YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏVƏZ MÜƏLLİM!.. Müsabiqə, Təbriklər 5 июля 2018 TƏBRİK EDİRİK!...Bu günlərdə AzTU Mətbəəsinin müdiri, tanınmış naşir, şair və jurnalist Əvəz İdrisoğlu Abbasovun anadan olmasının 70 illik yubileyi tamam olur.Biz də çox hörmətli Əvəz müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, əmək fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Aşağıda Əvəz Abbasovun qısa tərcümeyi-halını və bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..Müşfiq BORÇALI,ZiM.AzƏvəz İdris oğlu Abbasov - 29 iyun 1948–ci ildə Laçın rayonunda qulluqçu ailəsində anadan olmuşdur.1966-cı ildə Laçın rayon 1 saylı orta məktəbi bitirmişdir.1968-ci ildən Bakıda yaşayır.1968-1978- ci illərdə Bakı Dövlət Universiteti Nəşriyyatında işləmişdir. 1970-1976 cı illərdə BDU-nun “Jurnalistika” fakültəsində təhsil almışdır.Uzun illər “Bakı”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri”, “Qobustan” (jurnal), “Sovet kəndi”, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində və digər mətbuat orqanlarında puplisistik yazıları dərc olunub, bir sıra verlişlərin ssenari müəllifi olmuşdur.Dövrü mətbuatda oçerkləri, reportajları və şeirləri dərc olunmuşdur.Əvəz İdrisoğlu uzun müddət Azərbaycan “Bilik Cəmiyyəti”nin üzvü olmuşdur.1978-ci ildən indiyədək Azərbaycan Texniki Universitetində mətbəə müdiri vəzifəsində çalışır. Bu illər ərzində Azərbaycan Təhsil Nazirliyi və rektorluq tərəfindən yazılı və şifahi təşəkkürlər almışdır.1984-cü ildə Ümumittifaq (SSRİ) və Beynəlxalq Kommunist Ölkələri miqyasında keçirilən “Elmi Simpoziumun” materiallarının yüksək səviyyədə hazırlanmasına (nəşriyyat–poliqrafiya işləri) görə SSRİ və Azərbaycan SSR Təhsil Nazirliklərinin Fəxri Diplomuna layiq görülmüşdür.Əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyevin 75 illik yubileyi münasibəti ilə “HEYDƏR ZİRVƏSİ” foto-albomunun tərtibatına görə 10 may 1998-ci ildə Azərbaycan Jurnalist Həmkarlar İttifaqının qərarı ilə – Xalq və Prezident HEYDƏR ƏLİYEV Şərəfinə “–İNAM– Şərəf” diplomuna layiq görülmüşdür.–“Görkəmli oftolmoloq alim Zərifə xanım Əliyeva – 90”–Yubiley materiallarının çap işləri. (ATU-Mərkəzi Kitabxana);Ə. İdrisoğlu yüzlərlə kitabların tərtibatçı-müəllifi, redaktoru olmuş və onların yüksək səviyyədə çap olunmasına nail olmuşdur:– “Ömür yolu”, “Ömürdən səhifələr” (tərtibatçı-müəllif-Ə.İ. Abbasov, neft sənayesi);–“Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda bədən tərbiyyəsi və idmanın inkişafında xidmətləri” (müəlliflər: Rəşid Əliyev, Firudin Məmmədov);–“Xalqın ümid işığı” (müəllif-Şərqiyyə Əbülfətqızı);–“Layiqli davamçı, böyük qurucu, dönməz silahdaş” (müəllif-Şərqiyyə Əbülfətqızı);–“Dövlət bahadırı” (müəlliflər-Şərqiyyə Əbülfətqızı, Fərhad Əliyev);–“Ömrün zəfər dastanı” (müəllif-Şərqiyyə Əbülfətqızı);–“Xalq qəhrəmanı Sultan bəy” (müəllif-Şikar Qasımov);–“Əsirlikdə qalan Laçın” (müəllif-Şikar Qasımov);–“Qartal dağlarda qaldı – Azərbaycanın Milli Qəhrəmanı Kazım Ərşad oğlu Məmmədov” (müəllif-Həsən Səfi Qarabağlı);–“Laçın şəhidləri” (müəllif-Leyla İlyasova);–“Mən Laçınam...” – f.e.d., professor Xasay Cabbarov-70-(tərtib edən: Şəfəq Xasay qızı Cabbarova);–“Tarixin yaddaşı” (müəllif-Feyruz Bağırov-Naxçıvan MR);–“Naxçıvanın təbii sərvətləri” (müəllif-Feyruz Bağırov-Naxçıvan MR);–“Fəlsəfə fənninin tədrisi prosesində tələbələrdə milli qürur hissinin tərbiyə edilməsi” (müəllif-Qabil Hüseynli);–“Otelçilik fəaliyyətinin əsasları” (müəlliflər-Həbibə Soltanova, Cəmşid Zeynalov);–“Ekologiya və fövqəladə hallar” (müəllif-Ziyadxan Nəbibəyli);–“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə magistrantların və gənc tədqiqatçıların Elmi-Praktik Konfransının materialları” (kollektiv-BDU);–“Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” (müəllif-Havva Məmmədova-AMEA);–“Dahi Ensiklopedik alim Məhəmməd Nəsirəddin Tusinin 810-illiyinə həsr edilmiş beynəlxalq konfransın materialları” (kollektiv-AMEA);–“Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması” (müəllif-Hacı Səbuhi İbrahimov-Naxçıvan MR);–“Tariximizin açılmamış səhifələrindən–erməni qəddarlığı, erməni terroru, erməni vandalizmi ” (müəllif-Sövdəyar Muradov);–“Görkəmli Azərbaycan tarixçisi və şərqşünas alim akademik Ziya Bünyadovun anadan olmasının 90 illiyi münasibətilə magistrantların və gənc tədqiqatçıların Elmi-Praktik Konfransının materialları” (kollektiv-BDU);–“Elektron Hökümət Azərbaycanda: Nailiyyətlər və Perspektivlər –Beynəlxalq Konfransı – məruzə materialları” (AzTU-kollektiv);–“Avtomatika və İdarəetmənin Müasir Problemləri – Respublika Elmi-Texniki konfransının materialları” (AzTU-kollektiv);–“Heydər Əliyev və Azərbaycan Təhsili”– Respublika Elmi Konfransının materialları (AzTU-kollektiv);–“Gənc alimlərin Respublika Elmi Konfransının materialları” (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti);–“Dünya Kitabxanaları tarixi” (müəllif-Knyaz Aslan);–“Qloballaşma və şəxsiyyət” (müəlliflər-Məmməd Rzayev, Novruzəli Rəhimov-Naxçıvan MR);–“Şirvanın bir incisi” (müəllif-İslamov Mahir İxtiyar oğlu).Nəşriyyat-poliqrafiya işlərinin təşkili sahəsində Ə.Abbasovun misilsiz xidmətləri vardır. O, saysız-hesabsız elmi-texniki ədəbiyyat, dərslik, dərs vəsaitləri və monoqrafiyaların gözəl tərtibat və keyfiyyətlə çap edilməsinə mühüm töhfələr vermişdir.Ə. Abbasov azadlığımız – müstəqilliyimiz, dövlət və dövlətçiliyimiz, azər¬baycan¬¬çılığımız ideyalarını daim qoruyan vətənpərvər ziyalı, azərbaycanlıdır.Ə. Abbasov Azadlıq Mücadiləsi və Torpaqlarımız uğrunda döyüşlərin birbaşa iştirakçısı və təəssübkeşidir.Qarabağ savaşında AzTU tələbələrinin döyüşə ruhlandırılması və onların maddi-mənəvi təminatında dəyərincə fədakarlıq göstərmişdir. O, öz dədə-baba yurdlarından qaçqın-köçkün düşmüş ailələrə də maddi və mənəvi dayaq olmuşdur.TƏLTİFLƏRİ:–“İnam – Şərəf Diplomu – (Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyyəti – AzərKİVHİ)”-Bakı ş. 10 may 1998.–“Qızıl Əllər” Fəxri mükafatı laureatı – Bakı ş. 2007, “Azad Qələmlər Cəmiyyəti”;–“Fəxri Fərman”–Bakı ş. 29 iyun 2008. AzTU, Azad Həmkarlar İttifaqı Komitəsi;–“Həzrət¬i Əli” (ə.s.)–Fəxri Mükafatı laureatı-Bakı ş. – 2009, “Azad Qələmlər” Cəmiyyəti;–“Ustad Sənətkar” – Diplomu – Bakı ş. 11 aprel 2011, “Qafqaz Media” İctimai Birliyi;–“Əsrin ziyalısı” – “İlin Nəşriyyatçısı” – Fəxri Diplomu, Bakı ş. – 2011, “Əsrin Ziyalıları” İctimai Birliyi;–“Şərəf ” – Media Mükafatı laureatının Fəxri Diplomu – Bakı ş. – 22 oktyabr 2012, AzərKİVHİ RH;–“Azərbaycan Ziyalısı” Fəxri Diplomu – “Pillələr” qəzetinin redaksiyası – Bakı ş. – 2012–“Qızıl Qələm”–Media Mükafatı laureatı, Diplom, AzərKİVHİ RH – Bakı ş.– 10 mart 2012;–“Qalib Sultan”–Diplomu, “Qalib Sultan” qəzetinin redaksiyası. Bakı ş.– 2013;–“Qalib Sultan” – Diplomu. Fondun təsisçisi, Bakı ş. – 2013.–“Fəxri Fərman” – AzTU, Azad Həmkarlar İttifaqı Komitəsi, Bakı ş. – 29 iyun 2013.Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir, bir oğlu, bir qızı və beş nəvəsi var. TEZ BİTSİNLaçına düşəydi yolum-DAĞLARA.Boylanıb baxaydım göy-ORMANLARA!Yenəydim Şirxannan, Qayalıqlara,Axaydı sinəmnən sel yavaş-yavaş!Qalxaydım Mişnidən Hoçaz Dağına,Düşəydim Bozluya-Cənnət Bağına,Dönəydim Babamın Çal Papağına,Köksümdə əsəydi tel yavaş-yavaş!Tanrı Dərgahına şükür edəydim,Şəfəqlər açanda mehə dönəydim!Nuruna qərq olub şehə dönəydim,Döyəydi köksümü, yel yavaş-yavaş!Gəzib, dolanaydım çəmənlikləri,Dərəydim gülləri, tər çiçəkləri!Kölgədə sərəydim, əvəlikləri,Yaylağa gələydi, el yavaş-yavaş!Ay Əvəz Haqqını Yaradan verər.Haqq qalib gələr, Göylər Nur çilər!Sökülər Dan yeri, Üfüqlər gülər,Düzələr qədd-qamət, bel yavaş-yavaş! AZƏRBAYCANIMMin nemət yetirər havan, torpağın,Bir daha enilməz üçrəng bayrağın!Ana beşiyidir sənin qucağın,Ülfət məkanısan – Azərbaycanım!Üzeyir yurdunun canı, qanısan,Seyidin, Cabbarın Qarabağısan,Heydər babamızın Şah Qalasısan,Qeyrət məkanısan – Azərbaycanım!Düşməndən qisası İlham alacaq,Böyük Qələbəni İlham çalacaq,O şanlı günləri İlham yazacaq,Qüdrət məkanısan – Azərbaycanım!Baxıb fərəhlənir ürəyim, canım,Bağlıdır səninlə bu gün, sabahım,Məni yaşadacaq mənim İlhamım,Şöhrət məkanısan – Azərbaycanım!