Dilarə Süleyman Çarıqçı: "Ölməmişəm, bağışla!.." Ədəbiyyat » Müsabiqə 8 июля 2020 Dilarə Süleyman Çarıqçı (Dilarə Zahid qızı Hacıyeva) - 24 aprel 1982-ci ildəUcar rayonunun Məlikballı kəndində anadan olub.Məlikballı kənd orta məktəbini bitirdikdən sonratəhsilini Azərbaycan Dövlət Pedoqoji UniversitetininFilologiya fakultəsində davam etdirib.İlk dəfə şeiri 2003-cü ildə "And" qəzetindəçap olunub. Sonra "Sərbəst düşüncə", "Şərqin səsi", "Elm və təhsil", "Ziya", "Oxu məni" qəzetlərində,İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,"Zirvə" poeziya antologiyasında və"Bitməz olan duyğularım var mənim"poeziya almanaxında,Türkiyədə nəşr olunan"Türk dünyası şiir antologiyası"nda şeirləri işıq üzü görüb.Biz də hörmətli Dilarə xanımın bir neçə şeiriniaşağıda bir daha ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Sona ABBASƏLİQIZI,ZiM.AzBağışla Bir damlaya bürünüb,Bir buluda bənzədin.Bir ümidtək görünüb,Ürəyimi bəzədin.Gözümdən gilələnib,Yanağımdan süzüldün.Ürəyimdən ələnib,Həsrətimə yazıldın.Buz tutdun əllərimdə,Saçlarıma ağ oldun.Ən əziz illərimdə,Ürəyimə dağ oldun.Sevgilim, doğma yadım!Bu yolun sonumuydu?Sevdim sandığım adamÖmrümün qənimiydi.Dırmaşa bilmədim mən,Bu enişlə, yoxuşla.Sənsiz yaşamazdım mənÖlməmişəm, bağışla!***Dərddən böyük dərdlər var,Demə ehtiyacım var.Öz dərdim mənə yetərKimə ehtiyacım var?Buluddan nəm qapan mən,Haqqı qəlbdə tapan mən,Qəlb sazımdan qopan mən,Simə ehtiyacım var?Savab mənəm, günah mən.Sərgardan dəli ruh mən. Yol gəzirəm,Allah, mən,Şama ehtiyacım var.Dil ürəyi azdırır,Ürəyimdə söz vurur.Məni həsrət yazdırır,Qəmə ehtiyacım var.Ocaq sönüb, kül fağır,Külüm var dağdan ağır,Göyün tavanı yağırDama ehtiyacım var.Ümid yetmir uçmağa,Sevinc qəlbi açmağa, Bu dünyadan qaçmağaHimə ehtiyacım var.***Sözləri seçib danış, dəyərini bil!Elə bil kətana naxış atırsanÜzərimdən soyuq nəzərini al,Sanki dilənçiyə baxış atırsan.Daha inanmıram gördüklərimə,Bəlkə xəyallardan səni uydurum?Dedin çıxaracan məni ağ günəDemədin əyninə kəfən geydirim.Anlamaq istədim atəşi, yandım,Sən niyə yanmadın, qorxaq sevgilim?Bağışla mən səni əbədi sandımZaman bizi yendi, torpaq sevgilim!Bir yarpaq düşüşü qədərdir ömür,Budaqdan görünür düşəcəyin yer.Hər gün ölə-ölə yaşa, ömür sür,Öləndə anlarsan yaşamaq nədir.***Hamını düşündün özündən başqa,Nə deyərlər ilə keçirdin həyat!Özümüzçün yaşasaydıq biz keşkə,Neçə ömrü qurban etdi bu adət,Nə deyirsiz, camaat?Birini uşaqkən verdilər ə rə,Mini dözməlidir hər zülmə, çərə,Bəxtə lənət desə belə min kərəDərd gəlsə üst-üstə hələ neçə qatNə deyirsiz, camaat?Borc alıb geyinər çoxu paltarı,Rəngləyər saçını qırmızı, sarı,Bir razmer kiçikdir cırıq şalvarı,Əsas müasirdir deyib qoyaq ad,Nə deyirsiz, camaat?Sevmək istədinsə o, bu nə deyər?Özgə zövqləriylə ölçülür dəyər.Diqqət et verərkən hislərə ayar,Atılan daşlarla qırılar qanad, Nə deyirsiz, camaat?Yad sözüylə qurban getdi ömrümüz,Arzuların gerçək edən hələ az.İşə qarışana hər verdikcə üz,Nə iz qoya bildik, nə mənalı söz,Qınayanın özü səndən d ə bərbad,Nə deyirsiz, camaat!İtirilib abır-həya , az qalıb.Şaxta vurub ürəkləri buz qalıb.Ömrümüzə nəfs keçib, göz qalıb,Bənzər olub indi kişiylə arvad,Nə deyirsiz, camaat? Ona-buna baxa-baxa qalmışıq,Yaşamağa qorxa-qorxa qalmışıq, Cammat nə deyər deyib durmuşuq,Yadırğadıq yaşamağı biz rahat,Nə deyirsiz , camaat?Dilarənin sözünə qoy yasağı,Çoxunun götürmür sözü qursağı,Camaat nə deyər? Etmişik ağı,Sonunda biçarə eyləsəi vəfat,Nə deyərsiz, camaat?***Nadan əl g ötürməz qara əməldən,Nola məndən uzaq gəzəydilər kaş!Adamlığı savad bilən kəslərin, Diplomuna adam yazaydılar kaş.Quyu qazan özü düşər quyuya,Saymadığın kəsə əl uzadarsan,Tikanlı dilinlə vurduğun var ya,Gün gələr əlinlə gül uzadarsan!İnsanlığın məktəbi yox, dərsi yox.Qəpik-quruş üçün satılma, insan!Şərəfdən yüksəkdə uca kürsü yox.Nolar, belə ucuz tutulma, insan!Nadan əl götürməz qara əməldən,Nola məndən uzaq gəzəydilər kaş!Adamlığı savad bilən kəslərin, Diplomuna adam yazaydılar kaş.Qadınlar siqaret çəkməz! Qadın dərd çəkər, həsrət çəkərNə o işdən əl çəkər, nə iş ondan əl çəkərDaim qəlbi nigaran, daim gözü yol çəkərQadın şamdır, gizlində asta-asta əriyərİşıqlanar ömürlərBəzən sönər o vaxtsız, bəzən neçə il çəkər! Qadın bitməyən kitabVerilməyən dəyərdirBəs necə gətirir tabSolduqca ləçəkləriBaşqa qönçə göyərdir!? Belə incə xəzanıBaşqa hansı gül çəkər?! Qadın aynadır şəffafYaxşı bax sən özünə! Əlini çəksən ondanÇəkməyi bilən qadınYAŞAMAQDAN ƏL ÇƏKƏR!***Kainata iz salan bir körpüdən keçir ruhum,Zərrələrdən qopan andı toplayaraq içir ruhum,İki aləm içindəyəm, məndən mənə keçir ruhum,Huzura bir addım qalıb.Nifrət, təkəbbür yad mənə istəmirəm daş toplayam,Cismimi il qocaltmayir gərək yoxdur yaş toplayam,Nə ağırlıq vardır atıb yüklərini boş toplayam,Qəlbimdə sükut toplanıb.Saat kimi qurulubdur,zamanına qaçır ömrüm,Sevinc bircə an qədərdir qanad açıb uçur ömrüm,Dərdi hikmət sandım deyə həsrətinə naçar ömrüm.Beşiyində qəm bələnib.Arzuları istəməyə bir az ümidim də qalib,Bir tamaşa izləyirəm həyat adlı,vaxt azalıb,Günahlarım savabima vicdanı minnətçi salıb,Təmizə çix, tövbələnib!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.