Ermənilərin Gürcüstana hücumları - (II hissə) Bədii Tərcümə, Tiflis 9 февраля 2017 Qulaver KlarciƏVVƏLİ BURADA: http://zim.az/bdii-trcm/2479-ermnilrin-grcstana-hcumlar.html ***XIII əsrdən başlamış işğalçılar Gürcüstanda erməniləri özlərinə dayaq kimi görmək istəyirdilər. Bunu elə monqollar da edirdi. Belə ki, məsələn, David Ulu monqollara qarşı üsyan qaldıranda, onlar Tiflisin idarə olunmasını erməni tacirinə, kimsə Şadinə həvalə etdilər. Bu cür faktlara baxmayaraq, gürcülər, Gürcüstan hakimiyyəti öz ölkəsindən didərgin və qaçqın düşən ermənilərin Gürcüstanda sığınacaq tapmasından, yerləşdirilməsindən imtina etmirdilər. Məsələ burasındadır ki, gürcülər qızıl dövrün bərpasına, qaytarılmasına, bütün Qafqazın birləşdirilməsinə nail olacaqlarına ümid edirdilər. Buna görə də təkcə ermənilərin deyil, ümumiyyətlə, qafqazlıların , o cümlədən Şimali Qafqazlıların da üzünə qapıları açır, imkan daxilində yerləşdirirdilər. Bu cür faktlar kifayət qədər çoxdur. 1437-ci ildə yazılmış əlyazma vəsiyyətnaməsində deyilir: «Sanain monastrında...Gürcüstanda Allahın ibadətçisi Aleksandrın çarlığı dövründə». Sanain erməni monastrı Loru-Taşirdə yerləşirdi. Burda Gürcüstan tarixinin qızıl dövründə ermənilər yaşayırdı. Xəttat davam edərək yazır: «Zamanın amansızlığından və ermənilərin ölkəsinin bir çox əzablar düçar olmasına və viran edilməsinə görə çox pis vəziyyətə düşmüşəm. Cinli, yaramaz, xristianlığın düşməninin davamçısı, şeytanın törəməsi Şahruh, Teymurləngin oğlu, icmaca fars (fars- burada müsəlman deməkdir- Q.K.), cənubdan böyük qoşunla hərəkət edərək, saysız-hesabsız süvari ilə bura gəlib ölkəmizi dağıtdı, talan etdi, hamını soydu...Bizim müqəddəs Allahın elçisi Evstatenin mələklərinin olduğu taxt-tacı təqib etdilər, yerlə-yeksan etdilər, ümumiyyətlə, evləri yandırdılar , əldə olunmuş şeyləri apardılar. Biz qardaşlığın üzvləri qaçdıq, gürcülər ölkəsinə səpələndik... Bizim ölkəni dağıtdıqlarından və kilsələr zülmətə çevrildiyindən bu acılara, anlaşılmazlıqlara görə nə gecə, nə də cündüz dincələ bilirdik». XVI əsrin bir türk sənədində deyilir: «Seyid Çuxur rəiyyətinin (Belə ki, İrəvan əyaləti kəndlilərinin- Q.K.) əksəriyyəti öz ailəsi üçün bir loxma çörək qazanmaq məqsədilə Gürcüstana üz tutmuşdur». Bu cür hallar tez-tez baş verirdi. Sonralar isə gürcülərin ermənilərə sığınacaq verdiyi gürcü torpaqlarına ermənilərin müəyyən dairələri iddia irəli sürdülər. Onlar öz adamlarını və kənar adamları əmin etməyə çalışırdılar ki, ermənilər başqa ölkələrə səpələnəndə gürcülər də iranlılar və türklər ilə birlikdə erməni torpaqlarını zəbt etmişlər. İranlılar və türklər yarı Gürcüstanı da zəbt etdilər. Gürcü xalqı gürcü torpaqlarını geri qaytarmaq üçün son damla qanına kimi vuruşur və bu zamanlar onun erməni əyalətlərini zəbt etməyə vaxtımı var idi?Elə Loru- Taşirin işğalçılarından azad olmaq istəyən, Teymurləngdən və digər zülmkarlardan əzab çəkən gürcülər balacadan tutmuş böyüyə kimi səlib yürüşünə qoşulmuşdu (Məsələn, 1431-ci il müharibəsi belə idi) və ən ağır vəziyyətə düçar olan bizim əcdadlarımız Loru-Taşir uğrunda dəryalarca qan tökə bilməzdilərmi, yoxsa əmin deyidirlərmi Loru-Taşir lap elə qədimdən gürcü torpağıdır? 1431-ci ildə Loru uğrunda müharibədə gürcülərin katolikosu Tevdore bizim döyüşçülərə müraciət edərək deyirdi ki, düşmənə qarşı mübarizədə canınızı əsirgəməyin, sizin aranızdakılardan döyüş meydanında həlak olanları İsa peyğəmbər cənnətə göndərəcəkdir, yaralanaları, dözülməz ağrılara düçar olanları isə diqqətdən kənar qoymayacaqdır.Bu məsələ ilə əlaqədar onu xatırlamaq olar ki, II İrakli dəfələrlə İrəvan xanlığını özünə tabe etmişdir. Lakin həmin vaxtlar İrəvan xanlığında ermənilər az miqdarda yaşayırdılar. Əhalinin əksəriyyəti müsəlmanlardan ibarət idi. İrəvan xanlığını iranlılar da, türklər də onsuz da zəifləmiş, parçalanmış Gürcüstana qarşı və onu bir yolluq işğal etmək üçün baza kimi, dayaq kimi istifadə elirdilər. Belə bir vəziyyətdə Kartl-Kaxet çarı imkan daxilində, məlumdur ki, hər halda müvəqqəti olsa da İrəvan xanlığını özünə tabe etməyə çalışırdı. Bundan başqa Gürcüstanda XVIII əsrdə də Qafqazın birləşməsi ideyası canlanırdı və İrakli üçün, eləcə də digər gürcülər üçün Ermənistanın, o cümlədən İrəvan əyalətinin müsəlmanların məskəninə çevrilməsi məqbul deyildi. Belə ki, II İrakli bu halda Qurucu David və digər gürcü çarları kimi Ermənistanın işğal olunması barəsində deyil, onun azad olunması barəsində düşünürdü.«Kartlis sxovreba» da bir yerdə oxuyuruq: «İran -Türkiyə arasında 1555-ci il sazişinə görə keçmişdə Kürdüstan adlanan Ermənistan sultana qaldı...». XVIII əsrin məşhur alman səyyahı, alimi Quldenştedt yazır: «Türkmən eli, türklərə məxsus Qars əyaləti, «hazırda türk, qədimlərdə erməni əyaləti olan İrəvan». Gürcü xalqı əsrlər boyu fədakarlıqla vuruşmasaydı, işğalçılara qarışı qeyri-tənasüb müharibədə əcdadlarımızın dəryalarca qanı axıdılmasaydı, bütün Qafqazın tamamilə məhv olunması, torpaqdan silinməsi təhlükəsi labüd idi. Belə bir vəziyyətdə, aydındır ki, gürcü ordusu istədiyi vaxt döyüş əməliyyatlarını Ermənistan sərhədlərinə də keçirə bilərdi, lakin bir kimsə doğrudan da həqiqətin tərəfində durmaq, onu ayırd etmək istəsə, asanca əmin ola bilər ki, Loru-Taşir gürcü torpağıdır, İrəvan isə erməni.Gürcüstanda yaşayan ermənilərdən gürcülərin qaniçəni Şah Abbas da bir dayaq noqtəsi kimi istifadə etmişdir. O, xüsusən Georgi Saakadzenin əlehinə çıxan, qızılbaşların tərəfini tutan tiflisli ermənilərini öz tərəfinə çəkmişdir. Georgi Saakadzeni əslən erməni olan qorili Farsadan Qorcinadze də şah Abbasa qarşı çıxdığını özünə rəva bildiyinə görə məzəmmətləyir. Allaha şükür ki, Gürcüstanın həyati mənafeləri bunu tələb edəndə gürcülər şah Abbasın, Teymurləngin və istənilən zülmkarın, qaniçənin əleyhinə üsyan qaldırmağa, mübarizə aparmağa ərk edirdilər və tam olmasa da hər halda qismən öz istədiklərinə nail olurdular, pis-yaxşı vətəni müdafiə edə, dövlətçiliyi qoruya bilirdilər.