Əvəz yorulmadan qələm çalacaq,Azad diyarında nəfəs alacaq,Yenilməz adına dastan yazacaq,Cənnət məkanısan – Azərbaycanım! AL BAYRAĞIMIZIN QANIDI LAÇIN!Laçın azad olsa dünya dəyişər,Qalmaz cığırlarda, yolda gözlərim.Sevincimi küllü–aləm bölüşər,Taqətin itirməz yüz il dizlərim.Laçın Ana Yurdum, Ana Torpağım,Laçın bu Dünyanın Baş şəhəridi.Miriklə, Quşçular olmuş yaylağım,Laçın igidlərin qeyrət rəmzidi.Keçib Pircahandan Qorçuya qalxsan,Şəlvə, Oğuldərə xoş gəldin – deyər!Palıd kölgəsində ayağa qalxsan,Başın səmadakı buluda dəyər!Göydəmir kəhəri çapsan dördnala,Uzaq məsafəni yaxın eyləyər,Boylanıb zirvədən baxsan hər yana,Kədərin, həm qəmin, qüssən əriyər.Gəzib dolanmışam köhnə Mahalı,Zəngəzur gözümdə qan–yaşa dönüb.Bitib–tükənməzdi dərdi–məlalı,Sanki qibləgahım tərsinə çönüb.Keçib Zabux çaydan İnqilabgildə,İsa ocağında qonaq qalmışam.Əli Abbasovun kənd məktəbində,Müəllimlə, şagirdlə həmdəm olmuşam.Elsiz, obasızdı Laçınlı Əvəz,Yarımcan canımın canıdı Laçın!Laçın qayıdarsa, Laçınlı ölməz,Al Bayrağımızın Qanıdı Laçın! DAĞLARAy Bəhmən, Kəlbəcər bir ölü candı,Laçında torpağım, daşım da yandı,Naləmdən dərələr, düzlər oyandı,Öldürdü Əvəzi nisgilin, dağlar.Murovun sinəsi qardı, borandı,Ömrüm çoxdan keçib, yolum o yandı,Sinəmdə döyünən bir quru candı,Şamilsiz qalmışdı ellərin, dağlar.Qubadlı, Zəngilan, Qalasız Şuşam,Tanrı bir od vura, yanam, alışam,Simurq dada yetə, sənə qovuşam,Ələnə başıma sellərin, dağlar.Qovuşmur səsimə hayın, harayın,Məni bezdirmişdir ah ilə vayın,Yerlə yeksan olmuş binən, sarayın,Sahibsiz qalmışdır çöllərin, dağlar.İllər ötüşdükcə itir gümanım,Pozulur günbəgün səlqə - sahmanım,Niyə, qara gəldi, Dağlar, dövranım?!Niyə dilə gəlmir sirrlərin, dağlar?!Sızım – sızıldayan içimdə dağ var,Sinəmdə ürəyim, gözlərim ağlar,Ya Rəbb, məni qeyb et, Laçına apar,Məni istəyimə yetirin, dağlar!Siz Allah, qıymayın Dağa – Arana,Torpağı satmayın, torpaq alana!Dünya bir yanadı, Laçın bir yana,Əvəzi vüsala yetirin, Dağlar! QURBAN OLUM!...Laçın adlı bir diyarin,Baharına qurban olum!Yurd yerinin intizarlı,Baxarına qurban olum!Zirvəsində qartal süzən,Sinəsində Laçın gəzən,Ayağımı daşlar əzən,Qayasına qurban olum!Əsirlikdə qalan elin,Namərd əldə talan elin,Gül–çiçəyi solan elin,Sonasına qurban olum!Qan ağlayır Hoçaz Dağı,Ətəyində gəzər yağı,Qeyrətim, düşmən tapdağı,Gözdağına qurban olum!Həsrətəm el–obasına,Sərin mehli havasına,Min bir dərdin davasına,Torpağına qurban olum!Gözüm yollanır Minkəndə,Göyçə yaradı sinəmdə,Ayaq izim var sinəndə,Növrağına qurban olum!Zəngəzurda Yanar Dağam,Çeşməsi küsən Bulağam,Viranə qalmış Oylağam,Yaylağına qurban olum!Kür bulanıb, içəmmirəm,Araz qandı, keçəmmirəm,Yol tikandı, biçəmmirəm,Sorağına qurban olum!Yeddiqatın – yeddi dərddi,Ömrün–günün hədər getdi,Allah, başım nələr çəkdi?!Cəlalına qurban olum!Dilim–dilim oldu dilim,Paralandı obam, elim,Yaman tez ötdü illərim,Güzarına qurban olum!Əvəz eldən kənar düşdü,Ömrü bihudə ötüşdü,Qocalmadı, əldən düşdü,Xəzanına qurban olum! DÜNYAKiminə güzəran, kimə tamaşa,Kiminə bir cəfa yaranmış dünya.Kimin taleyində dönmüşdür daşa,Kiminə bir səfa yaranmış dünya.Yaxşılıq zamanın felinə düşmüş,Ağlıq saçlarımın telinə düşmüş,Ayrılıqla, hicran elimə düşmüş,Sanki, əzəlindən daranmış dünya.Günəşin nuru da düşmüş buluda,Ağlayır padşahı, qara qulu da,Bağlanıb elə bil Haqqın yolu da,Bəlkə, dərgahından talanmış dünya?!Ayrılıq gələndə Vətən haraylar,Hicran üz göstərsə, yarı yar haylar,Tikilmiş, sökülmüş çox – çox saraylar,Yaxşıya, yamana qınanmış dünya.Tarimar olmuşdu “Təxti – Süleyman”,Nadanlar əlində talanmış dünya.Əvəz, sən, əlini üzmə Xudadan,Nahaqdan odlara qalanmış dünya! ELLƏRİM...Bayram gəlir, alovlanır tonqallar,Mübarəkdir, baharınız, ellərim!Toy–büsatlı keçir belə axşamlar,Xoş gəlmişdir Elyazınız, ellərim!Səmənini başa ötür süfrədə,Ürək açır yer–yemiş də, cüfrə də,Aş qazanı dəmə düşür kürədə,Çox mübarək bu yazınız, ellərim!Kəsin lenti, qoy açılsın boxça da,Nə var gətir, ay nənəsi, taxçada,Su da qoyun süfrəyə siz dolçada,Mübarəkdir, nübarınız, ellərim!Fuad durub qol götürsün oynasın,Vidadi, Toğrul da baxıb qaynasın,Yaradanım, Haqqım sizə qıymasın,Bal–şəkərdir muradınız, ellərim!Qarabağın xislətini çəkərəm,Sinəm üstə Xarıbülbül əkərəm,Ürəyimdən Laçına yol çəkərəm,Çən–dumandır yollarınız, ellərim!İgidlərin nərə çəksin oyansın,Düşmənin önündə məğrur dayansın,Şəri-şeytanları odlarda yansın,Təzə gəlsin, növrağınız,ellərim!Əvəz köçkün ayrı düşdü elindən,Araz yanar gözlərinin selindən,Laçın düşməz gecə-gündüz dilindən,Xoş gələydi sorağınız, ellərim!Kaş yanaydı çırağınız, ellərim!... ÖMRÜN AHIL ZİRVƏSİNDƏHöçaz dağın kölgəsində,Zabux çayın dəhnəsində,Bircə dəfə dincələydim,Ömrün ahıl zirvəsində.Cığır olub iz salaydım,Alışaydım, köz salaydım,El-obadan söz salaydım,Ömrün ahıl zirvəsində.Yetişəydim muradıma,Minəydim köhlən atıma,Sürəydim “ Yeddiqat”ıma,Ömrün ahıl zirvəsində.Bir anlıq Laçın olaydım,Qol açıb, qanad çalaydım,Zirvələrdən boylanaydım,Ömrün ahıl zirvəsində.Baş qoyaydım sinəsinə,Uzanaydım qibləsinə,Qurban olaydım özünə,Ömrün ahıl zirvəsində.Sirrimi yada demişəm,Keçənə qada demişəm,Hər işi bada vermişəm,Ömrün ahıl zirvəsində.Düzlənib düzə gələydim,Laçına – bizə gələydim,Əvəzi orda görəydim,Ömrün ahıl zirvəsində! Əvəz ABBASOV,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.