Həsrətin portreti Ədəbiyyat » Müsabiqə 6 июня 2016 Müsabiqə üçün Sonsuz bibim üçünMavi gözlü qadınınÜzü çilik-çilik.Qarıyıb güzgüsü.Kimsə bilməz nə çəkirgüzgüsü hər dəfəmavi gözlü qadını görəndə.Hər gecə qollarınıQucaqlayıb yatırüzü uşaq şəkillərinə sarı.Kimsə bilməz nə çəkiruşaq şəkillərimavi gözlü qadına baxanda.Hər gecə üstündəmələklərin sinəsi açıqşam işığınınsümükləri çıxana kimi.Kimsə bilməz nə çəkirşam işığı mavi gözlü qadınınüzünə düşəndə.Mavi gözlü qadının.əli üzüylə dolu,evi şam işığınınsümükləriylə.Elşən Elmanoğlu (Şirbağırov),Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “kino və televiziya” fakültəsi, “televiziya rejissoru” ixtisasi üzrə IV kurs tələbəsi . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.