1973-cü ildə Sadaxlı kənd orta məktəbini bitirib.
Hərbi xidmət borcunu yerinə yetirdikdən sonra Bakıya gedib, peşə məktəbinə daxil olub, radio-tele mexanik sənətinə yiyələnib.
Geri doğma kəndinə qayıdıb. Ailə həyatı qurub. Bir müddət Tbilisi şəhərində polis vəzifəsində çalışıb.
Sonra Sadaxlı mərmər sexində krançı vəzifəsində çalışıb.
Sovet hakimiyyəti devrildikdən sonra dini dərs alıb.
1995-ci ildən indiyə kimi xalqın xidmətindədir.
Bir oğlu, iki qızı, 6 nəvəsi var.
Lap gənç yaşlarından ədəbiyyata maraq göstərib.
Özü də şeirlər yazmağa başlayıb. Ana Vətənimiz, müqədəs ata yurdumuz, sevimli el-obamız, Ulu Borçalımız, xalqımız, gənclərimiz və s. haqqında yazdiği ibrətamiz şeirləri oxucular tərəfindən böyük maraqla qarşılanır.
Biz də Yusif Çobanoğluna yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Azın dəyərli izləyicilərinə təqdim edirik.
ZiM.Az
Oğluma nəsihət
Babalar sözüdü saxla yadında,
Biləsən, söyütdə bar olmaz, oğlum.
Ata nəsihətidir saxla yadında,
Eşşək arısında bal olmaz, oğlum.
Sevəndə gözəlin xasını seç sən,
Arxalı kürəkli düzünü seç sən.
Həyatda səni sevəni sev sən,
Zorla gözəllikdən iş olmaz, oğlum.
Bar verən ağac başını əyər,
Çinar meyvəsizdir göylərə dəyər.
Pis yoldaş arxadan bil səni söyər,
Dostunu yaxşı seç seçəndə, oğlum.
Çalış həyatını dəyərli yaşa,
Atana anana həyalı yaşa.
Elində obanda sevilən ol sən,
Budur sözüm sənə, düşün sən, oğlum.
Çalış ömrünü mənalı yaşa,
Pisliklə ömrünü vurma sən başa.
Sözünü deyəndə de sən sirdaşa,
Tək əldən səs çıxmaz biləsən, oğlum.
Ay göyçək qızım
17di yaşına qedem qoyursan,
Ad günün mübarək ay göyçək qızım.
Baharın mehi tək həzin əsirsən,
Ad günün mübarək ay göyçək qızım.
Evimin şirini həm sözü sənsən,
Ömrümün baharı həm yazı sənsən.
Atanın ismətli həm qızı sənsən,
Ad günün mübarək ay göyçək qızım.
Qardaşa bacısan bacıya qardaş,
Atana anasan anana sirdaş.
Arzumdur yaşa bəxtəvər yüz yaş,
Ad günün mübarək ay göyçək qızım.
Arvad
Gec gələndə mən biraz evmizə,
Açılmır qaş qabağı arvadın.
And içirəm uşaqların canına,
Açılmayır qaş qabağı arvadın.
Deyin nə çarə qılım başıma,
Sanki dağdır bulud gəlib başına.
Anlayıram baxanda göz qaşına,
Açılmayır qaş qabağı arvadın.
Qısqanclığı atmayır o daşını,
Dindirəndə tökür gözün yaşını.
Allah göstərməsin onun davasını,
Açılmayır qaş qabağı arvadın.
And içirəm uşaqların canına,
Az qalırkı heç qoymasın yanına.
Qısqanclıq işləyib vallah qanına,
Açılmayır qaş qabağı arvadın.
Mən yazığa yalandan hey şər atır,
Küsəndə çevrilib o yanda yatır.
Bilməyirəm yoxsa işvə naz satır,
Açılmayır qaş qabağı arvadın.
Nəvəm Fərid
Son beşik qızımın son beşik oğlu,
Qədəmin mübarək deyirəm sənə.
Atanın ananın sevinci sənsən,
Qədəmin mübarək deyirəm sənə.
Dörd bacının bir qardaşı sən oldun,
Arzusu sevinci sən oldun.
Evinin gülü çiçəyi oldun,
Qədəmin mübarək deyirəm sənə.
Atana oğulsan babana nəvə,
Yaxşı demişlər övladda nəvə.
Arzumdur talehnen xoş günlər yaşa,
Qədəmin mübarək deyirəm sənə.
Nəvəm Sona
Gül çiçək çəməndə çöldə bitər,
Sən mənim evimin gül çiçəyisən.
Gülün çiçəyin ömrü az olar,
Sən mənim solmayan gül çiçəyimsən.
Evimin şirini həm gözəlisən,
Babanın anası həm bacısısan.
Ağlınla həm üstün həm zəkalısan,
Sən mənim solmayan gül çiçəyimsən.
Talehden arzumdu boy atasan,
Şirin- şirin yuxular yatasan.
Arzun nədir arzulara çatasan,
Şirin arzulara arzu qatasan.
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.