SEVDA ƏSGƏROVA (1965) Poeziya, Müsabiqə, Borçalı 23 ноября 2024 575 Sevda Seyid qızı Əsgərova - 1965-ci il dekabrın 2-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Qızılhacılı kəndində anadan olub. 1983-cü ildə Qızılhacılı kənd orta məktəbini əla və yaxşı qiymətlərlə bitirib. Sonra Tbilisi Tibb məktəbində təhsil alıb.Uzun müddət “Aversi” klinikasında baç tibb bacısı işləyib.Sevda xanım ailəlidir, iki övladı və üç nəvəsi var.Sevda xanım həm də bədii yaradıcılıqla məşqul olur. Vaxtilə atası Seyid kişi poeziya həvəskarı olmuş və özü də şeirlər yazmışdır. Müntəzəm olaraq atasının şeirlərini oxuması, onlara böyük maraq göstərməsi Sevda xanımda da ədəbiyyata, poeziyaya böyük həvəs oyatmışdır. Elə buna görə də, Sevda xanım özü də gənclik illərindən şeirlər yazmağa başlamışdır. Onun şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunmuşdur.2021-ci ildə isə Bakıda “Borçalı” nəşriyyatı tərəfindən Sevda Seyidqızının “Sevən ürək” ilk şeirlər kitabı nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Kitabda toplanmış şeirlər şairin poetik dünyasının təzahürüdür. Əsasən insanları nikbinliyə səsləyən şeirlərin cəmləndiyi bu kitab müəllifin oxucularla ilk görüşü olsa, poeziyasevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. İnanırıq ki, yaxın vaxtlarda, Sevda xanımın növbəti yeni kitabı işıq üzü görəcək və həmin kitab da, oxucuların böyük marağını qazanacaq. Biz də Sevda xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI,ZiM.Az ATAYazmaq istəyirəm-yaza bilmirəm,Yozmaq istəyirəm-yoza bilmirəm,Dözmək istəyirəm-dözə bilmirəm,Ölümün dağ çəkib sinəmə, ata!Fikrim qarışanda ağlım da çaşır,Gözüm qan ağlayır, dilim dolaşır,El-oba hər zaman səndən danışır.Ölümün dağ çəkib sinəmə, ata!Yaman göynəyirəm doğma qız kimi,Yaman sızlayıram qəmli saz kimi,Qardaşın yarası bizə az kimi,Ölümün dağ çəkib sinəmə, ata!Ata övladların yarağı imiş,Ömür yollarının çırağı imiş,Min yerdən qaynayan bulağı imiş,Ölümün dağ çəkib sinəmə, ata!Fələk aramıza ayrılıq saldı,Şadlığı, sevinci əlimdən aldı,Sevda bu dünyada atasız qaldı,Ölümün dağ çəkib sinəmə, ata!QURBANAM, ATASən atalar atasıydın,Sən nəvələr babasıydın,Sən elimizin ustadıydın,Qızıl əllərinə qurbanam, ata.Sənətkar deyəndə düşürsən yada,Pis oldum qohuma, dost oldun yada,Yerin cənnət olsun qoy o dünyada,O ölməz ruhuna qurbanam, ata.Ellərdə dolaşır səsin avazın,Dillərdə yaşayır yazdığın yazın,Sənə qurban olsun öz doğma qızın,Şirin dillərinə qurbanam, ata.Dillərdən düşməyəcək heç bir vaxt adın,Ürəyində qalacaqsan qohumun, yadın,Sən hamı üçün seyid babaydın,Elə seyid adına qurbanam, ata.18.11.2012SINIQ KÖNLÜMSındırma bir daha sınıq könlümü,Səndən çox uzağam, aralıyam mən!Duz basıb göynətmə açıq yaramı,Solumdan, sağımdan yaralıyam mən.Dağ başını qara bulud alıbdır,Bağrın başı para-para olubdur,Ağlamağa buz ürəyim dolubdur,Sinəsi yaralı həm dağlıyam mən.Bu dünyada hələ nələr görmüşəm,Dözə bilmədiyim dərdə düşmüşəm,Ağrı, acılara çox öyrəşmişəm,Çünki həm ağlıyam, həm qaralıyam mən.Demə mənə gəl ah çəkmə ürəkdən,Xəbər gözləyirəm əsən küləkdən,Ayırmaq olarmı gülü, çiçəkdən,Biliynən onlara çox bağlıyam mən.Ata istəyirəm əlim çatmayır,Üzüm gülsə belə içim ağlayır,Bil ki, dost-tanış da məni qınayır,Neyləyim atama çox bağlıyam mən.SEVƏN ÜRƏKSəni mənə yazıbdır yazan,İxtiyarım yoxdu mən onu pozam.Sevgi yaranıbdır ta əzəldən,Doymaq olarmı heç belə gözəldən.Demə gözəlliyim başıma bəla,Sən mənimlə yaxşı gedərsən yola.Ağıl dəryasısan bunu bilirəm,Amma neyləyim ki, səni sevirəm.Aşiq oldum ki neyləyim ki, səni mən, Vurma yara sevgi dolu qəlbimə.Birgə gəzək bu dünyada əl-ələ,əziyyət vermə gəl sevən bülbülə. 20.01.2013SEVİRƏM SƏNİGözəllik aşiqi olsam da belə,Gözəllikdən yazmaram mən.Saf qəlblərə girmək üçün,Axtarıb yol tapmaram mən.Ürək geniş, qəlbi təmiz,Saf vicdanın bəhrəsidir, Gözlər qəlbin aynasıdır,O gözləri öpərəm mən.Eniş-yoxuş getmişəm mən,Yaxşı yaman görmüşəm mən,Öz yolunda durmuşam mən,Düz yolunu seçərəm mən.Hər şeyi doğru istərəm,Şəffaf olsun, dürüst olsun,Ən çox halallıq istərəm,Düz əlləri öpərəm mən.Gəl heç kimi acılama,Nə sızladıb göynətmə sən.Halal əlin, doğru dilin olsa sənin,O alnından öpərəm mən.Olan oldu unut getsin,Qanqala su tökməyin siz,Qoy yerində güllər bitsin,O gülləri öpərəm mən.Söylə nədən küsmüsən sən, Küsən könlü alaram mən, Kimsə mənim könlüm alsa, Belə onu sevərəm mən.06.06.2013AY İNSAFSIZHəsrətindən xəstə düşdüm,İnsafa gəl, ay insafsız!Aşıq kimi səni seçdim,İnsafa gəl, ay insafsız!Aşiqini itiribsən,Dərdi cana yetiribsən,Ömrü-günü ötürübsən,İnsafa gəl, ay insafsız!Var Sevdanın əsli-soyu,Mərd dolanıb ömrü boyu,Eşqimizə qazma quyu,İnsafa gəl, ay insafsız!İnsafa gəl!...GÖZÜNBaxışlar özgədir, duruşlar özgə,Qəlbimi odlara salandı gözün.Dünya bir yanadır, sənsə bir yanaAğlımı başımdan alandı gözün.Gözündən dünyaya şölə saçıldı,Qəlbimi oxşadın könlüm açıldı,Eşqin yuvasında ocaq çatıldı,Daha inanmaram yalandı gözün.Sanki bülbül kimi danışır, dinir,Kədəri qüssəni könüldən silir,Yerlərin, göylərin sirrini bilir,Eşqimin yağısı olandı gözün.Sən idin eşqimdə sirrim, həmdəmim,Tökülüb , ay Sevda, başımdan qəmim,Küsüb taleyimdən sevincim, dəmim,Əfi ilan kimi çalandı gözün....çalandı gözün.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.