Milli Tərcümə Forumu keçirilib Bədii Tərcümə, QHT 16 декабря 2017 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) təşkilatçılığı ilə 15 dekabr 2017-ci ildə “Park İnn” otelində “Azərbaycanda tərcüməçi hazırlığı və tərcümə bazarı” mövzusunda 3-cü Milli Tərcümə Forumu keçirilib.AGTA-dan ZiM.Az-a bildiriblər ki, Forumda tərcüməçilər, dilçilər, beynəlxalq təşkilat və səfirliklərin, eləcə də dövlət və qeyri-hökumət qurumlarının tərcümə və dil məsələləri ilə əlaqəli nümayəndələri iştirak edib.Forumun “Tərcüməçi hazırlığı və tərcümə bazarı: tələb və təklif” mövzusundakı birinci hissəsində AGTA-nın sədr müavini İsrafil Xakiyev, Azərbaycan Dillər Universitetinin dosenti Fialə Abdullayeva, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndəsi Nəriman Əbdürrəhmanlı və sərbəst tərcüməçi Elnur Hüseynov təqdimatla çıxış ediblər. Təqdimatlardan sonra müzakirələr başlayıb və çıxışçılar, o cümlədən tədbir iştirakçıları tərcüməçi hazırlığı və tərcümə bazarının bugünkü vəziyyəti ilə bağlı müzakirələr aparıblar.Günün ikinci yarısında tədbir paralel sessiyalarla davam edib. Belə ki, müxtəlif sahələri əhatə edən paralel sessiyalarda peşəkar tərcüməçilər Mətin Axundlu, İsrafil Xakiyev, İsmayıl Cəbrayılov və Elnur Hüseynov tərcüməçilər üçün protokol qaydaları, etik davranış qaydaları, marketinq, eləcə də müasir kompüter əsaslı tərcümə alətləri barədə biliklərini və təcrübələrini paylaşıblar.AGTA 2014-cü ildən Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvüdür. Tədbir Federasiyanın rəsmi təqvimində yer alıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.