Ləyaqətin rəmzi (Poema) Müsabiqə, Borçalı 22 июля 2017 419 Tanış olun: Novruz Əmiraslan oğlu Bayramov Pedaqoji elmlər doktoru, Gürcüstan Təhsil Akademiyasının üzvü, professor Novruz Əmiraslan oğlu Bayramov 1949-cu ilin mart ayının 21-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Gorarxı (indiki Alget) kəndində anadan olub. Orta təhsilini doğma kəndi Algetde alıb. O, 1968-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər institutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub və 1973-cü ildə həmin institutu bitirərək doğma Gorarxı elinə qayıdıb. 1973-1975-ci illərdə 1 və 2 saylı Alget orta məktəblərində dərs deyib. 1975-ci ildən 1977-ci ilə qədər Raykom hüquqlu komsomol komitəsinin I katibi, 1977-1983-cü illərdə Marneuli Rayon Partiya Komitəsinin təlimatçısı, 1983-1984-cü illərdə 70 saylı Marneuli Texniki Peşə məktəbində direktor vəzifəsində çalışıb. Novruz Bayramov 1984-cü ildə Alget texniki pəşə məktəbinə direktor təyin olunub. Bu məktəbdə o, 1999-cu ilə kimi çalışdıqdan sonra Aşağı Kartli bölgəsində olan peşe məktəblərinin birliyinə rəhbərlik edib. Gürcüstanda azərbaycanlı balalarının maariflənməsi sahəsində Novruz Bayramovun böyük əməyi olub. 1995-ci ildə o, Alget liseyinə rəhbərlik etmiş. müasir təlimin bazasını yaratmışdır. Novruz Bayramov Gürcüstanda Azərbaycan məktəblərinin pedaqoji tarixindən bəhs edən elmi axtarişlarını bir alim kimi indi də davam etdirir. O, yorulmaq bilmədən milli təhsilin inkişafı üçün əlindən gələni əsirgəmir. Sovetlər ittifaqı dağıldıgdan sonra Gürcüstanda fəaliyət göstərən 164 Azərbaycandilli məktəblərdə pedagoji kadrların çatışmazlığı və Azərbaycandilli məktəblərərin gələcək aqibəti onu çox narahat edirdi. Əvvəllər Gürcüstandakı Azərbaycandilli məktəblərə pedaqoji kadrlar Bakıda hazırlanırdı. İndi isə sovetler sisteminin dağılması nəticəsi olaraq kadr çatışmazlığı gündəmdə durur. Bu sahədə baş verə biləcək pedaqoji kadr çatışmazlığının qarşısını almaq üçün o, 1999-cu ildə məsləhət məntəqəsi, 2000-ci ildə isə Sulxan-Saba Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycandilli filialını açmışdır. Bayramov Novruz Əmiraslan oğlu, maarif sistemində uzun illik məhsuldar əməyinə görə 2001-ci ildə Gürcüstan dövlətinin “Şərəf” medalı ilə təltif edilmiş, eyni zamanda Azərbaycan və Gürcüstan arasında qardaşlıq və dostluq əlaqələrinin möhmkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan dövləti tərəfindən “Qabaqcıl Təhsil İşçisi”medalına layiq görülmüşdür. Novruz Bayramov 1989-cu ildə “Gorarxı” xeyriyyə cəmiyyətinin, 2001-ci ilin iyulun 21-də Gürcüstan Azərbaycanlılarının Ziyalıları Birliyinin sədri seçilmişdir. Dünya Azərbaycanlılarının I, II qurultayının və Dünya Azərbaycanlılarının və Türk diaspor təşkilatları rəhbərlərinin qurultayının nümayəndəsi olmuşdur. Onun Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin inkişaf tarixindən bəhs edən aşağıdakı elmi əsərləri nəşr edilmişdir.1) “Sovet Gürcüstanında Azərbaycan məktəblərinin yaradılmasının ilk addımları”,2) “XX əsrin 20-ci illərində Azərbaycan məktəblərinə müəllim kadrlarının hazırlanması problemləri”,3) “Gürcüstanda Azərbaycan məktəbləri (1921-1940-ci illər)”,4) “XX əsrin 30-cu illərində Gürcüstandakı Azərbaycan məktəblərinin inkişafı”,5) “İxtisaslı müəllim kadrlarının hazırlanmasının nəzəri və praktiki həlli”6) “Pedaqoji tədqiqatların metodoloji əsasları”7) “Müqayisəli pedaqogika”Bundan başqa Azərbaycan və Gürcüstan mətbuatında çap edilmiş böyükhəcmli “Pedaqoji varislikdə ümumbəşər dəyərlər”, “Fasiləsiz təhsil sisteminə yönəltmə”, “Peşəkar müəllim hazırlanmasının nəzəri və praktiki həlli”, “20-ci illərin ikinci yarısında Gürcüstandakı Azərbaycan məktəblərinin inkişafı”, “Peşəkar müəllim hazırlanmasının optimal yolları” və bir çox elmi məqalələrin müəllifidir. Novruz Bayramov bir alim kimi gürcü və Azərbaycan xalqları arasında dostluğu, Qardaşlıq münasibətlərinə daha da gücləndirmək üçün əlindən gələni əsirgəmir. Gürcüstanda yaşayan azərbaycanlıların gürcü ictimayətinə inteqrasiyası, dövlət strukturalarında öz layiqli yerlərini tutmaları üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə respublikada ilk dəfə “Azərbaycanca-gürcücə lüğət” (2 cilddə ),“Gürcücə-Azərbaycanca lüğət”, “Gürcü dilinin qrammatikası ”, “Gürcü dilini öyrənənlər üçün dərslik” və sair kitabları hazırlayaraq oxucularin, tələbələrin və mütəxəssislərn istifadəsinə verib. O, öz doğma kəndi olan Gorarxı (indiki Alget ) kəndi haqqında “Gorarxı” kitabının, görkəmli pedaqoq-alim, yazıçı, şair, Azərbaycan folklorunun bilicisi, 60-dan çox kitabın müəllifi filologiya elmləri doktoru Mürsəl Həkimov ilə “Qopuz-saz, ozan-aşıq sənətindən örnəklər” kitablarını hazırlamışdır. Hal-hazırda Heydər Əlyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin rektoru vəzifəsində çalışan, Gürcüstanda Azərbaycandili kadrlar hazırlayan ali məktəbə rəhbərlik edən proffessor Novruz Bayramov yenə de pedaqoji sahədə elmi axtarışlarını davam etdirərək, uzun illərin araşdırması nəticəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin tarixindən bəhs edən “Gürcüstanda Azərbaycan məktəbləri” adlı daha bir kitab yazıb. Novruz Bayramov bir çox icitimai təşkilatların, universitetlərin fəxri fərmanları, diplomları ilə təltif olunub.Novruz müəllimə bir neçə şeir və poema həsr olunub. Biz də aşağıda həmin poemalardan birini ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və çox hörmətli Novruz müəllimə şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulyırıq!.. Müşfiq Borçalı,ZiM.Az