Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI... Ədəbiyyat » Müsabiqə 29 октября 2016 Əliyev Natiq Fazil oğlu -1984-cü il aprelin 18-də Yevlax rayon Rüstəmli kəndində anadan olub. 1991-ci ildə Yevlax rayon Rüstəmli kənd orta məktəbinə birinci sinfinə gedib. 1999-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirib, həmin ildə Cəmşid Naxçıvanski Adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə Cəmşid Naxçıvanski Adına Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-cü ildə öz arzusu ilə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə təyinat alıb. 2006-cı ildə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini Hava Hücumundan Müdafiə ixtisası üzrə bitirib və leytenant rütbəsi alıb. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində “N” saylı hərbi hissədə xidmət edir. Ailəlidir 1 övladı var. Bədii yaradıcılığa gənc yaşlarından başlayıb, “Vətənə Layiqli Oğul Gərəkdir”, “Heydər Əliyev Fenomeni və Ordu Quruculuğu” adlı kitabların müəllifidir. şair ailəsindəndir. Ulu babası Mirzə Qasım öz dövrünün tanınmış simalarından olub. Babası Əliyev Əli Qasım oğlu 1902-ci ildə Azərbaycanın qədim şəhəri, füsunkar gözəlliyə malik olan Şuşa şəhərində anadan olub. Yazdığı şeirlərlə el arasında “Şair Əli” ləqəbi ilə tanınıb.DÜNYADIUcalıb göylərə, bənzəsən aya,Meydan oxusan da dənizə, çaya.Olsan da enilməz, sıldırım qaya,Sonda öz külüngün vuran dünyadı. Çox igid-ərəni kəməndə salıb,Tutub pəncəsində ilantək çalıb.Verdiyi ömürü əlindən alıb,Çəkilib kənara, duran dünyadı, Axtarır, arayır gözləri gəzir,Birini yaşadır, birini əzir.Nə alim, nə nökər, nə xan, nə vəzir,Şahı öz taxtından salan dünyadı. Ölüm tez gələndə vaxtsız, zamansız,Dağlara qəm çökür, qalır dumansız.Heç kəsi tanımır, olur amansız,Hər kəsi aldadan, yalan dünyadı. İnsan oxucudur, həyat bir nağıl,Ölüm yetişəndə hiss edir ağıl.Belə dünya oda alış, yan, dağıl,Bir yandan boşalıb, dolan dünyadı. Yaşa bu dünyada xoş bir diləklə,Hər kəsi qarşıla duzla, çörəklə.El üçün çalış sən təmiz ürəklə,Yaxşılıq əbədi qalan dünyadı. YAXŞIDIEl içində zərrə qədər bir hörmətin yoxdursa,İnsanlıqdan danışmaqdan danışmamaq yaxşıdır.İnsan olub insan kimi bir qiymətin yoxdursa,İnsanlara qarışmaqdan qarışmamaq yaxşıdır.Yaxın getmə kənar dolaş kim qəlbinə yatmırsa,Yoldaş olma hər insana gözün könlün tutmursa.Bir kasıba əl tutmağa insanlığın çatmırsa,Əhvalını soruşmaqdan soruşmamaq yaxşıdır. İnsan odur haqqı desin ədalətlə danışsın,İnsan odur öz işində vicdan ilə çalışsın.İnsan gərək hər bir zaman öz oduna alışsın,Başqa oda alışmaqdan alışmamaq yaxşıdır.Kişi gərək zəhmət çəksin gücü versin qollara,Haram pula göz dikməsin düşsə çətin hallara,Vicdan əgər ürəyini çəksə nahaq yollara,Vicdanınla barışmaqdan barışmamaq yaxşıdır.Qorxaq insan bil ki, qorxar hər bir zaman canından,Fikir vermə keçsə əgər əda ilə yanından,Yaxşı olar qılıncını heç çıxartma qınından,Qorxaq ilə vuruşmaqdan vuruşmamaq yaxşıdır.NƏ GÖZƏL YARADIB YARADAN SƏNİƏllər zərif, gözlər billur, incə səs,Kövrək ürək, şirin baxış, xoş nəfəs,Dünyanı yaradan, hifs eyləyən kəs,Nə gözəl yaradıb yaradan səni.Sevincim, varlığım,ürək sirdaşım,Dar gündə dayağım, ömür yoldaşım,Qızılım-zinətim, ləlim, daşqaşım,Nə gözəl yaradıb yaradan səniÜrək duyğulanır, hərdən naz edir,İlhamım sinəmdə bil pərvaz edir,Varlığın ömrümü güllü yaz edir,Nə gözəl yaradıb yaradan səni.Etibar, dəyanət, təmiz məhəbbət,Xoş arzu, xoş dilək, sonsuz sədaqət,Ruhunda cəm olub şirin məlahət,Nə gözəl yaradıb yaradan səni. İNSANA İNSANHər insana bel bağlayıb sirr vermə,Hərdən düşmən olur insana-insan.Min dostun olsa da bir ürək qədər,Dost olmaz heç zaman insana-insan.Talehin tərsinə fırlansa əgər,Qəm-qüssə olarsa gözlər yaş tökər.Hicranı, həsrəti ürək tək çəkər,Min dəfə can desə insana-insan.Qoxuyar gül kimi hər arzu, dilək,Xoş hislər daşısa özündə ürək.Könüllər, duygular oxşasın gərək,Şərt deyil bənzəsin insana-insan.Çalış ki, zəhmətin getməsin hədər,İnsan öz ömrünü özü məhv edər.Yeganə varlıqdır bil özü qədər,Düşmən ola bilməz insana-insan.İnsanın əlində olsa kainat,Tanrının hökmündən çıxsa bir saat,Dağılar məhv olar, heç olar həyat,Bilin ki, zülm edər insana-insan.Qarşında hökm etsə hər yolun azan,Nə ona boyun əy, nə hörmət qazan.Qisməti, talehi Tanrıdır yazan,Kimdi ki, bəxt yazsın insana-insan.DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXISanmıram dünyaya birdə gələcəm,Yenidən doğulub ömür sürəcəm.Gəldiyim kimi də bir gün gedəcəm,Dünya mənim deyil mən kiməm axı.Həyatdan köç edib gedəndə özüm,Sönsə də əbədi ocağım, közüm.Yəqin ki, yaşıyar şerim, sözüm,Dünya mənim deyil mən kiməm axı.İnsanı yaşadan quru nəfəsdi,Həyata bağlayan eşqdi, həvəsdi,Sonluqda məzardı, bağlı qəfəsdi,Dünya mənim deyil mən kiməm axı.Yaradan, yaşadan, alan həm verən,Hər şeyi bəxş edən, hər şeyi görən,Tanrıdı dünyanı idarə edən,Dünya mənim deyil mən kiməm axı.Əsirlər boyunca boşalıb-dolub,Milyonlar ağlayıb, saçını yolub.Yaranan bir gündən beləcə olub,Dünya mənim deyil mən kiməm axı.DeyilGərək könül yaranandan tox ola,Milyonun, milyardın olmaqnan deyil.Mədəniyyət, ar-ismət, əxlaq-tərbiyə,Satılmır bazarda almaqnan deyil.Oyanmaz kal insan lap aparsa sel,Anlamaz bircə söz yığışsa da el.Qəbirdə düzələr qanmayan qozbel,Havayı özünü yormaqnan deyil.İnsan var bir quru salamı verməz,Nə qədər can desən yaxına gəlməz.Xoş rəftar, ünsiyyət anlamaz, bilməz,Əbəsdi boş yerə qurmaqnan deyil.İnsan var zəli tək ancaq qan içir,İnsan var arifdir gözdən tük seçir.İnsan var yanından lal-dinməz keçir,Gələndə ayağa durmaqnan deyil.İnsanın ağılı olmasa taraz,Görsən ki, mənliyi görsənir dayaz,İnsanlıq naminə hörmət et biraz,Qanmasa başına vurmaqnan deyil.Son mənzilə onsuz quru can gedir!İnsanlıq ölçülmür qızıl, pul ilə,Ağa olsan səmimi ol qul ilə.Doğru yolu tut get həmin yol ilə,Sadə ol ki, deməsinlər xan gedir,Son mənzilə onsuz quru can gedir!Mənasızdır baha, ucuz qiymet də,Milyoncürə topladığın neymət də,Ömrü boyu o, yığdığın sərvət də,Ömür bitir, şöhrət itir, şan gedir,Son mənzilə onsuz quru can gedir!Ürək dayanmayır insan yatanda,Kövrəlir, ağlayır qəmə batanda,Ömür tamam olub, sona çatanda,Ürək susur, nə çərpınır, qan gedir,Son mənzilə onsuz quru can gedir!Tanrıdır ömrü verən, həm alan,Yaradan Allahdır, deyildir yalan.Bil ki, sənin deyil arxada qalan,Zaman dayanmayır anba-an gedir,Son mənzilə onsuz quru can gedir!Ömür bitir, ölüm zengi vurulur,Yaşamaqdan insan sanki, yorulur,Məzarlıqda yeni həyat qurulur,Məzar daşın sonuncu ünvan gedir,Son mənzilə onsuz quru can gedir!. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.