BİR İÇİM SU KİMİ... Dünya » Turan 17 февраля 2016 21-ci yüzil hər şeyin qısa, amma anlamlı olmasını tələb edər. Romanlar da gödəlmiş, hekayələr də kiçilmiş, şeirlər daha da balacalaşmağa başlamiş görünməkdədir. Buna ədəbiyyat nəzəriyyəsində postmodernizm ədəbi cərəyanı da deyilir. Haqqında söhbət açdığımız şeirlərə məhz bu gözlə baxa bilərik.Şeirlərin müəllifi Gürkan Doğandır. 1961-ci ildə anadan olmuşdur. Orta məktəbi Anqarada tamamlamışdır. Anqara Hacəttəpə Universitəsi dilçilik bölümündən məzun olmuşdur. Elmlər doktoru elmi dərəcəsini 1992-ci ildə İngiltərədə Mançester Universitəsində almışdır. Türkiyə universitələrində dosent, professor çalışmışdır. 2011-ci ildən Ardahan Universitəsi rektor yardımçısı (müavini) vəzifəsini yerinə yetirir.Həm də sevilən bir şairdir. “Kiçik şeylər”, “Ortancıllar”, “Mavi”, “Veranda” adlı şeirlər kitablarının müəllifidir.Şeirlərində də özünün xasiyyəti sayaq təmiz bir səmimilik hiss edilir.Şairin poetik deyimlərində obrazlılıq zəngindir. Misralarında sözlərin üst (görünən, bilinən) anlamlarından daha çox pünhan (gizli, görünməyən) anlam çalarları ağır basır.Budur, onun “Veranda” (artırmalı eyvan) ismini verdiyi toplu şeirlər güldəstəsi önümüzdədir. Maraqlı və məntiqlidir ki, kitabın hər səhifəsində yalnızca bir şeir yerləşdirilmişdir. Bəzi səhifələrdə hətta iki, üç sətir vardır. Hiss edirsən ki, səhifələrdəki ağ (boş) yerlər oxucuyu bu qısa şeirlərin mesajladığı göndərmələr çevrəsində düşünüb daşındırmaq məqsədi güdür.Bu şeirlər bir damla şeh, bir ilıq meh kimidir, bir çaxım şimşək, bir əsim külək kimidir, bir çimdik un, bir içim su kimidir. Lakonik. Qısa. Sadə, sadə olduğundan daha ziyadə klassik. Oxunaqlı, oxunaqlığından daha önəmlisi – düşüncələrə, xəyallara daldıran.Gürkan Hocanın bu bir içim su tək ürəyə yatan şeirlərindən 33 örnəyi Azərbaycan Türkcəsinə uyğunlaşdıraraq, bu tərz şeirlər haqqında şeirsevərlərimizdə təəssürat oyatmaq fikriylə oxucularımıza təqdim edirik.Şurəddin MƏMMƏDLİTürkiyə Ardahan Universitəsi professoru---------------------------------------GÜRKAN DOĞAN* * * ağlım kəsmədiyibir göz tutulmasıdırağlım kəsmədiyibir söz tutulmasıdırbu mövsümdə eşq* * *barmaq izlərin varmışəl vurduğum ulduzlardanə gözəl* * *başqa adlarıyadırğamaqdır eşqanlamlara anlam qatıbanlamamaqdır eşqgün boyunca yerə baxıbçalıb çapmaqdır eşqküsəyən olmaqdırxəyalları tapmaqdır eşq* * *bədən üçün sevişməkbir anlığa da olsaqaranlıqları dəyişmək* * *bənzətmələrin də bənzədibizimkilərə dahasən ki bəzək vurardın sözlərinərəngbərəngdaha oyun yaşındaböyüksən artıq əzizimnə yazıqindi sənin də ağlın başında* * *bileti əlində bir nəşə varözünə belə aid olmayan bu səslərdəyuxarıda deyə azad sandığımızsəmaya mıxlanmış qəfəslərdə* * *bir kənd toyuna gedən kimiydingözlərinə sürdüyün o ilkbahar rəngiyləhəm qız eviydinhəm də oğlan eviydin* * *bir quş sıxışıb