Səyavuş UYĞUN (1949): Rübailər... Müsabiqə, RÜBAİLƏR, Borçalı 3 октября 2018 Çilənsin qəlbinə günəşin nuru,Alnın açıq olsun saf sudan duru,Həyatda əbədi yoldaşın olsun,İnsanlıq siması, insan qüruru.***Məhəbbət saf olsun əzəldən gərək,Əhdi-peymanını danmasın ürək,Ey mənim həyata atılan dostum,Parlasın qəlbində sevgi günəş tək.***Çılğın məhəbbəti səndən istərəm,Eşqə sədaqəti səndən istərəm,Mən bir zülmətəm ki, ey gözəl pəriƏbədi səadəti səndən istərəm.***Məhəbbət şərbətdir hər insan üçün,Yaşamaq yanmaqdı, yaradan üçün,Desə ki, “Səninəm” kəhkəşanları,Gətirrəm ay üzlü o canan üçün.***Hərdən ilişəndə işin kələfə,Kasıblar içində düzül sən səfə,Bunu hər bir zaman atalar deyib,Dövlətdə dəvədir, övladda nəvə.***İnsanı yaradıb, böyüdən ana,Mən sənsiz qalmışam bil yana-yana,Anadan ən yaxın bir varlıqmı var?Qədrini biləndə, qadir insana.***Dağlara yaraşar əzamət, vüqar,Onun şah duruşu ürəyi oxşar,Əgər ucalsaydım zirvələr qədər-Sinəmdə gül açar bütün arzular.***Oxşayır qəlbimi payız küləyi,Hüznlə kövrəldir dərdli ürəyi,Tale imkan versə deyirəm allahOlum ellərimin hər an gərəyi.***Sayı azalmasın toyun-düyünün,Bilək qiymətinin sədanın, ünün,Yazılsın taleyə qızıl həriflə,Sevincli anları hər ayın-günün.***Müşfiq Mədəd oğlu vurğundu yaza,Bağlayıb k önlünü sədəfli saza,Sevinclə qarşılar bütün dostları,Əgər qonaq gəlsə qoca Darvaza.***Qartallar yuvası sayılıb bura,Gəzir Borçalını qıy vura-vura,Türkün dünyasını tutubdu adıMəqsədi elmdə bir qala qura.***Ellərə dayaqdı şah Babakərim,Ərənlər yurdudur sərvərim-sərim,Özüm ərən qızı, qılınc əlimdə,Bakirə bir qızam Babəkdir ərim.***Başına bir tacdı “Haça-qaya”sı,Hər qaya üstündə qartal yuvası,Səməd ağa, İstil İsmayıl qeyrəti,Babadan, atadan qalıb mirası.***Ömrünün bəxtinə payız gəlibdi,Gəlibdi, özü də yalqız gəlibdi,Acı taleyindən giley etməyə,Bu gün qapımıza bir qız gəlibdi.***Dərdimi demirəm dosta-yoldaşa,Siri açammıram yaxın sirdaşa,Tapılmır həyatda könül həmdəmim,Didəmdən tökülən qanlı göz yaşa.***Çox çətin zamanla durmuşuq üzə,Tanrı qəlbimizə dərd süzə-süzə,Zülmətlər içində boğuluruq biz,Həsrətik həyatda günlü gündüzə.***Gəlmişik yaşayaq, yaradaq - deyə,Zülmətlər içindən nur saçaq-deyə,Ömür də bir borcdur yaşamaq gərək,Bu gündən sabaha bir soraq-deyə.***Bəxtinin hər zaman ağı atadır,Övladın arxası, dağı atadır,Dayanıb qalanda yol ayrıcında,O yolun həm solu, sağı atadır.***Gözəllər gözəli ana təbiət,Havası dərmandı cana, təbiət,Dağları, düzləri bir mənzərədir,Gölləri yaşılbaş sona təbiət.***Çox da qürrələnmə varın olanda,İnsan qudurmasın harın olanda,Axtar xoşbəxtliyi öz taleyində,Sevdiyin bir gözəl yarın olanda.***Qartal ocağının mirası Müşfiq!Elmdə bir körpü salası Müşfiq!Səs salıb o böyük Azərbaycana,Qıy vuran qartalın balası Müşfiq!***Sevir Borçalılar qeyrət oğlunu,Elmdə, bilikdə heyrət oğlunu,Etdiyi hər yeni zəfəri üçün,Uyğun alqışlayır Mədəd oğlunu.Səyavuş UYĞUNBorçalı,2017ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.