AŞIQ ƏLİXAN QARAYAZILI (1909-1998) Folklor, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!.... 13 декабря 2018 REDAKSİYAMIZIN ARXİVİNDƏN:AŞIQ ƏLİXAN QARAYAZILI(1909-1998)1909-cu ildə Qarayazının (indiki Qardabani rayonunun) Kosalı kəndində dünyaya göz açan Əlixan Qurban oğlu hələ kiçik yaşlarından aşıqlıq sənətinə vurulmuş və bu sənətin sirlərini öyrənməyə onda böyük maraq, sonsuz həvəs oyanmışdır. O, həmin məclislərdə ustad aşıqları böyük vəcdlə dinləyir, onlardan öyrənirdi. On dörd-onbeş yaşlarında olanda Əlixan artıq müstəqil olaraq saz çalırdı. Elə həmin vaxtlardan da o, Aşıq Əmrahla birlikdə Aşıq Əmrahın atası Aşıq Paşa Gülməmməd oğlunun şəyirdi olur. Bir qədər sonra müstəqil aşıqlığa başlayan Əlixan öz üzərində daim yorulmadan çalışır, aşıq sənətinin dərinliklərinə baş vurur, onun incəliklərini, gizli sirlərini öyrənir, eyni zamanda Azərbaycan və Şərq ədəbiyyatını, folklorunu da öyrənməyi unutmur. O, bu illərdə öz sazı ilə şəhərdən-şəhərə, kənddən-kəndə gedərək şənliklərdə, toy məclislərində, olimpiadalarda, qurultaylarda çıxış edir. Aşıq xalqın gündən-günə yaxşılaşan güzəranına sevinir və öz qoşmasında bu sevinci belə ifadə edir:Bu gözəl baxçalar, bu gözəl bağlar,O şeyda bülbüllər, güllər bizimdir.Elin bəxt çəməni laləzər oldu,Gülşənli, çiçəkli çöllər bizimdir.Qartal yuva salmış qarlı qayalar,Ulduzlar sayınca yanar çıraqlar.Aynabənd otaqlar, abad obalar,Azadə yaşayan ellər bizimdir.Aşıq Əlixan Qarayazılı «Bəhri-divani», «Duraxani», «Zarıncı», «Mənsuri», «Dolu havası» və s. kimi az məlum olan havaları sazda məharətlə ifa edir. Xüsusən onun ifasında «Göyçə gülü», «Urfani», «Sarı tel», «Cığalı bənövşə», «Yanıq Kərəm» və s. havaları təmiz və səlis səslənir:Nə qocalmaz könlüm, nə də usanmaz,Çalxanır, eşqimin dəryasındadır.Heç kəs mənim kimi dərdə dayanmaz,Dərmanım şahmarın yuvasındadır.- deyən ustad aşıq həm də bir sıra maraqlı dastan və nağılların müəllifidir. Onun bir sıra qoşmaları, təcnisləri, müxə\mməsləri və s. dövri mətbuat orqanlarında, «Çeşmə», «Dan ulduzu», «Ağır elli Borçalı» və s. ədəbi məcmuələrində işıq üzü görmüşdür.El sənətkarıyam, elin oğluyam,Ürəyim hər zaman elə bağlıdır.Aşıq Əlixanam, qorxuram sına,Ürəyim bir neçə telə bağladır.- deyən saz-söz sənətkarının əsas yaradıcılıq mövzusu insanlar arasında sülh, sədaqət, Vətənə, xalqa, müqəddəs torpağa ümumxalq məhəbbətinin tərənnümüdür.Ustad aşıq gənc sənətsevərlərə də həmişə qayğı ilə yanaşmış, onlara təmənnasız kömək etmişdir. Onun istedadlı şəyirdlərindən Cahangir Cavanov, Aslan Mirzəyev, Hələbi Məmmədov, Abbas Qurbanov, Ömər Qurbanov və başqaları müstəqil aşıq kimi el arasında hörmət qazanıblar.Nəhayət, Aşıq Əlixan Qarayazılı ilə əlaqədər fikrimizi hələ 1964-cü ildə Müzəyyət Yusifovun «Gürcüstan» qəzetinin 28 noyabr sayında dərc olunmuş «İstedadlı sənətkar» sərlövhəli məqaləsindən götürdüyümüz bu sətirlərlə tamamlamaq istərdik:«Əlixan Qurban oğlu istedadlı aşıq-sənətkardır. Məlahətli səsə, yüksək ifaçılıq bacarığına malik olan bu el aşığı dinləyicilərin sevimlisidir. Aşıq Əlixan həmişə xalqla bağlı olmuş, onun istək və arzularını ifadə etmişdir. O, xalqı sevmiş, xalq isə onu ucaltmışdır».Və biz də öz növbəmizdə, fürsətdən istifadə edərək ustad Aşıq Əlixan Qarayazılıya bu müdrik çağlarında gümrahlıq, uzun ömür, möhkəm cansağlığı arzulayırıq!.. Müşfiq BORÇALI,1997Bax: Müşfiq Çobanlı. "Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 65-67. «Aşıq Əlixan Qarayazılı».P.S.: Aşıq Əlixan QARAYZILI 1998-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin!..Ustadın 90 illik yubileyi dövlət tərəfindən təntənəli surətdə qeyd edilmişdir. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.