Şah Abbasa meyl göstərən ermənilərin Gürcüstanda öz mənafeləri var idi. Onların bir hissəsi hər halda ümid edirdilər ki, İranın hökmranlığı zamanı və onun sona yetdiyi zaman gürcülərin erməniləşməsi , Gürcüstanın erməninkiləşməsi qayğısına qala bilərdilər. Bu baxımdan belə bir fakt da diqqəti cəlb edirdi: şah Abbas öləndən sonra tezliklə, XVII əsrin 30-cu illərində gürcü gəncinin , Nasğidanın katolik olmasına görə böyük hay-küy qopdu. Bununla əlaqədar olaraq məhkəmədə Nikifore İrbax (Nikoloz Çoloğaşvili demişdir: «Hər gün gözümüzlə görürürük ki, bir çox gürcü erməniləşir və əksəriyyəti müsəlmanlığı da qəbul edir, gürcülərin bir hissəsinin müsəlmanlaşması, tatarlaşması o dövrlərdə aydındır, zor göstərə bilməzdin, lakin Gürcüstanda gürcülərin erməniləşməsi nədəndir, hardan çıxdı bu bəla? Sözsüz ki, ermənilərin müəyyən hissəsi gürcülərin çətinliyə düşməsindən, qanlar tötməsindən istifadə edirdilər, bəzi gürcüləri, eləcə də bir çox gürcüləri erməniləşdirəndə erməni kimi suya çəkərək qriqoryanlaşdırırdılar.1629-cu ilin əlyazma şəklidə olan erməni vəsiyyətnamə-yazısında Tiflis erməni şəhəri kimi göstərilmişdir. Halbuki, həmin vaxtlar Tiflis gürcü çarlığının paytaxtı idi və bir ənənə olaraq bütün Gürcüstanın, gürcülərin taxt-tac şəhəri kimi hesab olunurdu, tanınırdı. Belə olan təqdirdə də Tiflis və bütün Gürcüstanın erməniləşdirilməsi barəsində erməni planı göz qabağındadır və təstiq olunur. Məlumdur ki, Tiflisin erməniləşdirilməsi, gürcülərin erməniləşdirilməsi barəsində düşündüklərindən, gürcü kilsələrini də zəbt etməyə çalışırdılar və buna Gürcüstanda da, onun hüdudlarından kənarlarda da nail də olurdular. Buna ermənilərin mənimsədiyi və Petxain kimi adlandırdığı Tiflisin gürcü Betlem məbədini misal gətirmək olar. Ermənilər Erməistandan qaçdıqlarından Eçmiəzinə möminlər təkcə uzaqlarda deyil, eləcə də qonşu, həmsərhəd ölkədə, Gürcüstanda da lazım idi. ***XIX əsrin başlanğıcında, Rusiya tərəfindən Ermənistanın birləşdirilməsi ərəfəsində Ermənistanda 25 min erməni yaşayırdı, qalanları isə, müsəmanlar, kürdlər və başqaları Ermənistanın əhalisini təşkil edirdi. Erməni dairələri Rusiya imperiyasına ümidlər bəsləyirdilər. Ermənistanın yerli sakinlər ilə bərqərar olunmasını Rusiyanın yardımı ilə mümkün hesab edirdilər. Buna görə də Rusiyanın Gürcüstanda hökmranlığı vacib idi. O dövr ki, şəraitə görə Rusiya Ermənistana başqa cür sahiblik edə bilməzdi. Gürcü xalqı üçün doğrudur, nəhəng islam aləmi ilə, iranlılar ilə (qızılbaşlar ilə) türklər ilə, ləzgilər ilə və digərlər ilə döyüş meydanında mübarizə aparmaq çətin idi və eyni dinə mənsub Rusiyanın yardımına, himayədarlığına ehtiyac var idi. Lakin gürcülərin böyük əksəriyyəti min cür oddan-alovdan keçmiş gürcü dövlətçiliyinin ləğvinə, süqut olunmasına tərəfdar deyildilər. II İrakli 1783-cü ildə Rusiya ilə traktat imzalayanda əmin idi ki, Rusiya gürcü dövlətçiliyinə toxunmayacaqdı. İllah da ki, İrakli də, digər gürcülər də inanırdılar ki, Rusiyanın himayədarlığı ilə Gürcüstan güclənəcəkdi, birləşəcəkdi, Türkiyə və İran tərəfindən zəbt olunan gürcü torpaqlarını geri qaytaracaqdı. Bunun əvəzində Gürcüstan Rusiyaya nə təklif edirdi? O dövr ki, şəraitdə Rusiya üçün Qafqazda nüfuz dairəsini tapmaq çox çətin idi. Rusiya Gürcüstanda gürcülərin vasitəsi ilə qədəmini, rus çəkməsini bassa idi, bununla da bütün Qafqazı öz təsiri altına salacaqdı ki, bunu da Rusiya hakimiyyəti özünün uzağa hədəflənmiş siyasi planlarının həyata keçirilməsi üçün vacib hesab edirdi.Rusiya imperiyası II İrakli və onunla həmfikir olan gürcüləri çox pis şəkildə aldatdı. 1783-cü il traktatından qəzəblənmiş islam aləmi böyük canfəşanlıqla Gürcystana hücum etdi. Traktatın şərtlərinə görə Rusiya belə bir vəziyyətdə Kartl-Kaxetə yardım göstərməli idi. Lakin yardım, ya ümumiyyətlə yox idi, ya da çox cüzi idi. Buna görə də Kartl-Kaxetin əhalisi 1783-1801-ci illərdə yarıya endi. Rusiya Gürcüstanı zəbt etmək, gürcü dövlətçiliyini məhv etmək qərarına gəldi və buna asanca, bir çətinlik olmadan nail olmaq üçün Gürcüstanın zəifləməsi, qan tökməsi ona əl verirdi. Gürcüstana ağa Məhəmməd şah Qacarın hücum etməsi Rusiya üçün müvəqqəti məqbul idi. Rusiya İsa peyğəmbərin, xristianlığın adı ilə mübarizədən, sonsuz müharibədən yorulmuş, əmin-amanlıq arzulayan gürcü xalqını aldatdı, ümidlərini puç etdi. Rusiya bununla İsa peyğəmbəri, xristianlığı təhqir etdi. Bu zaman ermənilərin müəyyən dairələri, o cümlədən Gürcüstanda yaşayan ermənilərin bir hissəsi Rusiyanı dəstəklədilər. Rusiya hakimiyəti digər ölkələrə səpələnmiş erməniləri Ermənistana qaytardı, Ermənistanın yerli sakinlərini bərqərar etdi. Eyni zamanda, Rusiya erməni kilsəsinin, Eçmiəzinin avtokefaliyasını saxladı, gürcü kilsəsinin avtokefaliyasını isə 1811-ci ildə ləğv etdi. Bununda ermənilər Zaqafqaziyada gürcülərə nisbətən üstünlüyə malik oldular. Rusiyada çoxlu erməni yaşayırdı, onların bəziləri Rusiyda işdə irəli də çəkilmişdi və ermənilər hər şeyi özlərinin xeyrinə , Gürcüstanın isə əleyhinə qurmuşdular. Gürcüstanı məhv etmək məqsədi ilə onun erməni əhalisinin bir hissəsi də, o cümlədən II İraklinin sarayında, onun xidmətində irəli çəkilənlər onları dəstəklədilər. Ermənilərin bu dairəsinə gürcü dövlətçiliyinin məhv edilməsi, gürcü kilsəsinin avtokefaliyasının ləğvi əl verirdi və bu məqsədə də nail olmaq üçün onlar əllərindən gələni əsirgəmirdilər.İşğalçılar, İran-Türkiyə, eləcə də Rusiya imperiyaları hər cür vəchlə Gürcüstanın erməni əhalisi arasında agentlər yaratmağa, onları çoxaltmağa çalışırdılar. Onlar bu ermənilərdən Krtsanisi müharibəsində gürcü qoşunlarının məğlub edilməsində , eləcə də Rusiya tərəfindən Gürcüstanın işğal olunmasında istifadə etdilər. Bu barədə müxtəlif xəbərlər, məlumatlar mövcuddur.