LƏYAQƏTİN RƏMZİ (Poema) Ziyalılar birliyinin sədri professor Novruz Bayramovun 60 illiyinə Proloq Dağlara yaraşar əzəmət, vüqar,Buluddan nəm çəkən zirvələri var,Yaradıb ellərdə inam, etibar,Qeyrət oğlu qeyrətdi ki, qeyrətdi.Eldə ona coşqun seldi-dedilər,Xoşbəxtliyə əsən yeldi-dedilər,Onu sevən bütün eldi-dedilər,Qazandığı hörmətdi ki, hörmətdi.Dostlar arasında görsə pərtliyi,Onda görünərdi qaya sərtliyi,Elə nümunədir elin mərdliyi,Sədlər aşmaq cürətdi ki, cürətdi. ***Novruz bayramıydı, hər yan əl-əlvan,Bir ala quzunu kəsib soydular,Bir uşaq doğuldu gözəl, mehriban,Elə adını da Novruz qoydular.Gorarxı elində sevindi hamı,Bu kasıb ailənin oğul payına.Dost-tanış qeyd etdi bu ehtişamı,Şərik də oldular sevgi hayına.Aylarla, illərlə böyüdü uşaq,Tayları içində sevildi hər an.Ondan eşidildi hər an xoş soraq,Seçildi hər zaman yaşıdlarından.Əlaçı bitirdi orta məktəbi,Məramı, arzusu daha ucaydı.Ali təhsil almaq, oldu mətləbi,Baxdı ki, anası artıq qocaydı. ***Ana uğur dilədi,Onu yola salanda.Köyrəldi də, coşdu da,Özü tənha qalanda.O an çıxıb qapıya,Arxasınca su atdı.Oğlunun qəbul günü,Arzu-diləyə çatdı.Bir bayram da yaşadı,O gün Gorarxı eli.Bürüdü bu elatıO günü sevinc seli.Təbrik eylədi onu,Neçə dostu, yoldaşı,Sevincindən ananınAxdı gözünün yaşı.Ali məktəb illəri,Keçdi arxada qaldı,Müəllimlik şərəfi,Novruzla bir ucaldı.Müəllim təyin edildi,Əziz doğma kəndinə.Sevinc onu qoymadıNə danışa nə dinəAtıldı həyatın burulğanına,Ömrünü maarifə həsir eylədi,Təsir edəmmədi əziyyət ona,Bəxtini bu yola əsir eylədi.Müəllimlik illəri ilk təcrübələr,Gələcək günlərə bir şərf oldu.Ayrıla bilmədi hər axşam-səhər,Elmi kitablardan-seçdiyi yoldu.O gündən ucaldı eldə hörməti,Müəllimlik ad-sanı dillərə düşdü.Yayıldı elata onun şöhrəti,Fəsillər ötüşdü, illərə ötüşdü.Rayon mərkəzində bildilər bunu,Yeni vəzifələr təklif olundu.Bilərək bu qədər gənc olduğunu,Hər yanda hər zaman tərif olundu.Raykom katibinə çatdı bu xəbər,Gətirdi mərkəzə bu gənc oğlanə.Təzə iş yerinə uçdu o səhər,Elə bil yenidən gördü dünyanı.Artdı gündən-günə dünya görüşü,Borçalı qoynunda saxladı onu.Ona başqa gəldi həyat görünüşü,Dəyişdi gözündə dünyanın donuQalxdı pillə-pillə hörmət-izzəti,Bütün sınaqlardan çıxdı mətnlə.Dedilər bu hörmət, şanı-şöhrəti,Qazandan yenilməz qətiyətinlə.Onu düşündürən, onu daşdıran,Bizim körpələrin tərbiyəsiydi.Başından çıxmayan onun heç zaman,Burdakı maarifin səviyyəsiydi.Bir çox vəzifələr görüb götürdü,Tədris müəssisəsinin rəhbəri oldu.Neçə çətinliyi, çəkdi ötürdü,Hər zülmət gecənin səhəri oldu.Bütün qüvvəsini verdi maarifə,Bizim körpələrin sabahı üçün.Baxmadı alqışa, nə də tərifə,Gecəli-gündüzlü çalışdı bütün.Müəllimi çatmayan Borçalımızda,Bir ordu yaratdı sırası mətin.Gördü çox işləri mahalımızda,Fərqinə varmadı bu əziyyətin.Axışdı hər yandan buraya gənclər,Neçə ixtisaslar tədris olundu.Elə bil ayıldı yuxudan bəşər,Hər eldə, obada bu hiss olundu.Gəzdi borçalını o qarış-qarış,Bütün məktəblərə nəzər yetirdi.Onun təklifi ilə yarandı yarış,Elə bil bu yurda şəfəq gətirdi.Maarif işığını yaydı ellərə,Toplayıb başına ziyalıları.Ömrün gəncliyini verdi illərə,Gətirdi mahala təzə baharı.Biliyi, zəkası olan dostlarıBu işdə arxası,dayağı oldu.Onlarla birlikdə verdi qərarı,Mahalda maarifin mayağı oldu.Oldu ilk günlərdən onun məramıMillər arasında dostluq yaratmaq.Hər an uca tutub belə inamı,Bu yolda hər zaman zirvəyə çatmaq.Bu yolda tutduğu mövqeyə görə,“Şərəf” medalıyla təltif olundu.Bu qeyrət,bu hünər, bu səyə görə,Aili kürsülərdən tərif olundu.Bu elin qeyrətli ziyalısı tək,Oldu qurultaylar nümayəndəsi.Sevindi dostları qanad gərərək,Ali məclislərdən gələndə səsi. Beləcə hökümünü verirdi zaman,Həyat axarıyla davam edirdi.Ağıllı, zəkalı bizim qəhrəman,Öz gözəl işiylə öndə gedirdi. ***Bir axşam cağırıb Səkinə ana,Öz ürək sirrini açdı oğluna.-Ay oğul, vaxt-vədə yetişib daha,Səniand verirəmqadir allah,Daha qocalmışam yoxdu köməyim,Qoy yerdə qalmasın arzu-diləyim.Boğazdan keçməyir ən şirin tikəm,Bacın yoxdan gedib,həmi də təkəm,Istəyim budur ki,toy edim sənə,Biz nişan aparaq könülün deyənə.Göz altı etmişik bacınla birgə,Elçi də ketmişik bacınla birgə.İndi göz sənindir cavab ver bizə,Gəlsin toy sədası qoy məhləmizə.-Mən nə deyirəm ki, siz deyən olsun,Gəlin qulluğu gör,ürəyin dolsun.O gündən hazırlıq görüldü toya,El-oba yığışıb yetişdi hoya.Nişan apardılar, üzük taxıldı,Anası bu toyda yaman sıxıldı.Bütün var yoxunu tökdü ortaya,Saldılar vaxtını toyun bu aya.Bai payız günündə başlandı məclis,Danışığı rəvan, sözləri səlis.Bir el ağsaqqalı oldu tamada,Çoxu səcdə etdi bu böyük ada.Həsənov Ayvazdı bu şəxsin özü,Məclisə xoş idi söhbəti-sözü.Onun hər sözünə diqqət kəsilənOna baxırdılar tanıyan, bilən.Atalar sözüydü onun kəlməsi,Bir dahi səsiydi elə bil səsi.Çoxlu məsləhətlər verdi o günü,O günü çox sirrin açdı üstünü... ***Ay keçdi, il keçdi, bir yaz axşamı,Xoş xəbər yayıldı elə, elata.O günü bu tayfa etdi bayramı,Daha çox bənzədi toya- büsata.O gün ata oldu bizim qəhrəman,Ilk oğul övladı gəldi dünyaya.Körpəni evinə gətirən zaman,O da ata olub qarışdı saya.Körpənin adını qoydular Mahir,Hər şey yaradıldı körpəyə dair.Qayğısı çəkildi gündüz və gecə,Çox gümrah böyüdü bizim körpəcəQayğılar çoxaldı artdı günbəgün,Həyatın mötəbər işləri üçün.Başı çox qarışdı ali məktəbə,Ondan dərs aldılar neçə tələbə.Külfətin çoxluğu üstünü aldı,Ailənin dərd-səri artdı,çoxaldı.Sonradan Faiqlə Günay doğuldu,Dedilər bu eldə ərən oğuldu,Tapıldı ellərin xeyri-şərində,Hikmətlər düzüldü alın tərində.Həyat yoldaşıyd Ema müəllimə,Onu təriflərdi desəydin kimə.