qalmışiki qəlb arasındabir qəlb ağrısıdır bu eşqbir quş çağrısıdır bu eşqölümcül qəlb yarasında* * *bu dünya bizdən ibarət deyil canımbilirsənbir qələmin ucu yetməzağıl məhsulu kağızlarabuğda dəyirmana möhtacvə dəyirmandakı mənqəmli ağılara canımağılara* * *bu səssizlikəvvəlimisonrasımıdodaqdakıqəfil başlayanfırtınanın* * *bütün bildiklərinözümdən gizlədiyim sirrlərbildiklərini söyləmə haürəyim yerindən oynar* * *cavabını bildiyim suallarımin dəfələrlə soruşaraqsual oluramhər gəlişində yenidən açıbgedişinlə soluram* * *elə bir dostdur kizamansonuna qədərdüşmən* * *əlimdə deyilsevgiliməlimdə olmasa dayandırır əlin* * *həm gechəm də yanlış qərar kimi durargözəlim baharı heçə sayıbbudaqlar üzərində qalmışbu çirkin qar* * *hər hansı bir nişan günüqəribə bir həyəcan bürüyərkəndörd yanıburum burumdəli bir irmağa minibdənizə qarışmalı insanvə anlamı olmalı yaşamınbir ömür boyu axıbaxırda dənizə qarışmanın* * *illah da gedibbir buludun altında durmalı deyilsəndeyərsənmiş mənə məgərelə bir şıdırğı yağışmış ki buNuhun gəmisinə sığınmaya dəyər* * *ipi səndə bir suçdurbu qanadsız çərpələng* * *kəlmələri qırağa atıbilk kərə oynadığımız şeir bağçasındaaçmalıyam gözlərimiqorxmuram dilimdən xəta çıxacağından* * *mavi qəlbli bir uşaq nağılıydın sənçünkü görər görməz qaçıbkonfet gətirmişdinyayda da açılmayan bir ailə çayxanasıyamdeyə mənkəlmələrdən bax o gün soyunmuşdumtaxta masama ehmalca ilişibşırıl şırıl döküldükçəincə belli stəkanın içindəkidovşan qanısən* * *mən gəldimsel gəldisən getdinqum qaldısel gettimən qaldım* * *nə gözəldir torları çəkməkheç vecinə almadangah dolugah boşsadəcə torları dartmaqbəzi balıqları ağlatsa beləyenə də hoş* * *olsan da fərq etməzolmasan dadeyə yazsam bir günsıxılıb darılmaşeirdir sanıbvecinə alma* * *orda bir sən varməndən dəsəndən də uzaqdaorda bir sən varsənəməndən də uzaqda* * *özünü islatmayan bir yağışgün boyu yağsa da şıdırğıyağışdırmı* * *sevincin üzümə vuruşudurhəyəcanların salama duruşudurkeçişin* * *sən heçgecə yarıdünyanın ən mənalı dörd misrasınıyazdım deyəseyr etdinmi ulduzları* * *sözləriniz dəgeyimləriniz kimicəhəm tanıdanhəm yanıldan* * *susaraqsözdə boğula bilər insanməharətdirinsanın ağız dolusu susmasıbax beləcə susmaqsözlərə taxılmışqoşa qanaddır* * *uzanırsan üzüməqısqıvraqvə gödəlir yaşambax o an uzanır ömrümvə gödəldikcəçoxalır yaşım* * *ürəyimdirən balaca şeylərinən böyük yanğın yeri* * *vəfa bizdə üzüm bağı kimidirsizcə bir qədəh şərabdır sanki* * *yaşım uyğundurillər öncə sıyrılmışam kəfənimdənyəni nə ağlım qalmış indinə də fikrim vecimədirçünkü gül bilir kieşq mavi bir mərhəmyəni sənyəqin tikan xətrinəbəs həyat nədir deyərsənməncə ömürlük bir yaraqabıq bağlamaz demişdim habax elə o anda sarılmalısan mənəbəlkə bir ilkyaz günüquşlar bizə güvənərkəndar bir eyvandaZİm.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.