İranın xədim hökmdarı Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə Tiflisi yerlə-yeksan, darmadağın edəndə, həmin günlər Şioş Tumanişvili Sulxan və Manuçar Tumanişvililərə (bu erməni mənşəli şəxslər sar İraklinin sarayında i xidmət işində irəli çəkilmişdilər) yazırdı: « Çar Tianetə yollandı, yaxamızı qurtara bilmədik, biz də onunla getdik. Bizim qırılmış, kilitsiz yeşiklər burda qaldı. Kəndirlə bağlamışam və hərəsinin üstünə öz adını yazmışam. Burda Duşetin misgərbaşına və Kaluaya təhvil vermişəm... Siz bura təşrif buyuranda, mən isə ora gələcəyəm. Əgər tapsanız, şəhərdən tetri (pul – M.M.) gətirin, yaxşı vaxtdır, bəlkə bir az çox tapasınız».Bir baxın, çar İraklinin erməni məmurları Tiflisi, bütün Gürcüstanı yandırıb-yaxan alovda əllərini qızdırırdılar, Gürcüstan uğrunda 300 araqvili və bir çox gürcü isə canlarından keçirdilər. Tiflisli erməni monaxları Taquh Mirimanyanın və Qayane Xoca- Behbudyanın 1795-ci il oktyabr tarixli məktubunda deyilir: «Gürcülər onun əleyhinə ( Ağa Məhəmməd şah Qacarın- Q.K.) mübarizəyə qoşuldular, lakin kiçik qoşunla (daha çox ona görə ki, gürcülər ilə ermənilər arasında parçalanma mövcud idi) çar iranlıların qoşununa qarşı dura bilmədi». Ermənilərin gürcülərə qarşı durmasından Ağa Məhəmməd Şah Qacar öz xeyrinə istifadə etdi... Çar İraklinin nəvəsi, məşhur alim şahzadə Teymuraz yazır: « Krtsanisi müharibəsində məğlub olan, Mtiuletdə sığınacaq tapan İraklinin yanına Gəncə hakimi Cavad xanın elçiləri getmiş. Onlar Ağa Məhəmməd Şah Qacara məlumat vermişlər: «Bizi buraxmaq istəmirdilər, (azad etmək istəmirdilər, bu zaman İrakli yeni qoşun toplayırdı- Q.K.) lakin kimlərsə Cavad xanın dostları, çarın yaxın adamları gəldi, gizlicə bizi ordan çıxartdılar».Məlumdur ki, Gürcüstana, Tiflisə hücum edəndə Ağa Məhəmməd şah Qacarı qarabağlı erməni Məlik Məcnun öz ordusu ilə müşaiyət edirdi.Bu gerçək materialların işığında Aleksandr Orbelianinin və başqalarının Ağa Məhəmməd Şah Qacarın İraklini məğlub etməyə ümidi olmadığını, döyüş meydanından da geri qayıtmaq istədiyi barəsində olan məlumatlar inandırıcı olur, lakin « Yuda məqam axtarıdı» (N. Barataşvili). Erməni çuğullarının vasitəsi ilə Ağa Məhəmməd Şah Qacarı, sən demə, əmin etmişlər ki, İraklinin azsaylı qoşunu varmış və iranlıların qoşunlarına uzun müddət tap gətirə bilməz...Gürcü vətənoğulları Rusiya hakimiyyəti tərəfindən aldanılması ilə, gürcü dövlətçiliyinin ləğv edilməsi ilə, gürcü kilsəsinin avtokefaliyasının alınması ilə barışa bilmirdilər. Həqiqi, əsil gürcülər lap elə tezliklə əmin oldular ki, Rusiya imperiyası Gürcüstana «yaxın adam kimi gələn», gizli düşmən idi. Eyni zamanda, Rusiya məmurları Gürcüstanda bütün gürcü adət-ənənəsini kobud şəkildə pozurdular, dağıdırdılar. Buna görə də XIX əsrin elə başlanğıcında gürcülər antirus üsyanlarına başladılar...1918-ci ildə Gürcüstan və Ermənistan öz müstəqilliklərinə nail olanda gürcü-erməni əlaqələri daha da kəskinləşdi. Qeyd etmək lazımdır ki, Ermənistanın hakimiyyət başına gələn milli iqtidar , daşnaksyütun partiyası idi, Gürcüstanda isə