Gülxanım RZAZADƏ (1958): "DÜŞÜNCƏLƏR..." Müsabiqə, RÜBAİLƏR 3 октября 2018 (DÖRDLÜKLƏR)Qəlbimdə inamım, əhdə ilqarım, Dilimdə düz sözüm varımdı mənim. Kim deyir kasıbam, dövlətim-varım, Həyatda tox gözüm varımdır mənim... * * *Nə varım var, nə dövlətim, nə yarım,Kömək eylə qürbət eldə, ay Allah!. İki körpəm qanadlarım, vüqarım,Gözəl bəxti qismət elə pay, Allah!... * * *Ümidsiz olmayaq dünyada gərək,Hər dərdə əlacı verən Allahdı.Bəndədən yox, haqdan gələcək kömək,Hər şeyi göylərdən görən - Allahdı. * * *Ey könül, qəm etmə, illər ötəcək,Hər diləkdən necə pöhrə bitəcək.Qəlbi təmiz, saf olan hər insana,Uca Tanrı özü kömək edəcək * * *Çırağbana dönsün ömür yolları, Kimin ürəyində gözəl hisslər var. İstəmirəm yadlar açan qolları - Öz yarım olaydı ömrümdə bahar... * * * Hərdən ümidlərim tükdən asılır, Ögeydüşüncələr qırıq, naşıdır. Üç nöqtə bağlayan fikir yarımçıq, Ürəkdə ağırlıq - hicran daşıdır... * * * Mənimçəkdiyimi bilən olaydı, O, üccə nöqtəni silən olaydı. De, eşqin sonumu, sənin gedişin?... Səngedən yollardan gələn olaydı... * * * Ağır fikirləri qova bilsəydim! – Könlü vüsal ilə ova bilsəydim! Bir quş tək qürbətdən uçub gələrdim, Qəlbini özümə yuva bilsəydim… * * * Hardasan, sən tənha qoymusan məni? Yoxdur bu qürbətdə könül həmdəmi. Vətən laylasına həsrət qalmışam, Gəl götür, Vətənə apar sən məni! * * *Üzü qara olsun qəmin-kədərin, Qalmışıq əlində bəxtin, qədarin. Ağrılı-acılı düşüncələrin Niyə sevinci az, çox olur qəmi? = * =Ürəyi üzəcək, qəlbi üzəcək, Sirdaş bilmə dərdi, dərd üz görəcək. Tənhalıq çətindi, sirdaş insan tap, Nə versə könlünə dostun verəcək. * * *Qismət də bizlərə gəc baxır bəzən, Bilmir ki, nə günah sahibisən sən. Ardınca düşübsə canını ondanHeç zaman qurtara bilməyəcəksən.* * *Düşdüm qürbət elə, yad oldum, orda, Dərd dolu ürəyi od oldum opda. Adi gileylərdi hərdən dillənir, Sözə dönüb axir, göl tək göllənir...* * *Ömrü həsrətlərə xırman eylədin,Gedənə gəlməzi dərman eylədin.Yaxşını min dərdə mehman eylədin.Dost oldun cığala, dünya, a dünya... * * *Vətən həsrətimiz hey sızlar, ağlar, Gözlərdən fışqırar şəlalə kimi. Axıb söz çələngi, bir buta bağlar, Sıra dağlar kimi, sülalə kimi. * * *Son anda da ümid vardır gözündə,Bu dünyanı çox sevirlər insanlar.Bilirik ki, sonu bir gün gələcək,Son gündə də olur insan ümidvar... * * *Xoşbəxtlik aradıq fani dünyada,Bilərək gələcək bir zaman sonu.Ömrümüz kəpənək ömrü – aynadaGördük sevincləri, al-əlvan donu. * * *Əl qatma fələyin işinə insan,Səsimiz, ünümüz hardan gəlmədi.Kimi qərib oldu, həsrəti yaman,Kimi şən yaşadı, kimi gülmədi. * * *Bu əsri də belə vurduq biz başa,Ötənlər babalar yadigarıydı.Gələcək - nəvələr üçün tamaşa,Bəlkə xatırlarlar, biz də varıydıq. * * *Durub öz ömrünün astanasındaHərə bir diləyin intizarında.Kimi səadətlə xoş təmasında,Kimi qayğılarda, ahu-zarında... * * *Könlümün bir az da vahiməsi var,Oynaya yerindən, çıxa yerindən.Qürbətdə yaddaşı xatirə sıxar,İncidib qəlbimi yuxa yerindən. * * *Əldə kaman tutur həsrətim, ahlı,Ağrısı-acısı inləyib dinir.Qəribin hər günü tutqun sabahlı,Xəfif səhər mehi küləyə dönür. * * *Əl yetməz - “göy uzaq, yer qatı” kimi,Bir ümid közərir hər dəm içimdə.Həsrətim çiynimdə - yük, çatı kimi -Ağrıyar, sızlayar, çatmaz gücüm də... * * *Alışıb ürəyim, odda, dayanmaz, Ürəyi daş olsan heç od da yanmaz. O qədər dərd edib, qəm edib könül, Pərvanə də olsa o, odda yanmaz. * * *Şölədə yanmaq bir peşə deyilmiş, Hər sınacaq könül şüşə deyilmiş, Yanandan sonra anlayır pərvanə, Yanmaq ölüm imiş, nəşə deyilmiş... * * *Sağalmaz yaradı sinəmdə dərdim,Qəribəm, qürbətə mən sinə gərdim.Əgər mən olmasam görən dünyadaMənə güşən dərdlər kimə düşərdi?... * * *Çəkdiyim əzablar sevgimə təndir,İllər ötür, sevda ötmür, nədəndir?Nə sonu görünür bu məhəbbətin,Hicran bitməz, nə vüsalı yetəndir... * * *Ürəyinin sədasını kim duyar,Səsi sərin, özü dərin eşqinin.Küskündü ürəyim, yandırdın, ey yar,Bir də sevəmmədi daha heç kimi. * * *Şair ürəyi ki, şair ürəyi - Tənha buraxmadı çöldə çiçəyi. Qorudu şaxtadan, qardan, yağışdan, Güldanda açılar dedi, ləçəyi... * * *Hara getdin, döndün günə, aya sən,Yerə batdın, ya da çıxdın göyə sən?Tale mənə necə yazdı qisməti -Ayrılığın butasıyam deyəsən... * * *Məhəbbətin sevdaların ən kürü-Sinəm altda kədər olub, hönkürür.Könül həsrət ocağıdır, ayrıldıq,Hicran gəlib talemizdə şöngüdü... * * *Hamının ömründə belə gün olsun,Xoşbəxt insanlardı həyat quranlar.Qoy dünyada hər dəm toy-düyün olsun,Qovuşsun ürəyi qoşa vuranlar! * * *Səndən üz görmədi heç zaman eşqim,Özünü qəlbimdə dara çəkdi o.Ürəyimi didən o yaman eşqım,Gülsəydin üzünə güləcəkdi o... * * *Səni seçdi eldən, obadan zalım,Sənə gətirmişdi inamı qəlbim.Sənsə zərbə vurdun o başdan, zalım,Bumu oldu payı, ənamı qəlbin?... * * *ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.