Özəli bərk oldu cavan ailənin,Bəhrəsi çox olar səpilən dənin. ***2001-ci il, Tiflis şəhəri,Toplayıb buraya bütün bəşəri,Gəlib azərilər bu qurultaya,Bütün ziyalılar gəlib araya,“Birlik” yaradıldı burda o günü,Azlıqlar çıxluğun aldı üstünü. Yarandı birliyin ziyalıların,Oldu cücərtisi ilkin nübarın.Bürüdü salonu odlu çıxışlar,Dönükdü sağ-sola köntöy baxışlar.Söz dedi millətin öndə gedəni,Xalqın sevərək bayram edəni.Qonaqlar söz alıb çıxdı kürsüyə,Xalqın tələb haqqı döndü süngüyə.Asta hərəkətlə durdu yerindən,Söz açdı xalqımın dərdi-sərindən.Bizim qəhrəmanın haqlı sözünə,Əl çaldı qurultay baxıb gözünə.Orda parıldayan nurlu alova,Dilindən tökülən dürlü alova,Alqışlar ucaldı yerdən göyə tək,Həyata keçirdi hər arzu-dilək.Oxundu birliyin nizamnaməsi,Biri idi o günü hamının səsi.Ziyalı dəstəsi seçildi burda,Qayəsi şölədi,amalı nurdu.İdarə heyyəti seçildi fəqət,Çətin aşırımlar keçildi fəqət.Seçildi birliyin burda sədiri,Seçildi burdakı nurlardan biri.Bütün gürcüstana elan olundu,Yaxına uzağa bəyan olundu.Qalxaraq yerindən gözləri yorğun,Gəldi trubinaya Səyavuş Uyğun.Birliyə yazdığı şeri oxudu, Bütün ürəklərdə çələng toxudu. ***Ziyalılar birliyininYarandığı günə alqış!Səsi tutub Gürcüstanı,Bu sədaya, ünə alqış.Heç olmasın qəlbə dəyən,Əyri bilib düzü əyən.Bu qurumu dəstəkləyən,Hər yüzlərə, minə alqış!Sinəsini sipər edən,El yolunda ölmə gedən,Bu yollarda əyilməyən,Hey danışa, dinə alqış!Tanıdıqca düz yolu biz,Reallaşır biliyimiz.Ucaldıqca birliyimiz,Heç qoymayın sönə alqış!Keçin mərdin tərəfinə,Düzülün nurlar səfinə.,Ərənlərin şərəfinə,Olsun dönə-dönə alqış!Olsun dönə-dönə alqış!Sürəkli alqışa büründü hər yan,Bir də qaytardılar səhnəyə onu,Aramla başladı sözünə bu an,Seyr edib bir daha geniş salonu.Yetişdi vədəsi, yetişdi vaxtı,Dünyalar içində dünya yarandı.Atını dörd nala çadırdı zaman,Röyalı anımdan röya yarandı.Ucaldı mərkəzdən xalqımım səsi,Çalındı ruhumun himn təranəsi,Oxundu birliyin məramnaməsi,Amalsız başlarda qayə yaraşdı.Birləşdi millətin ziyalıları,Birliklə xalqımın artar vüqarı.Axışdı çox yerdən mərkəzə sarı,Bu milli qeyrətdən taya yarandı.Sözünü deməyə dil olan gəldi,Əlini tutmağa əl olan gəldi,Gözümün yaşını sil, olan gəldi,Dayəsiz millətə dayə yarandı.Vaxtında deyilən bir sözdü atəş Yanan ocaqlarda bax gözdü atəş.Birlik məhvərindən parladı günəş,Şəfəqlər qoynunda ziya yarandı.Birliyin orqanı “Ziya” yarandı. ***Topladı bir yerə ziyalıları,Hər sözə-söhbətə fikir verildi.Cavanlar gəldilər birliyə sarə,Yaxınlar anladı, uzaqlar bildi.Yerlərdə dayaqlar təşgil olundu,Millət dəstəklədi təzə birliyi.Hər kəsə dedilər sənin yolundu,Qoymayaq nadanlar üzə birliyi.Ziyalı şəxslər yığışıb bura,Novruz müəllimə dəstək oldular.Borçalı o günlər boyandı nura,Soydaşlar bir yerdə məslək oldular.Tapıldı qəhrəman çətin zamanı,Borçalı elinin hər qarışında.Həm sipəri oldu, həm də qalxanı,Alovlu yayında, soyuq yaşında.Birliyin orqanı “Ziya”nın fəqətNəşrinə əzəldən eylədi hamı.Gətirdi ərsəyə çəkib əziyyət,Jurnalist Nizami, şair Nizami.Götürüb qələmi bizim qəhrəman,Yazdı “Ləyaqətlə yaşanmış ömür”ü.Həsənov Ayvazı eylədi dastan,Ellərin uğrunda o yanmış ömrü.Sonralar qələmə onun aldığı,Gürcü-Azərbaycan dostluğu oldu.Maarifin yolunda zəfər çaldığı,Onun taleyində uğurlu yoldu.Birlikdə dostuyla tərtib etdilər,Gürcü-Azərbaycan lüğətlər.Tanrının yoluyla haqqa getdilər,Gördülər zəhmətin hər bəhrəsini.Onların yazdığı bu kitablara,Çox oldu xeyiri arzu-mətləbin.Dözdülər əbədi iztirablara,Yazıldı dərsliyi ali məktəbin.Alimlik yol açdı dərin zəkaya,Müəllimlik işinə verdi ömrünü.Tələbə sevinci gəlmədi saya,Təzə universitet açılan günü.Bir qartal var idi Borçalımızda,Qayalar başından süzüb gələrdi.Çətinlik görsəydi o halımızda,Dərin dəryaları üzüb gələrdi.Əsil lider idi millət içində,Millətin atası dedilər ona.Görəndə xalqını zillət içində,Əziyyət verirdi qəm-kədər ona.Bizim qəhrəmanın bir əsəri də,“Elin ağsaqqalı” adlandı fəqət.Bürüdü sevinclər qəm-kədəri də,El –oba o günü şadlandı fəqət.Borçalı balası Həsənov ayvaz,Pələngə bənzərdi hər bir işində.Tanrı göndərmişdi ellərə muraz,Dağlar qartalıydı hər gərdişində. *** Borçalı yurdunun qeyrətli oğlu,Duyan ürəklərdə yerin var sənin.Sən açdın keçilməz,çətin bir yolu,Halallıq, pak urvat, düz ilqar sənin.Xalqın deyən dili, vuran qoluydun,Çəkdin meydanlarda millət qədrini.Hər kəlmə başında haqqın yoluydunÜrəyin tutmadı zillət qəhrini.Cənnətdir deyirdin anam Borçalı,Əcələ tuş oldun çətin günündə.Mənim ulusumu qoymadın sınaDurdun pak ruhunla xalqın önündə.Mayası saflıqdan doğrulmuş ərdin,Qılınca, qalxana dönürdün hər gün.Verərək dərsini neçə namərdin,Xalqın ürəyində heykələ döndün.Biz səndən öyrəndik sevib sevməyi,Borçalı baydaca bir dayaq oldun.Hamıya açıq idi səxavət əlinİndi daş heykəllə bir bayraq oldun.Qızıl qələmiylə yazıbdı Tanrı,Ayvaz Dursun oğlu boyda bir adı.Hərə bir qismətin düşür dalınca.O da öz ömrünü belə yaşadı.Əsdi üstümüzdə ağsaqqal kimi,Əsdi bu ellərin Ayvaz atası.Borçalı eşqini çəkdi başına,Sənə qismət oldu yurdun butası,Ölməzdi bu yurdun Ayvaz atası. ***Tarixi-etnoqrafikKitab yazdı “Gorarxı”Elə bil təzə gəldi,Algetin quru arxı.Tayfalardan danışdı,Tarixi yada saldı. Mərd ellər unudulmur,Atalardan misaldı.Ulu ağsaqqallarınAdı burda çəkildi.Üzə çıxardı kəndin--Taxixi neçə ildi.Müharibə zamanıGedənlər yada düşdü.Müəllimi, həkimi,Burda murada düşdü.O Rəşid pəhlivanənQeyd olunub şərəfi.Bu kitab başdan-başaOlub nurlar sələfi.Ayvaz ürəyi sandıBu, torpağı, bu yeri.Kitabda ön yerdədirBorçalının lideri.Kitabda sıra-sıraAlimləri düzülüb.Aqil-zənalı kəslərSaflarından süzülüb.Xüsusi qeyd olunubMəscidi, məktəbləri.Açılıb hər tərəfliYazanın mətləbləri. ***Müəllimlik ,alimlik bir vəhdətdir ki,İnsanlıq onlarla olsa yanşı.Hər üçü bir olsa səadətdir ki,Onunla insanın ucalar başı.Müəllimlik şərəfi ucaltdı onu,Ali məktəblərin oldu rəhbəri.Bilərək maarifə vurulduğunu,Sevdilər Novruzu elin gəncləri.Zəkalı kəsləri yığdı başına,Kompüter sistemi oldu məramı.Baxmadı heç zaman onun yaşına,Seçdi zərgərliklə hər bir adamı.Həkimov Mürsəllə bizim qəhrəman,Birlikdə yazdılar folklorumuzu.Aldılar qələmə gör neçə dastan,Yürli-yerindəydi həm tamı-duzu.Son vaxtlar maraqlı bir mövzu seçib,Yazdı tarixini məktəblərimizin.Neçə arxivləri axtarıb, keçib,Qoyub əsasını ilk zəfərimizin.Zəhməti, möhnəti, qətiyyətilə,Öndərin adına məktəb yaratdı.Təzatlı dünyaya öz qeyrətilə,Qəlbində yaşayan arzuya çatdı. ***Arzuları, için-için əzizləşdi, doğmalaşdı,Bir məkanda sığışmadı, artdı ölkələri aşdı.Çox çalışdı, çox vuruşdu, açdı neçə qapıları,Məsləkiylə, amalıyla əbədəlik qucaqlaşdı.Dahi liderin adına ali məktəb yaratdı o,Bu torpaqda, bu məkanda öz dilini yaşatdı o.Qarış-qarış, adım-addım gəzdi ulu torpağınıHər bir yanda, hər bir yerdə öz nurunu parlatdı o.Heydər Əliyev adını Borçalıya həkk elədi,Uduzdu onun önündə kim ki, ona şəkk elədi,Qorxmadı, çəkinmədi həyatın çətin yolunda,Etdiyini, gördüyünü hər bir zaman tək elədi.Cəhalətin qənşərində nurlu şölə yandıranda,Bilənlərlə dostluq edib, bilməyəni qandıranda,Alqışladı ellər onu, sevdi doğma övladı tək,Ögeyliyin sərt buzunu, ürəklərdə sındıranda.Iki ölkə arasında bir körpüyə çevriləndə,Qeyd elədi bayram kimibu sədanı, el biləndə,Iki xalqın elçisi tək, götürdü bu vəzifəniArxasınca addımladıq suvari tək sən də, mən də.Ulu öndər hər bir zaman, Borçalını düşünübdü,Bu torpağın hər bir oğlu, yurdu üçün döyüşübdü,Dahi lider qovuşsa da olməzliyin dərgahına,Adı yenə üstümüzdə şəfəqlər tək süzülübdü.Bayramov Novruzdu bizin Qəhrəman,Amalı yüksəkdi, biliyi dərin.Gecəli-gündüzlü düşünür hər anÇəkdi dərd-sərini doğma ellərin. *** EpiloqUğurlu yol olsun deyirəm sizə,Ziyanın parlayan nuru, Novruzum!Hər yana çatmağa bu şölən səninÇalınsın İsrafil suru, Novruzum!Gərəksən bu elə dölət-varı tək,Bu yurdun inamı,etibarı tək,Bütün ürəklərdə zirvə qarı tək,Munissən, saf sudan duru, Novruzum!Gözü odlar görüb bu məmləkətin,Borçalı həmişə dayanıb mətin,Bu da sınağıdır bizim millətin,Tale imtahanı, turu, Novruzum!Tez batıb sədası uca səslərin,İstisi olmayıb yad nəfəslərin,Olginən qeyrəti olan kəslərin,Ulu səcdəgahı piri, Novruzum!Payla ürəklərə qeyrət nübarı,Gəlsin qeyrətlilər qoy sizə sarı,Borçalı yurdunun ziyalıları,Çıxsın bu sınaqdan quru, Novruzum! Səyavuş UYĞUN, Mart-aprel 2010ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.