gey, soyuqdu, ömrüm,Qəlbimə qiş gəlib, üşüyəcəksən.ÖZLEMEK NEDİRBen iyi biliyorum özlemek nedir,Özleyen kalbin hasreti çoktur.Kalbimi sevdana verdiğim günden-Sanki göğsümde yüreğim yoktur.Sen nerden bilesin özlemek nedir,Su olub arkamca hiç akmadın ki,Çırpınıb sahilde dalgalar gibi,Benim için kalbini hiç yakmadınki.Ben iyi biliyorum özlemek nedir,Özlemek kedere dalmak demekdir.Toplansa başına tüm kainat,Özlemek tek- tenha kalmak demektir.Ben iyi biliyorum özlemek nedir,Özleyen bir insan kışa benzermiş.Küçük kafesdeki çırpınan kalbi,Kanadı kırılmış kuşa benzermiş.Ben iyi biliyorum özlemek nedir,Özlemek uykunu unutmak demek.Geceler uykusuz sabaha kadar,Allahdan ebedi uyku dilemek...Ben iyi biliyorum özlemek nedir,Kadere, kısmete acı eklemek.Ben iyi biliyorum özlemek nedir,Çaresiz umudu her an beklemek...YükÇiynində nə qədər yükün var adamQəm yükü, dərd yükü, məhəbbət yükü.Dünənin bir namərd cəllad körpüsüBugünün daşıyır sədaqət yükü.Əl- ələ gəzirsən xəyallarınla Hələ yaşayırsan olmaz arınlaÖyürsən özünü "yalan" varınlaTaxt qurub içində səfalət yükü.Bir daş qoymamısan daşının üstəHər gün bir yaş gəlir yaşının üstə,Tutmusan vəfanı başının üstə,Ayağın altinda məşəqqət yükü.Bu nimdaş dünyadan sən təzə umma,Dərdin badəsindən, heç məzə umma,Peşiman ürəkdən möcüzə umma,Gözündə apardın səadət yükü..Günaha bulaşıb çirklə gedirsən,Kimin var orada ərklə gedirsənBu son mənzilinə yüklə gedirsən. Əlində bir zənbil qəbahət yükü..OĞLUMUN İŞİ ÇOXBir ata oğluna zəng edib, dedi;- Ay oğul, yanıma gələ bilərsən?- Yox ata, qayğılar yaman çoxalıb,dünəndən işlərim yarımçıq qalıb.De görüm istəyin nə idi yenə?İşimdən ayırdın, nə deyim sənə?- Bağışla ay oğul, işindən oldun,Gələcəm demişdin, bəs, harda qaldın?Həsrətəm boyuna, kövrək səsinə,Həsrətəm qoxuyan gül nəfəsinə.Telefon düşəcək sanki əlindən,Yer oynayacaqdı sanki yerindən!- Ay ataa!!! El çək, qoy, görüm işimi,Bilmirəm neynirsən sən gelişimi.İşim çox olduğun sən ki, bilirsən,Buna baxmayaraq, israr edirsən.Telefon bağlandi üzünə onun,oğul eşitmədi sözünün sonun...İller ucub getdi göz qırpımında,bir gün oğul salıb atani yada.Gecəni durmadı, yola düzəldi,səhəri atanin evinə gəldi.Qapıda bir paslı qıfıl asılmış,eləcə açarı üstündə qalmış...Diksindi qonşunun xəpdən səsinə,"Atan artıq yoxdur" bu kəlməsinə.Dondu heykəl kimi nitqi tutuldu,çöküb yerindəcə yerə oturdu.- Bəs niyə bir xəbər vermemisiz siz?Onu dəfn etmisiz məndən xəbərsiz?Zəng etmək istədik, izn vermədi,Sonra yaşamasi uzun sürmədi.Son sözü,"Oğlumun işləri çoxdu",-Mənə ayıracaq zamanı yoxdu....ŞEİRDƏN EVLƏR TİKİR...Bir qadın var: - GecələrBaxın gör nələr tikir.Kərpic-kərpic əruzda,Şeirdən evlər tikir...Bənd-bənd artır arzusu,Həcəs bəhri duyğusu,Hər gün qaçır yuxusu,Şeirdən evlər tikir...Divarları misradan,Pəncərəsi hecadan,Fikir axır bacadan,Şeirdən evlər tikir..Ruhu bayatı, ağı, Solub bağçası, bağıHəsrət qoxur otağıŞeirdən evlər tikir.Yasəmən, süsən qadınHər şeyə dözən qadın,Özündən küsən qadın,Şeirdən evlər tikir.24.02.2021.GECƏNİ BALAMTƏK BASDIM BAĞRIMA Qaranlıq gecənin səssizliyində,Seyr etdim, doymadan ulduz selini.Kim bilir, bəlkə də sen də mənimtəkTutubsan gecənin bomboş əlini.Qəribə dünyadır, qəribə həyatYaddaşdan silinməz ötən bircə çağ.Qəlbimdə yurd salıb pərişan illər,Onlara hər gecə açıram qucağ.Yadigar qoyubsan xatirələri,Hara qaçıramsa,boylanır acım .Səhər dalğa-dalğa, gəlir üstüməFikirli gecələr olub əlacım.Ağlama ürəyim, ağlama, bəsdiBaxıb köks ötürmə, ötən keçmişə.Sevgidən danışma heç yeri deyil,Niyə yas tutursan, olub- bitmişə?...Ruhum sevə bilməz daha heç kimi,Kimsə məlhəm olmaz acı, ağrıma.Ağlaya-ağlaya kor oldu gözüm,Gecəni balamtək basdım bağrıma. Səadət Qərib,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.