hakimiyyətə gələn menşevik beynəlmiləlçilər, marksist-plexanovçular idilər. Millilik onlarda demək olar ki, yox idi. Bunun səbəbi də o idi ki, Rusiya 1811-ci ildə gürcü avtokefaliyasını ləğv etdi, erməni avtokefaliyasını isə qoruyub saxladı. Bunun nəticəsində məktəblərdə gürcü dilini demək olar ki, tədris etmirdilər. Erməni kilsəsi isə erməni dilini, Ermənistan tarixini, mədəniyyətini tədris edə bilirdi. Türkiyədə 1915-ci ildə baş verən soyqırımına baxmayaraq daşnaklar erməni xalqını gürcülərə və Gürcüstana qarşı vuruşa hazırlaya bildilər. Nə Noye Jordaniyanın, nə də onun məsləkdaşdarının gürcü ruhu var idi. Gürcü xalqında milli ruhun güclənməsi heç də onlara əl vermirdi. Belə olan təqdirdə də gec-tez gürcülər bu milli olmayan hakimiyyətə dözə bilməzdilər.Ermənistan-Gürcüstan sərhədində çətinliklər 1918-ci ilin oktyabrından nəzərə çarpırdı. Elə həmin ilin dekabrında isə erməni qoşunu müharibə elan etmədən Gürcüstana hücum etdi. Ölkəmizin menşevik hökuməti bu müharibəyə hazır deyildi. Ermənistanın dövlət rəhbərləri Gürcüstanın erməni əhalisini üsyana da qaldırmağa, öz tərəfinə çəkməyə, ölkəmizdə beşinci koloniyanı yaratmağa müvəffəq oldu və müharibənin ilk günündə Gürcüstanın üzərinə yeridi. Erməni qoşunu gürcü torpaqlarında irəliyə doğru getməyə nail oldu. Ermənilərin məqsədi yarı Gürcüstanı, , o cümlədən Tiflisi də zəbt etmək idi. O dövrkü erməni xəritəsində məhz elə yarı Gürcüstan Ermənistanın hüdudları daxilində göstərilmişdir.Ermənistan - Gürcüstan müharibəsi barəsində gürcü ictimai xadimi, 1918-ci il hadisələrinin içində olan İoseb İmedaşvilinin 1919 - 1920-ci illərdə nəşr olunan «Yeniləşmiş həyat» adlı əsərində söhbət açılır. Əsərdə ələlxüsus Tiflisdə erməni dilini bilən gürcü yazıçısının da iştirak etdiyi ermənilərin toplantılarından biri barəsində nəql edir. (Orada olan ermənilər onlar arasında gürcünün də olmasını bilmirdilər). Ermənilər Tiflisə qarşı iddia irəli sürdülər.« - Məgər tarixən Tiflis gürcülərin deyilmidir»- deyə gürcü yazıçısı soruşur.-Hansı tarix ilə?- soruşur Tiqran.- Gürcülərin qanı ilə, alın təri ilə yazılmış tarix ilə,- deyə gürcü yazıçısı cavab verdi.- Bu gün isə tarix qızıl-gümüşlə yazılır...- Baxın, bizim (ermənilərin -Q.K.)Tiflis tədricən gürcülər ilə necə dolur».Ermənilər Gürcüstanda onların irəli getməsinə çəpər çəkdiyindən, mane olduğundan gürcüləri məhv etməlidirlər. Gürcüstan ölməlidir, öləcək də, - dedi Tiqran».Sözügedən toplantıda Kaxetdə yaşayan bir erməni bildirmişdir: «Siğnağ və Telav qəzalarında yayılmış ermənilər öz işlərini yaxşıca qurmuşlar, bütün camaat onların əlindədir, hansı tərəfə istəsələr, o tərəfə də onları yönəldərlər... Guya gürcülərin rəhbərlik etdiyi yerlərdə də bizim adamlarımız vardır və bizdən ixtiyarsız bir addım da belə atıla bilinməz. Məhz elə bunun ayağına yazmalıyıq ki, Gürcüstan qoşununu toplamaq tamamilə mümkün olmadı...Bizim dostların təlqin etməsi ilə gürcü kəndlisinin uşağı hərbi xidmətə getmir, əgər nəsə bir təhər aparsalar da, paltarlarını , ayaqqabılarını geyinir, ,silahı təhvil alıb , eləcə də geriyə qayıdırlar...Bizim çuğullar da işləyir, camaat arasına hökumətə qarşı nifrət hissi oyadırlar».Kartlidə yaşayan ermənilərin nümayəndəsi demişdir: «Sosial-demokrat partiyası təbliğatçılarının təlqini və bizim cəhdlərimiz ilə də camaatın ürəyindən vətənə məhəbbət hissi, Gürcüstanın adı silinmişdir. Camaatı iki düşərgəyə bölmüşük, biri o birisinin üstünə fıskırır».Keşiş iclasda xatırlatmışdır: «Xeyli vaxtdır, demək olar, otuz ildir ki, bütün Gürcüstana bizim dinimizi və soy-kökümüzü yayan mənəvi atalar (Keşişlər-M.M.) göndərdik... Bizim keşişlərin sayəsində demək lazımdır ki, işlər də yaxşı gedir. Bu keşişlər bir çox yerdə bir kəlmə belə ermənicə bilməyən, lakin uşaqları isə erməni qaydaları ilə böyüyən gürcü kəndliləri ilə görüşmüşlər. Nə vaxt ki, əmr verəcəyik, elə həmin an da Tiflisi işğal etmək üçün hücuma keçin və yuxuya getmiş gürcülərin kökünü kəsək»,- deyə keşiş qürrələnərək sözünü bitirdi.Tiflis şurasının üzvü Paron Xaço bildirmişdir: « Erməni millətinin öz geniş məqsədlərinə nail olması üçün qanadlarını geniş açmalı olduğu vaxt yetişir, bundan yaxşı vaxt tapa bilmərik, Gürcüstanın müstəqilliyinin yaradılması hələ yenə də formalaşma prosesindədir, indi onu məhv etməliyik, yoxsa da sonra çətin olacaqdır».İ. İmedaşvili davam edir: «Döyüş meydanında gürcü ordusunun böyük zabiti birdən çığırdı:- Hökumətimiz bizi satdı! Yoxsa, camaatı bu cür yiyəsiz qoymaq harda görünüb, bizi qırırdılar, sən isə cavab verə bilməyəsən. Hanı vətənin namusunu qorumaq? Tfu, belə namussuz yaşamağa!» Bu sözləri deyən kimi gürcü zabiti özünü öldürdü.Poruçik Korzaya baxdı, nə gördü, gecə ermənilər xəyanətkar hücum zamanı həlak olan gürcü zabit - əsgərlərini soyundurub murdarlamışlar. Budur, çılpaq döyüşçülər, cinsi orqanı kəsilib ağzına soxulmuşdur...Budur, burunları kəsilmiş, tamamilə lüt-üryan edilmişlər, budur,süngü ilə gözləri çıxarılmışlar,budur tikə- tikə edilmişdir...»Allaha şükür ki, həmin vaxtlarda gürcülər arasında kifayət qədər vətənoğulları, qeyrətlilər də var idi . Ermənilərin xainliyi camaatı, adi gürcünü də hirsləndirdi və tezliklə Mazniaşvilinin başçılığı ilə gürcü qoşunu hücuma keçdi, ermənilər geri çəkildilər. Bu zaman İngiltərə işə qarışdı və müharibə dayandı. İngiltərənin tələbi ilə Loru-Taşir neytral zona kimi bəyan edildi. Bununla da Loru-Taşirin Gürcüstandan uzaqlaşdırılmasının əsası qoyuldu. 1921-ci ildə bolşevik Rusiyası Loru- Taşiri Gürcüstandan qoparıb Ermənistana verdi. Rusiya hakimiyyətinin antigürcü mövqeyi aydındır, lakin İngiltərə niyə belə edirdi? Məsələ burasındadır ki, böyük dövlətlər, o cümlədən İngiltərə də Türkiyə imperiyasının işlərinə, Türkiyədə yaşayan erməni məsələsinin həllinə qarışmaq istəyirdi. Bunun nəticəsində də Türkiyədə ermənilərin soyqırımına səbəb oldu, böyük dövlətlər Ermənistana yardım göstərə bilmədilər. Odur ki, ermənilərin soyqırımında İngiltərə də günahlandırılırdı. Eyni zamanda İngiltərə yenə də Türkiyə imperiyasının parçalanmasında, bu aləmdə öz nüfuz dairəsini yaratmaq məqsədi ilə erməni məsələsindən istifadə etməyi fikirləşirdi. Buna görə də Gürcüstanın hesabına İngiltərə ermənilərin könlünü almağa çalışdı.Ermənilər bu günə kimi yazırlar ki, 1918-ci ildə biz qələbə çaldıq, gürcülərə ağıl öyrətdik, erməni qorxusunu onlara sirayət etdrdik. Bununla tarixi açıq-aşkar saxtalaşdırırlar, yenə də öz soydaşlarına təlqin edirlər ki, gürcülər natamam xalqdır, faktiki olaraq milləti də təşkil etmirlər, məhv olma ərəfəsindədir və biz ermənilər Gürcüstanda öz payımızı almaq barəsində düşünməliyik.Doğrudur, ermənilər əsrlər boyu gürcüləri erməniləşdirmək də istəyirdilər, lakin o da faktdır ki, Gürcüstanda sığınacaq tapmış ermənilərin bir hissəsi müəyyən səbəblərə görə gürcüləşirdi. Eyni zamanda , xüsusilə qeyd etmək lazımdır ki, heç bir gürcüləşmiş erməni Gürcüstanın böyük oğlu, milli qəhrəmanı, məşhur ictimai xadimi və sair. olmamışdır. Atalar demişkən «İlan qabığını dəyişsə də xasiyyətini dəyişmir». Erməni də tamamilə, ürəkdən və ruhən gürcüləşmir. Ermənilər əsrlər boyu Qafqazda öncüllüyü qazanmaq istədiklərindən bu məqsədlə gürcülərə qarşı mübarizə aparırdılar, Qafqazın birləşməsinə gürcülərin nail ola bilməsinə, Qafqazın günəşi Ermənistan deyil, Gürcüstanın olmasına darılırdılar. Belə ki, X əsrdən başlayaraq gürcülər qəti olaraq Qafqazda Ermənistanı üstələmişlər. Erməni psixikası elə formalaşmışdı ki, qondarma gürcüləşmiş erməni üçün də gürcü millətinin həyati mənafeləri yaddır. Onun yalnız şəxsi mənafeləri vardır, halbuki, Gürcüstanda karyersını yaratmaq üçün böyük hünər, cəsarət göstərir, camaatı da aldada bilir.Bu gün bir çox gürcüləşmiş erməni adlanan erməni Gürcüstanda ölkənin idarə olunmasının, istərsə də iqtisadiyyatının cilovünü ələ keçirməyə çalışır. Gürcüstan-Ermənistan əlaqələrinin xüsusiyyətlərini, spesifikasını nəzərə alsaq, bədnam gürcüləşmiş ermənilərə Gürcüstanın taleyini etibar etmək təhlükəlidir, illah da ki, Gürcüstandan Cavaxetin bir yolluq uzaqlaşdırılması qorxusu açıq-aşkar mövcuddur. Ermənilər bizdən Qara dənizə çıxış yolu istəyirlər, Abxaziyada bizə qarşı mübarizə aparırlar və sair. Ermənilərin ona da ümidləri vardır ki, çox güclü, zəngin diasporlara malikdirlər.Ermənilər Gürcüstanda gürcü ermənişünaslarını da sıxışdırmağa nail olurlar. Belə ki, gürcü alimləri həqiqəti aşkar edə bilməsin. Bu işdə onları üzdəniraq gürcülər və bədnam gürcüləşmiş ermənilər dəstəkləyir.Gürcü xalqının bu gün həll ediləsi bir çox çətin, kəskin problemi vardır. O, ermənilərin açıq və ya gizli şəkildə hücumlarınının qarşısını almalı, zərərsizləşdirməlidir. "GEORGİAN TİMES" («Corgian Tayms») qəzeti, 26.06-02.07.2003,03.07-10.07.2003,10.07-17.07.2003,17.07-24.07.2003,24.07-31.07.2003,07.08-14.08.2003,14.08-21.08.2003,21.08-28.08.2003. Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.