LEYLA VƏKİLQIZInın YUNİS QARAXANOVla DEYİŞMƏSİ Ədəbiyyat » Müsabiqə 28 февраля 2020 OXUYACAQ(Deyişmə)LEYLA VƏKİLQIZI:Ay şair, yazdığın bu misraları,Mizrab sığal çəkib, sim oxuyacaq.Qabaqda imtahan gözləyir səni,Bəs sənin dərsini kim oxuyacaq?YUNİS QARAXANOV:Yazdığım misralar el dərdlidirsə,Dərdi sinəsində el oxuyacaq.Bu dünya imtahan olsa, nə yazar,Ürək qərar verib, dil oxuyacaq.LEYLA VƏKİLQIZI:Dünya çarx üstündə dərddir, azardır,Hamı yol yolçusu bir boş məzardır.Şairlər dünyada güclü yazardır,Məhəbbət bəsləyib, kin oxuyacaq.YUNİS QARAXANOV:Demə ki, bu dünya dərddir, azardır,Əlindən tüm-bəşər, vallah, bezardır,Zənn elə bu dünya özü yazardır,Yazdığın bu bəşər, bil, oxuyacaq.LEYLA VƏKİLQIZI:Köksündə boğacaq qəm harayını,Qovacaq qəlbindən dərd alayını,Yuxuda gördüyün Xan sarayını,Yazacaq, yozacaq, çin oxuyacaq.YUNİS QARAXANOV:Hər yuxu çin olmaz, yuxu tək qalar,Çox yuxu yuxu yox, qorxu tək qalar,Qiyamət günündə ruhu tək qalar,Günah dillənəcək, "öl" oxuyacaq.LEYLA VƏKİLQIZI:Eloğlu, bu qədər inad eyləmə,Bilməmiş tək durub, sözü söyləmə.Düz yazıram, gəl məni pərt eyləmə,Dünən yaşadığın gün oxuyacaq.YUNİS QARAXANOV:Elqızı, mən səni pərt eyləmirəm,Kimsəylə işim yox, sərt eyləmirəm,Bu gün əməlimi dərd eyləmirəm,Hesab zamanında, "gəl", oxuyacaq.LEYLA VƏKİLQIZI:Dilimdə Allahdır, yönüm qibləyə,Özü bir yol açsın, gedim Kəbəyə.Çatmışam əməlnən uca zirvəyə,Kəlmeyi-şəhadət, din oxuyacaq.YUNİS QARAXANOV:Dinimiz Allahdır, qibləmiz Kəbə,Müsəlman Quranla fəth edər zirvə.Yunis də bir zaman eyləyər tövbə,Çün haqqın önündə "lal" oxuyacaq.LEYLA VƏKİLQIZI:Eloğlu, bağlayaq burda söhbəti,Şair qız itirmir bil ki, hörməti,Onun qeyrətidir, onun şöhrəti,Səni bir, onusa min oxuyacaq.27.02.2020. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.