Dünyanın şair yükü

-Dünyanın şair yükü REDAKSİYAMIZIN ARXİVİNDƏN:

= Dünyanın şair yükü =

M.Borçalı: “Şairlər dünyanın söz Allahıdı!...”. “Borçalı” nəşriyyatı, 2009-cu il.


Hər bir şairin dövrlə, mühitlə qarşılıqlı ədəbi əlaqəsini ədəbiyyatın keçdiyi inkişaf yolu müəyyən edir. Ayrı-ayrı zamanlarda da qələm sahibləri dövrün tələbinə uyğun yaradıcılıq axtarışlarında olublar. Bu gün də ədəbiyyatın müasir həyatla səsləşməsi məhz şair və yazıçıların öhdəsinə düşən vəzifə hesab olunur. Son dövrlər ədəbiyyatşünas alimlərin, tənqidçilərin tədqiqat obyekti olan şair Alxan Binnətoğlunun da bu sırada öz yeri var. Bu özünəməxsusluğu biz yazıçı-publisist, tədqiqatçı-filoloq Müşfiq Borçalının “Şairlər dünyanın söz Allahıdı!...” kitabında da aydın görə bilirik.

“Borçalı” nəşriyyatının 2009-cu ildə dərc etdiyi “Şairlər dünyanın söz Allahıdı!...” kitabı Müşfiq Borçalının yeni tədqiqat işidir. İlk baxışdan özünün elmi-ədəbi qayəsi ilə diqqət çəkən bu nəfis kitabın əsas süjet xətti Alxan Binnətoğlunun yaradıcılıq konsepsiyasıdır. Müşfiq müəllimin kitab boyu təhlil obyektinə çevirdiyi şeirlər, poemalar, dram əsərləri və və digər yaradıcı ənənələr müasir təhlilolunma görkəmi ilə diqqət çəkir, oxucunu ikili standartlarda ilişib qalmaqdan qurtarır. Bu kitab tələbənin, belə deyək, öz müəllimi qarşısında hesabatıdır. Əbəs yerə deyil ki, müəllif kitabın ikinci adını “Mənim müəllimim” qoyub. Elə kitabın əsl adı da (“Şairlər dünyanın söz Allahıdı!...”) A.Binnətoğluya aiddir (bu da, zənnimizcə, tələbə-müəllim səmimiyyətinin bir fərqli təzahürüdür).

Müşfiq Borçalı yeni kitabında Alxan Binnətoğlunun dərin düşüncə sahibi olduğunu, yaradıcılığında məxsusi ədəbi keyfiyyətlər aşıladığını əsas amil kimi qabardır. Nümunə gətirdiyi parçalarda biz bu dərinliyi görməkdə çətinlik çəkmirik. Bu nümunələrin çoxunda oxucu bəşəri bir ağrı, hüdudsuz bir acı da hiss edir. Əslində, kitab boyu çox yerdə biz bu hisslərin müşahidəçisinə çevrilirik. Sanki Müşfiq müəllim A.Binnətoğlunun şeir dünyasını, bu dünyadakı insan və onunla əlaqədar olan hadisələrin hamısını bu hissdən keçirir, fikri mahiyyətə varır, oxucunu qarşılıqlı hissi düşüncələrlə qabaq-qənşər qoyur.

“Şairlər dünyanın söz Allahıdı!...” kitabında müəllifin əsas təsvir obyekti ağrı-acı dolu həyat, ümumi təsvir predmeti müəyyən ideal uğrunda poetik mübarizədir. Bu iki fərqli məziyyətin bədii-ictimai mahiyyətini həyat hadisələri təşkil etsə də, müəllif həyati-ictimai məsələlərə bir qədər fərqli yanaşır, bu arada fikirlər onun sənətkarlıq süzgəcindən keçərək öz bədii ifadəsini tapır.

Kitab boyu diqqət çəkən əsas məqamlardan biri də budur ki, müəllif A.Binnətoğlunun qarşılaşdığı həyat hadisələrini gah fərdiləşdirir, gah da ümumi panoramda uyğun formaya salır, oxucuya açmaq istədiyi poetik rəngarəngliyi bədii surətlər, tipik-xarakterik obrazlar fonunda ona çatdırır. Maraqlıdır ki, Müşfiq müəllim bu obrazların çoxunu şair təxəyyülünün, yəni A.Binnətoğlu yaradıcılığının mahiyyət qatı kimi deyil, onun mübtəla olduğu, yaşadığı reallığın həyat anlamı kimi təqdim edir. Bu təqdimatda biz ikili standartlardan qaçan təbii yaşantı, dövrlə, zamanla qarşılıqlı əlaqə görür, fikri-hissi izharları yeni görkəmdə aşkar edirik.
Kitabdakı nümunələrin bir çoxunda həyat materiallarının da bu və ya digər şəkildə - fərqli məziyyətlərlə ümumiləşdiyini görürük. Bu da ona dəlalət edir ki, Müşfiq müəllim A.Binnətoğlu yaradıcılığının bədii yükünü müəyyən edərkən həyat həqiqətlərinə sadiq qalır, təsvir obyekti kimi seçdiyi surətlərin həyat şəraitini, ictimai səciyyəsini düzgün, bəzək-düzəksiz əks etdirir.

Ümumiyyətlə, şair, tərcüməçi, dramaturq, həm də Azərbaycan-gürcü qarşılıqlı ədəbi əlaqələrinin gözəl tədqiqatçısı olan A.Binnətoğlunun əsərləri oxucuda dərin həyəcan oyadır, onu yaxşı mənada mütəəssir edir. Oxucu bu əsərlərin ictimai-həyati axarına düşür, müxtəlif hisslər keçirir. Bu da Belinskinin “Ədəbiyyat azad insan sözləri ilə ifadə olunur...” fikrini təsdiqləyir. Məhz M.Borçalının öz tədqiqat işində oxucuya açmaq istədiyi əsas meyar və əhəmiyyətli konseptual müddəa zənnimizcə, elə budur.

Müşfiq müəllim oxucunun diqqətini ara-sıra A.Binnətoğlu yaradıcılığında həlledici rol oynayan əxlaqi, qabarıq-həyati məqamlara çəkir, bu yaradıcılığın hiss və həyəcanlarını səmimi verir. Həmçinin, müəllfi qərib məkanda yaşayan şairin bəlkə də yeganə istinad nöqtəsi olan narahat və sızıltılı sevgisinin qarışıq zəmində ikiyə parçalandığını, bu parçalanmada neçə-neçə ürəyin sıxıntı keçirdiyini vacib şərt kimi səciyyələndirir, bu ədəbi-ictimai keçiddə uyğun forma yaradır. Xülasə, müəllif böyük qətiyyətlə demək istəyir ki, çoxlarının müraciət etdiyi dərd, kədər, qəm mövzuları A.Binnətoğlu qələmində bir qədər axıcı, ürəkyaxandır. Məhz bu səbəbə, o, şairin bu tip əsərlərinə qabarıq acı ovqat, təbii lirik-romantik əhval qatır, bu eynilikdə cərəyan edən həyat faktlarını uyğun ardıcıllıqla sıralayır. Ən yaxşı hal odur ki, oxucu bu təbəddülatları məhdud mənada başa düşmür, əksinə, geniş şəkildə anlayır. Bu, Müşfiq müəllimin uğurudur.

“Şairlər dünyanın söz Allahıdı!...” kitabında Müşfiq müəllim A.Binnətoğlu yaradıcılığının lirik ovqatına, real lövhəsinə də diqqət yetirib, buradakı ictimai səciyyəni poetik münasibətlərlə xarakterizə edib. Və maraqlıdır ki, M.Borçalı bu cür nümunələrin çoxunun obyektinin əhatəli, mövzusunun geniş olduğunu bilə-bilə ehtiyat etmədən onları yaradıcı təhlilə cəlb etmiş, məzmun və məna üzrə sistematik yönə istiqamətləndirmişdir. Bu da onun zəngin həyat qayəsinin, praktik fəaliyyətinin bir təzahürüdür.

M.Borçalı “Şairlər dünyanın söz Allahıdı!...” kitabı vasitəsilə Borçalıda hamıya yaxşı tanış olan Alxan Binnəttoğlunu Azərbaycan oxucusuna daha yaxından tanıdır, onun yaradıcılığının əhəmiyyətini, vacib tərəflərini elmi ampulada şərh edir.

Həm də demək olar ki, kitabdakı hər təhlil anı ayrı-ayrılıqda bir həyat hadisəsinin obrazlı ifadəsidir, ən diqqətçəkən də odur ki, müəllif özü bu hadisələrin gah iştirakçısı, gah da müşahidəçisidir. Bu ehtişamla öz müəlliminə dərin ehtiram nümayiş etdirən Müşfiq müəllim zaman-məkan ardıcıllığında müxtəlif xarakterlərlə qarşılaşır, onlarla fərqli formalarda münasibət qurur. Bir qədər diqqətlə nəzər salmaq kifayət edər ki, “Şairlər dünyanın söz Allahıdı!...” kitabının ictimai komponent və həyati meyar ölçülərinin məhz bu məziyyətlə eyniləşdiyi tam aydın olsun.

Müəllif A.Binnətoğlunun dram əsərlərini də xüsusi təhlil obyekti kimi tədqiqata cəlb edib. Bu xüsusda o, müəlliminin “Elçi daşı” əsərini real-analitik forma və məzmunla eyniləşdirib, hadisələrin mahiyyət qatındakı tarixi uyğunluğa xüsusi diqqət yetirib. Xüsusilə də, «Elçi daşı»«Qutlu qaya» (yəni, «Xoşbəxt qaya») dram əsərlərini özündə cəm edən «Elçi daşı» kitabı Müşfiq Borçalının əhatəli yanaşdığı obyekt kimi diqqətimizi cəlb edir. Müəllifin araşdırmasından bəlli olur ki, adıçəkilən kitabda yer almış hər iki dram əsəri ümumi, tarixi, mənəvi-psixoloji, bədii-estetik xüsusiyyətləri özündə əks etdirməklə yanaşı, həm də sivilizasiyalı tarixi həqiqətləri və ictimai yaxınlıqları epik-qabarıq formada səciyyələndirir. Ümumiyyətlə, M.Borçalı öz müəlliminin yaradıcı fitrətindəki dramaturji-epik siqləti açmaq, ona uyğun izah verməklə həm də əsl tədqiqatçı qabiliyyətini də təzahür etdirib.


Dünyanın şair yükü Son olaraq deyək ki, “Şairlər dünyanın söz Allahıdı!...” kitabı bütünlükdə maddi, mənəvi və zahiri məsələlərə toxunur, həyati gerçəklikləri ictimai-bədii meyar kimi səciyyələndirir. Bu, bəlkə də həyatın şərtlər məcmusudur, hər halda nisbi xarakter daşıyır və Müşfiq müəllimin elmi-ədəbi yaradıcılıq nisbətində zəruri əhəmiyyət kəsb edir.

Əminik ki, “Şairlər dünyanın söz Allahıdı!...” kitabı Müşfiq Borçalının elmi yaradıcılığında müstəsna əhəmiyyət kəsb edir və bu kitab onu yeni ovqatlara kökləyir.
Bu mənada, biz M.Borçalıdan təzətər elmi uğurlar gözləyirik.


Hikmət MƏLİKZADƏ,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

"Şərqin səsi" qəzeti.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YENİ TƏDQİQAT İŞİ

YENİ TƏDQİQAT İŞİ

Ədəbi tənqid, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib

Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib

Qarabağ, Ədəbiyyat
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ  ZƏNGİNLƏŞDİRƏN USTAD

GÜRCÜSTANDA ƏDƏBİ-ZİYALI MÜHİTİMİZİ ZƏNGİNLƏŞDİRƏN USTAD

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Başkeçid
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
Könlümüzdən keçən

Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ"

"Şərqin səsi", Müşfiq Borçalı
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
TƏBRİK EDİRİK!... Qurban Bayramov-70

TƏBRİK EDİRİK!... Qurban Bayramov-70

"Zirvə"
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
Şair-tərcüməçi və yaxud, yaradıcılığın qoşa qanadı

Şair-tərcüməçi və yaxud, yaradıcılığın qoşa qanadı

Humanitar elmlər, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Yaranan Yarpaqların Yaşarılığı...

Yaranan Yarpaqların Yaşarılığı...

Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
Rəy yazın: