STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ Ermənistan ta qədimdən Gürcüstanın cənub qonşusudur. Ermənistan çarlığının özünün güclü dövründə (bizim eradan əvvəl II-I əsrlərdə) dəfələrlə Kvemo Kartli və Cənubi Gürcüstan ərazilərini zəbt etmişdi, XI əsrin II yarısından bəri isə Cənubi Qafqazda erməni çarğılı artıq mövcud deyildi. Əsrlər boyu erməni çarlığı-knyazlıqlarının əraziləri Gürcüstanın tərkibində hesab olunurdu.

1918-ci ildə ermənilər müstəqilliyi bəyan və itirilmiş dövlətçiliyi (?..- red.) bərpa etdilər. Yeni bərpa olunmuş Ermənistan Demokratik Respublikası öz siyasətinin əsas istiqaməti olaraq «Böyük Ermənistan»ın yaradılması ideyasını irəli sürdü. Erməni millətçiləri nə vaxtsa erməninin qədəm basdığı əraziləri tələb edirdilər.
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ
Viktor Nozadze (məşhur jurnalist və Rustavelişünas-M.M.) xatırlayırdı:
«Ermənilər Paris sülh konfransına təqdim etmək etmək üçün Ermənistanın xəritəsini hazırladılar və bu xəritədə Ermənistana daxil edilən ərazilər kimi, Tiflis, Borçalı, Axalsixe və Axalkalaki qəzaları, Msxeta, Qori, Batumi və Batumi diyarı qeyd olunmuşdu».

1918-ci ilin dekabrında Ermənistanın hərbi hissələri Kvemo Kartli və Cənubi Gürcüstan istiqamətində geniş miqyaslı təcavüz həyata keçirdilər.
Gürcü hissələri düşməni dayandırmağa, sonra isə onu ölkə ərazisindən qovmağa müvəffəq oldu.
Bu münaqişədən sonra Ermənistan ilə Gürcüstan arasında fövqəladə razılaşma imzalandı ki, bununla da Borçalı qəzasının Lore ərazisi neytral zona olaraq bəyan edildi, onun şimal hissəsində gürcü ordusu, cənub hissəsində isə Ermənistanın ordusu dururdu.

Bu cür razılaşmaya baxmayaraq yerli əhali hər halda Gürcüstan ilə birləşməyə cəhd göstərir və bu müqaviləni qeyri qanuni hesab edirdi. 1919-cu ildə Gürcüstanın təsisçi iclasının adına tərtib olunmuş Lore rayonu kəndləri əhalisinin müraciətində oxuyuruq:
«Ta qədimdən mövcud olan və bu günə qədər qorunub saxlanılan möminlərin məbədləri, abidələri və məzarlıqları şübhəsiz, təstiq edir ki, Lorenin müsəlman rayonu daim Gürcüstanın ayrılmaz hissəsi olub və bu rayonun əhalisi Gürcüstan sərhədlərinin möhkəmlənməsinə arxa durublar. Gürcüstan hökuməti Lore rayonunu nədənsə ,guya da ki, Gürcüstan ilə Ermənistan arasında mübahisəli ərazi kimi hesab edir ki, bu da bizi çox ağır, ölümcül bir duruma salır. Biz iqtisadi, siyasi, mənəvi və hərtərəfili Tiflis ilə bağlıyıq. Gürcüstan hökumətindən bizi dönmədən Gürcüstan ərazisinə birləşdirildməsi üçün hər cür tədbirlər görməsini xahiş edirik».
Müraciəti Lorenin altı kəndinin sakinləri imzalayırlar.
Buna baxmayaraq Lore diryarı ilə əlaqədar Gürcüstan hökuməti tərəddüd etmədən üzərinə düşən vəzifələri yerinə yetirirdi. Gürcüstan Demokratik Respublikası mübahisəli ərazini yalnız 1920-ci ilin noyabrına qədər tutdu ki, o da Ermənistan hökumətinin xahişi ilə.

Ermənistanın sovetləşməsindən sonra Ermənistanın xarici işlər xalq komissarı Aleksandr Bekzadyan Gürcüstanın xarici işlər nazirindən fövqəldadə nota ilə gürcü qoşunun Lore diryanından çıxaırlmasını tələb etdi. Lakin Gürcüstan hökuməti erməni kommunistlərinin du iddiasına sənədləşdirimmiş şəkildə rədd cavabı verdi.
1921-ci ildə Gürcüstanda sovet rejiminin bərqərar olmasından sonra bizim Lore üçün artıq vaxtımız yox idi. Bundan erməni bolşevikləri istifadə etdilər və diyarın maskalanmış ilhaqını həyata keçirdilər.
«Kommunisti» elə həmin il martın 15-də yazırdı: «martın 4-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu fəaliyyətə başladı. Hərbi İnqilab Komitəsi Alaverdi stansiyasının mərkəz seçildiyi Lore rayonunuda inqilabi nizam-intizamın yaradılması üçün addım atdı. İnqilab komitəsi sədrinin və Hərbi İnqilab Komitəsinin müvəkkili olaraq yoldaş Safrazbekov təyin olunub».
Təəssüf ki, bu, Gürcüstan ilə heç br razılaşma olmadan Ermənistan Sovet Sosialist Respublikası tərəfindən Lore diyarının mənimsənilməsinin ilk addımlarından biri idi. Başlanğıcda Ermənistanın yeni formalaşdırılmış sovet rejimi Lore diyarında öz müvəkkilini təyin etdi. Faktiki olaraq bu ərazi indən belə Ermənitsan hökumətinin nüfuz zonasına çevrildi.
Zaqafqaziya respublikaları arasında mövcud ərazi məsələsi çətinliklərini bolşeviklər yaxşıca görür və buna görə də artıq 1921-ci ildə RKP(b) Mərkəzi Komitəsinin Qafqaz Bürosu 1921-ci il mayın 2-də fövqəladə komissiya yaratdı ki, buna da Azərbaycan, Ermənistan və Gürcüstan ararsında sərhədlərinin çəkilməsi məsələsinin hazırlanmasıı həvalə etdi.
Bu komissiyanın ilk iclası 1921-ci il iyunun 25-27-də Tiflisdə keçirildi. Bu, həddindən artıq maraqlı olan, Ermənitsan Sovet Sosialist Respublikasının nümayəndəsi V. Muradyan tərəfindən tərtib olunan iclasın protokolu bizə qədər gəlib çatıb. Demarkasiya komissiyasının 25 iyun tarixli iclasında Ermənistan SSR-in nümayəndəsi «yoldaş Bekzadyan» nitqlə çıxış etdi. O ölkənin dövlət sərhədləri barəsində danışır, onun dediklərinin oxucuda gülüş doğurmaması mümkün deyildir.
İclasın protokolunda oxuyuruq:
«Söz yoldaş Bekzadyana məxsusdur. O bildirib: Ermənitsanın durumunun xüsusilə ağır durumda olduğunu hesab etməliyik, çünki o öz ərazisinin demək olar ki, yarısını iqtisadi resurslar ilə birlikdə itirib. Yoldaş Bekzadyan həddindən artıq lazım bilir ki, Ermənistanın xeyrinə qonşu Azərbaycan və Gürcüstan respublikalarından ərazi qoparılsın. Moskvada yoldaş Myasnikov və Bekzadyan yoldaş Stalinin yanına gedəndə bu sonuncu belə bir fikri tamamilə qəbul etdi.
Bütün yuxarıda deyilənlər əsasında Ermənistan nümayəndə heyəti yoldaş gürcülərdən, tatarlardan( Azərbaycanlılar nəzərdə tutulur-M.M.) Ermənistanın çox ağır durumunu nəzərə almaqlarını və ümumi həmrəylik üçün birdəfəlik və həmişəlik çox səmimi, dostluq qarşılıqlı münasibətin yaradılması üçün müəyyən olunmuş ərazilərin güzəştə gedilməsinə razı olmalarını xahiş edir».
Erməni bolşevikləri Gürcüstandan təkcə Lore diyarını deyil, eləcə də Axalkalaki qəzasını və Borçalı qəzasının bir hissəsini tələb edirdilər. Demarkasiya komissiyası yekun razılaşaya nail ola bilmədi, buna görə də daxili sərhədlərin çəkilməsi məsələsini Respublikaların mərkəzi komitələri RKP(b) Qafqaz Bürosuna həvalə etdilər.
1921-ci il iyulun 7-də Qafqaz Bürosu İosif Stalinin iştirakı ilə bu məsələni fövqəladə şəkildə müzakirə etdi və müəyyən etdi ki, üzdəniraq neytral zona – Lore diyarı Ermənistan Sovet Sosialist Respublikasını verilsin, Xrami və Axalkalaki rayonlarına gəldikdə isə, bu məsələnin həll olunması üçün Qafqaz Bürosu Gürcüstan Kommunist Partiyası Mərkəzi Kömitəsinə həvalə etdi ki, onun da yekun qərarını sonralar yenə də Qafqaz Bürosu təstiq etməli idi.
Odur ki, 1921-ci il 7 iyul tarixli qərar ilə Lore diyarına olan Gürcüstanın iddiaları qəti olaraq ləğv olundu. Bu mərhələdə Lore diyarı deyil, Xrami və Axalkalaki rayonları qorunub saxlanılmışdı. Elə burada onu da qeyd etmək lazımdır ki, bu günədək Gürcüstanda, guya ki, Stalinin Gürcüstan ərazisinin bağışlanması barəsində heç nə bilmədyi barədə yayılan sözlər və və bütün bunların hamısının Serqo Orjonikidzenin əməllərinin olması sənədlər ilə təstiqlənmir. «Xalqların böyük rəhbəri» nəinki, bütün işlərdən halı idi, eləcə də bu prosesdə bilavasitə özü də iştirak edirdi.
Zaqafqaziyanın Qavfqaz Bürosunun qərarı əsasında 1921-ci il iyulun 16-da Gürcüstan Kommunist Partiyasının Siyasi Burosu toplaşaraq iki məsələ müzakirə edib: 1. Neytral zona və 2. Axalkalaki və Xrami rayonlarının Sovet Ermənistanına verilməsi məsələləri. Siyasi Büronun qərarında oxuyuruq: «1. Bu zonanın Ermənistana verilməsi barəsində RKP(b) Mərkəzi Komitəsi Qafqaz Bürosunun qərarı təstiq olunsun.
2. Siyasi fikirlərin və Axalkalaki rayonunun iqtisadi cəhətdən Tiflis ilə əlaqədar olmasın əsasında yoldaş ermənilərin təklifi qəbul olunmaz hesab edirik». Elə həmin məsələni 1921-ci ili avqustun 3-də Gürcüstan Kommunist Partyiası Mərkəzi Komitəsinin plenumu müzakirə etdi . Gürcü kommunistlərinin genişləndiriimiş tərkibi yenə də Gürcüstan Kommunst Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun qərarını yenə də təstiqlədi, lakin plenumda Lore diyarının tərəddüd olmadan Erməinstana verilməsi fikir ayrılığına səbəb oldu. Məhz elə buna görə də plenumun qərarında yeni maddə ortaya çıxdı: «Neytarl zona məsələsinin müzakirəsi zamanı Qafqaz Bürosunda Gürcüstan KP MK-nın fikrinin olmadığından Qafqaz Bürosundan bu məsələnin yenidən müzakirə olunması xahiş edilsin. Öz müqavilində MK sözügedən zonada referendumun təşkilini lazım bilir.
Gürcü kommunistlərinin Lorenin neytral zonasında refenendumun keçirilməsi ilə əlaqədar prinsipial tələbinə baxmayaraq Qafqaz Bürosu plenumun bu qərarını nəzərə almadı. Bütövlükdə doğrudur, Axalkalaki və Xrami rayonları Gürcüstan tərkibində qaldı, lakin əvəzində Lore diyarı heç bir referendum keçirilmədən Ermənistan SSR-ə verildi.
Odur ki, 1921-ci ildə Kommunist Partiyası Zaqafqaziya Qafqaz Bürosunun və Gürcüstan Kommunist Partiyasının Siyasi Bürosunun qərarı ilə, 2367 kvadrat.kilometr sahə ilə üzdəniraq Lore rayonu- Borçalı qəzasınının cənub hissəsi Ermənistana verildi. Sonralar 1925-ci ildə eləcə də Borçalı qəzasının daha bir hissəsi, 207,94 kvadrat kilometr sahə Ermənistana verildi. Ümumi hesabda 1921-1925-ci illərdə Gürüctan ərazisinin 2575, 38 kvadrat kilometr sahəsi Ermənistana güzəşt edildi.

CABA SAMUŞİYA
«İstoriani» tarixi- idraki jurnalı,
«Kviris palitra» («Həftənin palitrası») 2012-ci il, 20 mart.
Gürcü dilindən tərcümə edəni:
Mirzə Məmmədoğlu


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ  ...

Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ ...

Tarix
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
BONDO ARVELADZE:

BONDO ARVELADZE: "Bütün ermənilərin katolikosu II Qarenin Tanrıdan və gürc ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun V.Leninə məktub-teleqram ...

Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun V.Leninə məktub-teleqram ...

Tarix
AZƏRBAYCANIN GÜRCÜSTANDAKI İLK DİPLOMATİK NÜMAYƏNDƏSİ

AZƏRBAYCANIN GÜRCÜSTANDAKI İLK DİPLOMATİK NÜMAYƏNDƏSİ

Gürcüstan, Tarix
Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan, Tiflis, Siyasət, Diaspora
Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorç ...

Gürcüstanın hakim partiyasından olan deputatlar Axalkalakidə erməni terrorç ...

Gürcüstan, Borçalı, Qarayazı
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi

Marneuli də azadlığın bərpasının 25 ci il dönümünə əsr olunmuş sərgi

Borçalı
Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün yeni intibah döv ...

Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün yeni intibah döv ...

Naxçıvan, Humanitar elmlər, "Zirvə"
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı
Hüseyn Yusubov:

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azə ...

Qarabağ, Gürcüstan, Borçalı
Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

YAP
Coğrafiya İnstitutunun şöbə müdiri Tiflisdə olmuşdur

Coğrafiya İnstitutunun şöbə müdiri Tiflisdə olmuşdur

Digər bölmələr, Tiflis
Rəy yazın: