Məzahir Xalidoğlu (1963)

Məzahir Xalidoğlu (1963)Müəllif sözü:

Mən Məzahir Xalidoğlu 1963-cü il aprelin 30-da
Qəbələ şəhərində anadan olmuşam.
1965-ci ildə atam vəfat edib.
Ömür demək olarsa, ağrılı-acılı bir ömür yaşamışam.
Sevinci belə göz yaşı olan bu dünyada gördüklərimi şeirləşdinib oxucuya təqdim edirəm.
Mənim kitabımı oxuyan hər bir kəs bu dünya mənə, mənim də bu dünyaya nə üçün yük olduğumuzu biləcəkdir.
Gördüyüm haqsızlıqları, ədalətsizlikləri qələmə almışam. Düzə-düz, ayriyə-əyri yazmaq məqsədim olub.
Görünüşü mələk, özü iblis olan bu dünyanın eybəcərliklərini olduğu kimi oxucuya çatdırmağa çalışmışam.
Həyatın bütün dərdini-qəmini çiyinlərində daşıyan
müəllif - Məzahir Xalidoğlu.



AZƏRBAYCAN BAYRAĞI

Üç rəngi var qırmızı, şəhidlərin al qanı,
Mavi rəngi tərənnüm, təstiq edir islamı,
Gəlinlərin duvağı şəhidin son yorğanı,
Türkün fəxri, qüruru düşməninin göz dağı -
Azərbaycan bayrağı!

Möhrüdü islamın, həm müstəqilliyin yaşıl,
Qırmızı müasirlik, gələcəklə çağlaşır,
Göy rəngi türkçülüklə, azadlıqla bağlaşır,
İstiqlaliyətın möhrü, haqqın çırağı -
Azərbaycan bayrağı!

Ay ulduzu sinvolu, bil Türkün, Türk yurdunun,
Döyüşə səsləyəni yenilməz boz qurdunun,
Zəfər carçısısan sən müzəffər bir ordunun,
Önündə baş əyərək diz çökür mənfur yağı -
Azərbaycan bayrağı!

Qanla yazdın tarıxə türklüyün əsasın da,
Var sənlə öyünməyə, öyməyə əsasım da,
Sənsən cəngə səsləyən, cənginin sədasında,
Mərd ərənlər canıyla aldılar Qarabağı -
Azərbaycan bayrağı!

Göyüm-göyüm göynədir həsrətin bil, Təbrizi,
Vahidliyə səsləyir Təbriz adlı dərd bizi,
Vətən sevgisi çırpır sinəyə qəlbimizi,
Bölünməli min yerə, Vətənə çəkən dağı -
Azərbaycan bayrağı!

Uğrunda can verməyə, hazırıq can almağa,
Hazırıq düşmənindən biz intiqam almağa,
Qarabağda, Təbrizdə şanlı zəfər çalmağa,
Qanımızla yazılan tarixin tək vərağı -
Azərbaycan bayrağı!

Uğrunda fəda, şəhid olsun milyonlarla can,
Ey mənim müqəddəsim zirvələrə sancılan,
Varlığım Vətən, millət, bir sən bir də ki, Quran,
Sən istiqlaliyyət, istiqbalın sancağı -
Azərbaycan bayrağı!
21.10.2020


VƏTƏNDƏ, VƏTƏN

Oyanıb millət, millət kimi silkələnməsə,
Torpaq qanla yuyulub, qanla övkələnməsə,
Bayrağın ərşə kimi qalxıb yüksələnməsə,
Soyunub libasını, milət geymirsə kəfən -
Olanmaz millət, millət olmaz, Vətən də, Vətən.

Olsa öz dərdinə bil millət ögey, biganə,
Nəfsə kölə olub o, uysa şöhrətə, şana,
Var olmaz millət kimi məkkum acı bir sona,
Düşmən önündə sipər olmasa əgər bədən -
Olanmaz millət, millət olmaz, Vətən də, Vətən.

Tarixi gerçəklərə millət olmasa şahid,
Olmasa məksəd, amal bir millət, ordu vahid,
Hər qarış torpaq üçün millət olmursa şəhid,
Axtarırsa döyüşdən qaçmağa bəhanə, nədən -
Olanmaz millət, millət olmaz, Vətən də, Vətən.

Yoxsa millət sevgisi Vətən eşqi ürəkdə,
Çırpılmırsa köksünə Vətən deyib ürək də,
Ana Vətən sevgisini öyrətmirsə bələkdə,
Vətənin dar günündə qoyub qaçırsansa sən,
Olanmaz millət, millət olmaz, Vətən də, Vətən.

Verirsənsə sən imkan düşmən dursun qəstinə,
Yerimirsənsə əli yalın düşmən üstünə,
Dönmürsə Vətənin şəhid adlı büstünə,
Bitməz elində kədər, əsarət, göz yaşı, qəm -
Olanmaz millət, millət olmaz, Vətən də, Vətən.
O5.10.2020


TÜRKƏM

Açıb gözünü yaxşı bax, tanı, duy, gör məni,
Yaddaşında sən ilmə-ilmə toxu, hör məni,
Fransız, farsa, rusa çox güvənmə, erməni,
Olmayacaq bil sizə, oynaş, millət, nə ölkəm,
Sən ey adımdan ürkən, mən Türkoğlu, bil,
Türkəm.

Yaxşı baxsan görərsən, aradakı fərqi sən,
Özün kimi namərd bizim kimi mərdi sən,
Sən tək Türkün deyil ki, bəşərin tək dərdisən,
Çıxacaqsan axrına öz, özünün ağlı kəm -
Sən ey adımdan ürkən, mən Türkoğlu, bil,
Türkəm.

Türkün soyu, kökü var, tarıxi qədim, ulu
Şərəfi, soyi bəlli, su tək şəffaf saf duru
Siz tarıxən olmusuz, Türkün köləsi, qulu
Cəngdə ər meydanında yoxdur qolunu bükən
Sən ey adımdan ürkən, mənTürkoğlu bil,
Türkəm.

Qapı - qapı sülənmə bir abrım, həyan olsun
Qapı - qapı dilənmə bir abrın həyan olsun
Öz qanında boğacam bu sənə əyan olsun
Kimə arxalanırsan, kimə istəsən söykən
Sən ey adımdan ürkən mən Türkoğlu bil,
Türkəm.

Basmısız dünyanı gərəksiz parazit kimi,
Bəşərə bəlasız siz başa dolan bit kimi,
Qovacağıq Rəvandan, Qarabağdan it kimi,
Yetər məğlub etməyə türkdəki zəhm, görkəm -
Sən ey adımdan ürkən, mən Türkoğlu, bil,
Türkəm.

Yoxdur tarixin, soyun yoxdur Vətənin, yurdun,
Şərəfsiz rus yurdumda, şərəfsiz yurd qurdun,
Alacaq bil qisası, yurdu müzəffər ordum,
Olacaq bayrağımız Rəvanda mehə yelkən,
Sən ey adımdan ürkən, mən Türkoğlu, bil,
Türkəm.

Qoymarıq biz qisası qiyamətə qalmağa,
Gələcəyik qisası, yurdu geri almağa,
Şərəfsiz üzərində şanlı zəfər çalmağa,
Qalmaz ki, alınacaq Vətən, bir qarış tikən -
Sən ey adımdan ürkən, mən Türkoğlu, bil,
Türkəm.
24.10.2020


QƏBƏLƏYƏ

Gözünlə cənnəti görmək istəsən,
Gəz bütün diyarı, gəl Qəbələyə.
Özünlə bir dünya məhəbbət gətir,
Gətirmə kədər, qəm, şər Qəbələyə.

Açıbdır qolunu hər gələn kəsə,
Yol verməz qoynunda namərdə, pisə,
Ata tək, ana tək, əzizdir bizə,
Namərd ata bilməz, əl Qəbələyə.

Yayda da qarlıdır Şahdağın başı,
Dağlar üzüyüdür Şahdağsa qaşı,
Məclislər şahıdır döşəmə aşı,
Allahdan durca pay, ləl Qəbələyə.

Dərdlərə dərmandı suyu Şonqarın,
Əsirgəməyibdir təbiət varın,
Qızlar xatırladır dağlar maralın,
Axtarsan gələrsən yar Qəbələyə.

Dağlar ətəyində bil, Nohur gölü,
Seyr elə dağları qoxu sən gülü,
Eşit kəklik səsi dinlə bülbülü,
Şeşin-beşin verib zər Qəbələyə.

Ərikmə min atı qalx Qəmərvan,
İsti su dərmandı hər bir insana,
Dönərsən geriyə, dönüb aslana,
Allah oğul verib nər Qəbələyə.

Payızda barıyla bağları gülür,
Qışda gəlin kimi ağa bürünür,
Hər fəsil, hər kəsə qonaq gəl deyir,
Təbiət veribdir var Qəbələyə.

Xalidoğlu doğuldun xoşbəxt diyarda,
Quldur gözəlliyə dövlət də, var da,
Cənnətdir bu eldə sənə məzar da,
İlham al yaz şeirlər, Qəbələyə.


ŞƏHİDLƏR

(Millət, Vətən, Din yolunda savaşan
Vətən müharibəsində şəhid olan şəhidlərimizin
əziz, ölməz, əbədi, unudulmaz xatirələrinə)


Haqqınız boynumuzda, deyənmirik et halal,
Üzüm gəlmir deməyə belə halallıq olar?!
Keçmisız canınızdan bundan ötəsi de, nə var,
Olmusuz haqq yolunda şəhid canım, şəhidlər,
Haqınız ödənməz ki, necə danım, şəhidlər.

Haram olsun bizlərə haqqınızı biz dansaq,
Borcluyuq canımızı nəyimiz var biz qansaq,
Bu hayatı dərindən düşünüb biz, düz qansaq,
Borcluyuq ömrümüzün hər anını, şəhidlər,
Haqqınız ödənməz ki, necə danım, şəhidlər.

Vətən, millət yolunda eylədiz sipər canı,
Yazdız tarixin zəfər, adlı şanlı dastanı,
Şəhitliyə ucalıb olduz başlar sultanı,
Sayənizdə var bu gün canın, qanım, şəhidlər,
Haqqınız ödənməz ki, necə danım, şəhidlər.

Unudar sizi yalnız vicdanını unudanlar,
Tarixdə, qəlbimizdə adınz hər zaman var,
İçimdə bir fırtına bir təlatüm dolanar,
Olardıqmı biz qurban, siz qurbanın, şəhidlər,
Haqqınız ödənməz ki, necə danım, şəhidlər.

Borcluyuq biz onlara millət tanı tək-tək sən,
Onların şücayətin tanıdıqca görərsən,
Onlara nə borcluyuq onda yaxşı bilərsən,
Fəda olsun sizlərə xanımanım, şəhidlər,
Haqqınız ödənməz ki, necə danım, şəhidlər.

Ölümü öldürərək qovuşduz əbədiyata,
Fani dünyadan köçdüz əbədi bir həyata,
Elə bir zirvədəsiz bu zirvəyə kim çata,
Arzum sakini olüm o, ünvanının şəhidlər,
Haqqınız danılmaz ki, necə danım şəhidlər?!

Qisqanıram bu şanlı əbədi adınıza,
Vallah əlimdə olsa gələrəm mən yanınıza,
Qataram qanımı bayraqdakı qanınıza,
Ziyarətim inamım din, imanım, şəbidlər,
Haqqınız danılmaz ki, necə danım, şəhidlər?!

Yatdığınız o məzar iman yerim, and yerim,
Kəbəyə açılan tək haqqa açılıb əlim,
Duvalarım sizinlə duvadadır həp dilim,
Hər sətrində payınız var Quranın, şəhidlər,
Haqqınız danılmaz ki, necə danım, şəhidlər?!

Fəxrimiz, qururumuz, şərəfimiz, şanımız,
Məzarınız qürurla gəldiyim ünvanımız,
Xoşbəxtsiz ki, Vətənə qurban olub canınız,
Aldız haq savaşının ərmağanın şəhidlər,
Haqqınız danılmaz ki, necə danım, şəhidlər?!

Düşündükcə sizləri od düşür can oyulur,
Fəryadıma yetən yox, dərim tulum soyulur,
Babaların ruhunda ah naləmə ayılır,
Qalxdız cihadına siz, islamın şəhidlər,
Haqınız danılmaz ki, necə danım şəhidlər?!

Evladısız bütöv bir elin, yurdun, millətin,
Hər qəlbdə, hər evdə var yerin, xətrin, hörmətin,
Aydın səhərisi siz, bil dünən ki, zülmətin,
Zülmətdən çlrağımı, oyadanım şəhidlər,
Haqqınız danılmaz ki, necə danım, şəhidlər?!

Xalidoğlu borclusan, hərkəs borclu onlara
Canını fəda edən o mağrur insanlara
Söyləməyə lüzum yox vicdanlı vicdanlara
Zyarət edəcəklər xiyabanln şəhidlər
Haqqın danılmaz ki, necə danım şəhidlər.
20.11.2020


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Millət vəkili Əflatun Amaşov şəhid Fariz Novruzovun yas mərasimində iştirak ...

Millət vəkili Əflatun Amaşov şəhid Fariz Novruzovun yas mərasimində iştirak ...

Əsas xəbər, Azərbaycan, MEDİA
Vətən sevdalısı, eşqin var olsun!

Vətən sevdalısı, eşqin var olsun!

Müsabiqə
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Növbəti müsahibimiz Millət Vəkili Qənirə xanım Paşayevadır.

Növbəti müsahibimiz Millət Vəkili Qənirə xanım Paşayevadır.

KUMİR, Milli Məclis
Bayram Durbilməz:

Bayram Durbilməz: "AZƏRBAYCANIN ŞAH DASTANI!"

Qarabağ, Turan
VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

Müsabiqə
Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Azərbaycan, "Şərqin səsi"
AFƏT ÖMÜR (1984)

AFƏT ÖMÜR (1984)

Poeziya
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!..

“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!.." - Millət vək ...

Milli Məclis
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər
Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının  ...

Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının ...

Gənclik, QHT
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
RAZİYƏ RZAYEVA (1968)

RAZİYƏ RZAYEVA (1968)

Poeziya, Müsabiqə
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
100 yaşayın!..

100 yaşayın!..

Regionlar
NAZİM ƏHMƏDOĞLU (1956)

NAZİM ƏHMƏDOĞLU (1956)

Poeziya, Müsabiqə
NAZLI HACILI

NAZLI HACILI

Müsabiqə
Millət vəkili Əflatun AMAŞOV

Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırı ...

Milli Məclis, MEDİA
Rəy yazın: