I Bütöv Azərbaycan Forumu keçirilib

I Bütöv Azərbaycan Forumu keçirilibI Bütöv Azərbaycan Forumu keçirilib I Bütöv Azərbaycan Forumu keçirilib 2019-cu il aprelin 13-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə
I Bütöv Azərbaycan Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyü məsələsini gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr.

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatların nümayəndələri, Borçalıdan, Kərkükdən, Dərbənddən, Şimal-Qərbi Azərbaycandan olan fəallar, digər ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar, gənclər, KİV mənsubları və b. iştirak ediblər.


Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açıb.
Azərbacan Respublikasının dövlət himni səsləndirildikdən sonra Z.Əlisoy Dərbənd, Qərbi Azərbaycan, Borçalı, Kərkük və Azərbaycanın Güneyi ilə bağlı çıxış edəcək şəxslərin adlarını təqdim edib. Daha sonra foruma həsr olunmuş videoşarx nümayiş etdirilib.

Sonra söz çıxışçılara verilib.

Qərbi Azərbaycan movzusunda tədqiqatçı Yasəmən Qaraqoyunlu fikirlərini bildirdi: Orta Doğu və Azərbaycan bölündü, Türk Qacar dövləti devrildi, yerində fars İran dövləti quruldu. İndi tarixi torpaqlarımızı birləşdirib vahid dövlətimizi qurmalıyıq. Batum konfransında İrəvan ermənilərə güzəştə gedildi. Qərbi Azərbaycanlılar XX əsrdə 4 dəfə deportasiyaya uğradıldı. Ermənistan adında monoetnik erməni-xristian dövləti quruldu. Biz dünyaya bəyan etməliyik ki, İndiki Ermənistan Azərbaycan torpaqlarıdır. Oradan çıxarılmış Azərbaycanlılar geri qaytarılmalıdır. Qarabağ danışıqlarında Qərbi Azərbaycanlılarının məsələsi qoyulmalıdır. Qarabağda ermənilərə hansı status verilirsə, Ermənistanda da Azərbaycanılara həmin status verilməlidir. İndi bizim hücum etmə zamanımızdır. Qarabağın yox, İrəvanın statusu müzakirə olunmalıdır. Hamımıza Bütöv Azəlrbaycan uğrunda mübarizədə uğurlar.

Dərbənd İctimai Birliyinin təmsilçisi Nurulla Əliyev: Dərbənd İctimai Birliyini təmsil etməyimlə qürur duyuram. Bu qurum 25 il bundan əvvəl yaradılıb. Əsas məqsədi Dağıstan-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması və Dağıstandakı soydaşlarımızın hüquqlarını müdafiə etməkdir. Bu gün Dərbənddə 40 min, Dağıstanda 130 min soydaşımız yaşayır. Müxtəlif birliklər fəaliyyət göstərir. Biz təkliflər hazırlamışıq. Dərbəndin tarixini olduğu kimi soydaşlarımıza çatdırmaq üçün Böyük Dərbənd Ensiklopediyası hazırlamışıq. Bu şəhərin 7 min ildən artıq tarixi var. Ensiklopediyanın siqnal variantını bura gətirmişəm. Ana dilimizin təbliği istiqamətində işlər görməyə çalışırıq. Orda Dövlət Dram teatrı da var. Dağıstana keçid məsələsi də vacib məsələdir. Dəmiryol, su yolu və Avtomoboil yolu fəaliyyət göstərməlidir. Təmas qurmaqda bü gün çərinliklər var.

Borçalı türklərinin problemləri ilə bağlı Kamran Ramazanlı çıxış etdi: Bu gün Gürcüstanın 14 rayonunda 500 minə yaxınn Azərbaycanlı yaşayır. Orada əsas problem təhsil problemidir. 1989-da 183 məktəb vardı, bu gün 117 məktəb qalıb. Şagirdlərin sayı da azalıb. Universitetdə Azərbaycan dili və ədəbiyatı kafedrası da bağlanıb. Bu məsələlərlə bağlı Azərbaycanın dövlət strukturlarına müraciətlər etmişik. Bir də, soydaş haqqında qanun qəbul olunmalıdır. Bu qanun qəbul olunsa Borçalıda da, Dərbənddə də problemlər həll olunar.

İraq Türkman Cəbhəsindən Əli Zeynaloğlu (Kərkükdən videoyazı): Sizlərə uğurlar diləyirik. Qəlbimiz sizinlədir. Biz İrakda 3 milyon nüfusa malikik, geniş bir coğrafiyaya sahibik. 1991-də bizim siyasi hərəkatımız başlayıb. 1995-də Türkman cəbhəsinin ilk konfransı keçirildi. 2003-dən sonra başqa xalqların haqları tanınsa da türkmanların haqqı tannmadı. Biz davamızı davam etdirəcəyik. Bizə bütün qünya Azərbaycanlılarının dəstəyi lazımdır. Nə mutlu türkəm deyənə!

Qarabağ problemi ilə bağlı Pənah Hüseyn fikirlərini Ebölüşdü:lçibəy qeyd etmişdi ki, Qarabağ probleminin həlli istiqamətində fəaliyyət milli azadlıq hərəkatının tərkib hissəsidir. Onun məşhur tezisi var: "Qarabağın yolu Təbrizdən keçir". Azərbaycanın azadlığı da Qarabağın azadlığından keçir. Azərbaycan bütövləşəndə tək Azərbaycan türkləri yox, vətəni Azərbaycan olan bütün xalqlar birləşir. 30 milyonluq Azərbaycanlının yaşadığı bir dövlətin Ermənistanla yaxınlıq etməsi utancdır. Biz böyük imperiyalar yaratmış bir millətin övladlarıyıq. Mən inanıram ki, Bütöv Azərbaycan qurulacaqdır.

Tədbirdə Güney məsələsi ilə bağlı Güney Azərbaycan Demokrat Partiyası(GADP) başqanı Mahmud BilginAzərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) təmsilçisi Məcid Araz danışdı.

Mahmud Bilgin: Bu gün Güney Azərbaycan şovinist fars rejiminin əsiridir. Urmu gölü qəsdən quruduldu, Xuzistanda su daşqını yaradıldı. Bu qəddar, şovinist bir rejimdir. Bu fars-türk davasıdır. Başqa xalqlardan da istifadə edib bzi silmək istəyirlər. Bu rejim özünü qorumaq üçün xaricdə də qanlar tökür. İndi tarixi bir imkan əldə etmişik. Güney Azərbaycan Milli hərəkatı türkçülüyə, Azərbaycancılığa gəlib və demokratiya üçün calışır. Biz artıq Tehrana, Əraka, Quma sahib olmaq uğrunda bübarizədəyik. Əsas məqsədimiz Güneydəki oyanışı Dərbəndə, digər bölglərə də yaymaqdır. Haradan olmağın fərqi olmamalıdır, hər bir yerdə qüvvələrimizi birləşdirməliyik. Lobbiçilik çox önəmli bir məsələdir. Xaricdə dövlət strukturlarında yerləşməliyik, siyasi partiyalarda olmalıyiq. Bu yolla çox şeyə nail olarıq.

Məcid Araz: Həqiqətən Güneydə böyük oyanış gedir. Bu isə İran və Ermənistana böyük təhlükədir. İran rejiminin məqsədi Güney Azərbaycanı Xəzər dənizindən və Türkiyədən ayırmaqdır. Bu siyasətin əsası Rus iperatorluğu tərəfindən qoyulub. 1937-ci ildən başlayaraq Güney Azəbaycanın ərazisi ayrı-ayrı inzibati bölgülərdə ayrıldı. İndi Heyran gdiyini də Ərdəbildən ayırıb Gilana vermək istəyirlər. Kürd əşirətlərini Türkiyə ilə sərhədə yerləşdirdilər. PKK qrupları bu gün İranda fəaliyyət göstərir və İran dövlətindən təstək alır. Ermənilər də İranda rejimdən dəstək alır. Ararat klubunun gənclər qolu bölgələrdə güneyli fəallar haqqında məlumatlar toplayırlar. Yəni Güneydə milli fallara qarşı İran-Ermənistan işbirliyi var. Sonra, Qərbi Aazərbaycan bölglərinə PKK yanlıları vali qoyulur. İndi hətta İranda rəsmi səviyydə "Urmiya Ostanı" ifadəsi işlədilir. Bu məsələlər çox thlükəlidir. Bu Forum mədəni birliyin bir ifadəsi ola bilər.

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər: BAO-ya həm təşəkkür edirəm, həm də BAO-nu təbrik edirəm. Bu gün burada konkret problemlər səsləndirildi. Bu çox yaxşıdır. Mən bu gün həm MSDM-i, həm də Müsavat partiyasını təmsil edirəm. Çünki Arif Hacılı bu gün gələ bilməyib. Müsavat partiyası 100 ildir bu yoldadır. Qarabağ məsələsi həm də bütün milləti birləşdirir. Biz XXI əsrdə yaşayırıq, informasiya, telekommunukasiyalar dövrüdür. Türk dünyasının birləşməsi dünyanı qorxudur və ona görə də bunu istəmirlər. Ona görə də biz, başqaları üçün qorxulu yox, ağıllı olmalıyıq, haqlı olmalıyıq. Bütöv Azərbaycan Təbrizlə Bakının birliyidən keçir. Bizim beyin mərkəzlərimiz olmalıdır, yumşaq gücümüzü ortaya qoymalıyıq. Bu yolda hamımıza uğurlar arzulayıram.

M.Ə. Rəsulsadənin nəvəsi Rəis Rəsulzadə: Bu forumda təşkilati məsələləri həll etməliyik. BAO böyük bir təşkilata çevrilə bilər. Biz elə etməliyik ki, səmərli iş görək. Bunu hansı vasitələrlə edə bilərik? Ona görə də təşkilatlanmaq, sosial bazanı gücləndirmək vacibdir. Rusiyada Azərbaycan konqresi dağılır, ermənilərinkində isə Putin gəlib iştirak edir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: Biz partiya olaraq Bütöv Azbaycan ideyasına sadiqik. Bu yolda da həmişə əməkdaşlğa hazırıq. Hesab edirəm ki, Güneylə bağlı BMT ilə aprılan işi davam etdirməliyik. Qarabağ qurulatynın keçirilmsi də əhmiyyətlidir. Dərbənd və Borçalıdan olan gənclərə Ali məktəblərə kvotanın ayrılması məsələsini də biz Milli Məclisdə qaldıracağıq. Bu çox önəmli məsələdir.

Yazıçı, tədqiqatçı Mehriban Vəzir: 2018-ci ildən Türkiyədəki ali məktəblərdə artıq Türk Cümhuriyyətlərindən gelən tələbələrə ödəniş güzəşti ləğv edilib. Amma Suriyadan gələnlər üçün saxlanlır. Bu məsləni də qaldırmaq lazımdır.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazıl Mustafa: Bölgələr üzrə çıxışları bəyəndim. Konket məsələlərə toxundular. Bizim istinad nöqtəmiz Azərbaycan Cümhuriyyəti olmalıdır, Qacarlar yox. Qacarlar bəlkə bir məktəb açıblar, elmi təhsili inkişaf etdiriblər? Bu gün beynəlxaq hüquqda tanınan Azərbaycan Respublikasıdır. İşğal olunmuş Qarabağ da onun tərkib hissəsidir. Qarabağı tam hüquqla tələb edə bilərik. Güney Azərbaycanın da nə vaxtsa müstqilliyi və ya muxtariyyəti tanınarsa, onda onun mənafeyi üçün çalışarıq. Realist olmalıyıq.

Klassik Xalq Cəbhəsi Partiyasını (KXCP) Mirmamud Mirəlioğlu: BMT-yə müraciətdə bu təşkilatın müzakrə etdiyi birinci məsələnin məhz Azərbaycan məsələsi olduğu qeyd olunmalıdır. BMT bizim üçün heç nə etməyb. İrana mən həmişə "Antiislam Cümhuriyyəti" deyirəm, amma bu gün forum olduğuna görə rəsmi adını deyirəm. Biz İİR-nın beynəlxalq normaların tələblərinə uyğun olaraq şovinist siyasətini dayandırmasını tələb etməliyik.

Dünya Azərbaycanlılar Konqresinin (DAK) üzvü Əjdər Tağızadə: Bu gün Güneydə İstiqlal mücadiləsi gedir. Millət vəkili durub getdi, Qacarlar məktəb də açıb, konstitusiya da imzalayıb. Əhməd şah demokrat idi. Bu gün artıq Amerika SEPAH-ı terrorçu təşkilat kimi tanıyır. Çünki, artıq özünə də təhlükə görür. Hazırda Güney Azərbaycan milli hərəkatı qızıl dövrünü yaşayır.

Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvü İsgəndər Həmidov: O tay və bu tay birləşəcək, bu mütləq olacaq. Türkçülük Güneydə qələbə qazanacaq. Orda soydaşlarımız ğz işlərini yaxşı bilirlər. Arzu edirəm ki, bir vaxt çəxsiyyət vəsiqələrinə yazılsın ki, "Doğulduğu yer Azərbaycan Respublikasının Təbriz şəhəri, İsfahan şəhəri...". Təbriz uğrunda həlak olan insan ən xoşbəxt insandır.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər:
Bu tədbirin formatı forumdursa və davamlı olacaqsa, müxtəlif sahələr üzrə mütəxəssislər cəlb olunmalıdır. Müzakirələr getməlidir və ortaq siyasi dil tapmalıyıq. Düşüncədə və davranışda da birlik tapmalıyıq. Birinci demokratikləşmə olmalıdır. Biz öz böyük dövlətimzi bərpa etməliyik. Fazil bəy getdi, biz böyük keçmişimizdən əl çəkə bilmərik, böyük güc olmalıyıq. İran bizim qurduğumuz dovlətdir, onu geri qayarmalıyıq.

Tədbirdə həmçinin Ramiz İbayev, Bədrəddin Quliyev, Valeh Mirzəyev, Rizvan Talıbov, Taleh Əliyev və b. Forumun movzusu ilə bağlı oz fikirlərini bölüşdülər.

Tədbirin sonunda aşağıdakı sənədlər qəbul olundu:


Birləşmiş Millətlər Təşkilatının

Baş Katibi Antonio Gutterresə


Cənab baş katib


100 illərlə iran coğrafiyasında dövlətlər qurmuş, idarə etmiş və heç bir milləti diskrimnasiya etməmiş Türklərin XX əsrdə hakimiyyətləri əllərindən alınmış və diskrimnasiyaya, ayrıseçkiliyə və assimliyasiya siyasətinə məruz qalmışdır.

Bildiyiniz kimi, hal-hazırda İran İslam Respublikasının (İİR) 80 milyondan çox əhalisinin yarıdan çoxunu Türklər təşkil edir. Amma buna baxmayaraq bir ölkədə çoxluq təşkil edən bir xalqa qarşı İran şovinist iqtidarı tərəfindən daim ayrıseçkilik halları və assimliyasiya siyasəti tətbiq edilir. Aparılan ayrıseçkilik siyasəti universitet və iş imkanlarından məhrum olmaq, müxtəlif xidmət sahələrində, o cümlədən səhiyyəsahəsindətətbiq edilən diskrimnasiya, hökumət işlərinəgötürməmək, ibtidai, orta və Ali məktəblərdəana dili qadağaları, mənsub olduğu mədəniyyətlərindən uzaq tutulmaq, müxtəlif vasitələrlə təhqir edərək aşağılamaq siyasəti,iqtisadi ayrıseçkilik, Türklər yaşayan bölgələri ekoloji terrora məruz qoymaq və s. halları əhatə edir.

2019-cu il Beynəlxalq Azsaylı Xalqlar Dili İli olduğu elan olunduğu bir vaxtda İİR-da hakim rejimin yürütdüyü antitürk dil siyasəti nəticəsində bir dövlətdə çoxluq təşkil edən bir xalqın - 50 milyon Türkün, onlardan 35 milyondan çoxunun - Azərbaycan Türkünün dili rəsmi dil kimi tanınmamışdır. Dövlət idarələrində, məhkəmələrdə Azərbaycan Türkləri anladıqları və danışdıqları dildə danışa, yaza, oxuya bilmirlər.

Azərbaycan Türkcəsində ölkə üzrə yayımlanan televiziya və qəzetləri olmamaqla yanaşı bütün istiqamətlərdə dil ilə bağlı təhqirlərlə, qadağalarla üzləşirlər. Azərbaycan Türklərinin ana dili tarixi təhrif edilir, alçadılaraq aşağılanır. Ana dili hüququnu tələb etdiyinə görə isə insanlar represiyaya məruz qalır.

Bundan başqa Urmu gölü ətrafı bütövlükdə Azərbaycan Türklərinin yaşadığı bölgədir. Həmin region ilə bağlı İran hökumətinin strateji maraqları olduğundan bölgənin Türklərdən təmizlənməsi siyasətini həyata keçirtmək məqsədilə Urmu gölünün qurumasına qarşı məqsədli şəkildə heç bir qabaqlayıcı tədbirlər görmür, əksinə bölgə əhalisinə qarşı ekoloji terror həyata keçirdir. Bunun nəticəsidir ki, artıq 10 milyondan çox insanın həyat və yaşayışı təhlükə altındadır.

Baş verən təbii fəlakətlər zamanı ümumilikdə Türklər yaşayan bölgələrə yardımlar edilmir, yerli əhali çətinliklərlə baş-başa qoyulur, problemlərinə etinasız yanaşılır.

Türklər yaşayan bölgələrdə iqtisadi layihələr həyata keçirilmir, əksinə iqtisadi və sosial təminatsızlıq, milli-adət ənənələrin inkişafına mane olmaq, bölgədə ağır sənaye, fabrik və zavodların fəaliyyətini dayandırmaq, ekoloji şəraiti əlverişsiz duruma gətirmək, tarixi abidələri məhv etmək və əhəmiyyətsizlik yaratmaq kimi vasitələrdən istifadə edərək bölgənin Türklərdən təmizlənməsi siyasətini həyata keçirirlər.

Sadalanan bu problemlər ilə bağlı İİR-da Azərbaycan türklərinin milli qüvvələri on illərdir ki, sivil və hüquqi mübarizə aparırlar. Bu müddətdə beynəlxalq hüququn tərkib hissəsi, əsas insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqlarına, bu hüquqları tələb etdiyinə görə minlərlə Azərbaycan Türkü rejim tərəfindən təqib edilərək həbsxanalara atılmış, öz doğma yurd-yuvasından didərgin salınmışdır.

Cənab Baş Katib,

İİR-da Azərbaycan Türklərinə qarşı aparılan bu şovinist siyasət Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Paktın 1-ci hissəsinin 1,3,27-ci, II hissənin 2.1-ci, III hissəsinin 26-cı, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2, 18, 19, 20, 26.2 maddələri, BMT Nizamnaməsinin 55,73(A) maddələri, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqında 1960-cı il Bəyannaməsində və Helsinki Yekun Aktında da qeyd edilən hüquq və prinsipləri, həmçinin İİR Konstitusiyanın dövlət dili haqqında 15-ci maddəsi, "Millətin hüququ" adlı III fəslinə daxil olan 19, 20, 23, 27, 34, 48-ci və b. maddələrdə, şuralar haqqında 7-ci fəslin 100 və 103-cü maddələri ilə ziddiyyət təşkil edir və soydaşlarımızın bu maddələrdə təsbit olunan hüquqları kobud şəkildə pozulur.

İİR-da on milyonlarla Azərbaycan Türkünün ana dili hüququnun, sülhün bərqərar olmasına, xalqların dayanıqlı inkişafının dəstəklənməsinə təsirini və beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətini unutdurmamalıyıq. İİR-da Azərbaycan Türklərinin bütün haqlarının tapdanması regionda beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid edici prosseslərə təkan verə bilər.

Odur ki, İİR-da Azərbaycan Türklərinin hüquqlarının bərpa edilməsi məsələsinin BMT-nin nəzarətə götürməsi, bu istiqamətdə beynəlxalq sənədin qəbul edilməsi və İİR-na beynəlxalq hüquq çərçivəsində təsirlərin göstərilməsi üçün mümkün hərəkətlər edilməsini xahiş edirik.

l Bütöv Azərbaycan Forumu
Bakı şəhəri - 13.04.2019-cu il


Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən
I Bütöv Azərbaycan Forumunun Qarabağ problemi ilə bağlı

QƏTNAMƏSI

XVlll əsrin l yarısından başlayaraq Rusiya imperiyası tərəfindən ətraf dövlətlərə, o cümlədən Azərbaycana qarşı aparılan işğalçılıq və sərhədlərini genişlətmək, bununla yanaşı dünya güclərinin apardığı müstəmləkəçilik və imperializm siyasəti nəticəsində Vahid Azərbaycan Dövləti parçalanmış, əraziləri işğala məruz qalmış, nəhayətində Dövlətimiz süquta uğradılmışdır.

Azərbaycanın Güneyində mövcud olan Qacar Dövlətində bölgədə min illərlə mövcud olan Türk dövlətçiliyinə XX əsrin əvvəllərində son qoyulmuş, iqtidara farslar gətirilmiş, Dövlətimizin adı belə dəyişdirilərək qondarma şəkildə "İran" adlandırıl­mışdır.

Rus imperializmi və fars şövinizmi tərəfindən tətbiq edilən assimiliyasiya siyasəti nəticəsində Xalqımızın qaymaq hissəsi sayılan düşünən beyinləri, vuran qolları məhv edilmiş, soyqırımlara, repressiyalara, sürgünlərə məruz qalmış, tariximiz unutdu­rulmuş, dəyişdirilmiş, dilimiz, adət-ənənələrimiz aşağılanmış, qadağan edilmiş, Quzeydə dinimiz qadağan olunmuş, daim basqıya məruz qalmış, iqtisadi ayrıseçkilik aparılmış,təbii sərvətlərimiz istismar edilərək talan edilmiş, bir çox ərazilərimiz ekoloji terrorla üzləşmiş, tarixi torpaqlarımız qonşu dövlətlərə peşkəş edilmişdir.

Bu dövr ərzində isə İrəvanın, Dərbəndin, Borçalının itirilməsi, eyni zamanda digər Türk Dövlətlərinin bugünkü durumda olması da rus işğalının tərkib hissəsidir.

Bütün bunlarla barışmayan mübariz xalqımız hər zaman rus imperializminə və fars şovinizminə qarşı mübarizə aparmışdır. Təkcə ötən əsrdə 5 dəfə mübarizəyə qalxan xalqımız, bunun 4-də dövlət qurmağa nail olmuşdur. Qurulan 4 dövlətdən 3-ü Dünya gücləri tərəfindən süquta uğradılsa da sonda Xalqımız öz tarixi torpaqlarının 1/6 də olsa da Müstəqil Dövlətini - Azərbaycan Respublikasını qurub, yaşada bilmişdir.

Bununla barışmayan Rusiya öz təcavüzkar siyasətindən davam etdirərək, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində öncə Xalqımızın Azadlıq eşqini boğmağa çalışmış, bacarmadığı halda ötən əsrin əvvəllərində olduğu kimi, tarixi Azərbaycan torpaqlarında yaratdığı Ermənistan dövlətinə hərbi-siyasi-iqtisadi dəstək verərək, Azərbaycan torpaqlarına qarşı birlikdə silahlı təcavüz etmiş, bir daha ərazilərimizi işğala məruz qoymuşdur.

Bu işğalda Rusiyanın adı çəkilməsə də 1992-1993-cü illər ərzində Azərbaycana qarşı olan təcavüzün genişlənməsi ilə bağlı BMT TŞ sədrinin 6 bəyanatında, eləcə də TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyini bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması tələbi əks olunmuşdur.

Forum BMT TŞ-nın üzv dövlətlər olan ABŞ, Rusiya və Fransanın eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri olmasının, işğal olunan torpaqların əslində Rusiyanın nəzarətində qalmasının Azərbaycanın Dövlət maraqları ilə ziddiyyət təşkil etdiyi qənaətinə gəlir, buna görə də Minsk Qrupunun həmsədrliyində Azərbaycanın bu müstəvidə hüquqlarını qoruya biləcək dövlətin - Türkiyənin Rusiyanı əvəzləməsini daha məqsədə uyğun sayır.

Forum Qarabağın azad olunmasını, Rusiya-Ermənistan alyansının təcavüzünün dayandırılması və bu təcavüzün nəticələrinin aradan qaldırılmasını Azərbaycan Milli Azadlıq Hərəkatının tərkib hissəsi sayır və bu savaşda Azərbaycanın qalibiyyətinin təmin edilməsini Azərbaycan Milli Azadlıq Hərəkatının əsas məqsəd, vəzifə və strateji hədəflərindən biri kimi irəli sürür.

Forum bildirir ki, Qarabağın azad edilməsi məqsədinə xidmət etmək, bunun uğrunda, o cümlədən vətəndaşı olduğu dövlətin iqtidarlarının bu sahədə olan siyasətinə təsir göstərmək formasında fəaliyyət göstərmək harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq hər bir Azərbaycan Türkünün milli vəzifəsidir. Hər bir azərbaycanlı bilməlidir ki, Qarabağın işğaldan azad olunması uğrunda mücadilə təkcə 10 milyonluq Azərbaycan Respublikası vətəndaşı üçün yox, bütün 50 milyonluq Azərbaycan Türkü üçün milli mücadilədir, milli savaşdır, milli namus, milli şərəf məsələsidir.

Bununla əlaqədar Forum iştirakçıları on milyonlarla Azərbaycan Türkünün yaşadığı indiki İran İslam Respublikası (İİR) iqtidarının Qarabağ məsələsinin həllində prinsipial mövqe tutmadığını, Ermənistanla dostluq və əməkdaşlığını, Azərbaycanın dostlarının deyil Ermənistana havadarlıq edən beynəlxalq güclərin sırasında yer almasını qeyd edir və pisləyir.

Forum hesab edir ki, İİR-da Azərbaycan Türkləri tərəfindən Ümummilli Qarabağa Azadlıq Hərəkatını başlamalarının vaxtı gəlib çatmışdır. Eyni vəzifə Avropada, Amerikada, Rusiyada, dünyanın hər yerində yaşayan Azərbaycan Türkləri qarşısında da ən ciddi şəkildə dayanır.

Forum bütün Azərbaycan Türklərini Qarabağ ideyası ətrafında birləşməyə, əməkdaşlıq etməyə, təşkilatlanmağa dəvət edir və qərara alaraq bu məqsədlə Ümumdünya Qarabağ Qurultayının keçirilməsini daha məqsədə uyğun sayır.

l Bütöv Azərbaycan Forumu
Bakı şəhəri - 13.04.2019-cu il


Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən
I Bütöv Azərbaycan Forumunun şovinist İran rejiminə qarşı

BƏYANATI


100 ilə yaxındır ki, xarici güclərin dəstəyi ilə Qacarlar dövlətində hakimiyyəti ələ keçirmiş şofinist fars rejimi ölkənin reyri-fars xalqlarına, o cümlədən ölkə əhalisinin yarısından çoxunu təşkil edən türklərə qarşı assimilyasiya - farslaşdırma siyasəti aparır. Dünyanın elə bir ikinci dövləti yoxdur ki, orada ölkə əhalisinin yarısından çoxunu təşkil edən, sayı 10 milyonlarla olan bir xalqın dili rəsmi statusa malik olmasın. Türk dili İranda nəinki rəsmi statusa malik deyil, hətta bu dildə ibtitai və orta tədris belə aparılmır, bu da azmış kimi türk dili bu ölkədə bir dil kimi də orta və ali məktəblərdə tədris olunmur. Farslaşdırma siyasətinə qarşı çıxan, öz milli haqları uğrunda mübarizə aparan fəallar isə bu ölkədə ən sərt repressiyalara və işgəncələrə məruz qalırlar. 1925-ci ilə, yəni fars şovinizmi hakimiyətə gələnə qədər bu ölkədə türk süalələrinin çoxəsrlik hakimiyyəti dövründə isə fars dili nəinki yasaqlanmamış, hətta bu dilin yazılı və şifahi nitqdə istifadə olunmasına və inkişafına geniş şərait yaradılmışdır.

Bir əsrə yaxın aparılan farslaşdırma siyasətinə rəğmən bu gün İran dövlətində qeyri fars xalqları, o cümlədən əhalinin yarıısından çoxunu təşkil edən türklər öz dillərini, milli varlıqlarını əsasən qoruyub saxlaya bilmişlər. Lakin hazırkı informasiya texnilogiyalrı əsrində belə yasaqlar alında yaşamaqla həmin xalqlar öz milli varlıqlarını tamamı ilə itirmək təhlükəsi qarşısındadırlar.

İran rejimi iqtisadi məsələlərdə də ayrıseçkilik siyasətini həyata keçirir, türklərin yaşadığı bölgələrdə əhalinin rifahının aşağı olmasına qəsdən şərait yaradır. Urmiya gölünün qurudulması buna əyani misaldır.

Göründüyü kimi, bu gün İran dövlətində dünyada analoqu olmayan milli zülm və ədalətsizlik hökm sürməkdədir. Biz - Forum iştirakçıları İran dövlətində öz milli və siyasi haqları uğrunda şovinist rejimə qarşı fədakarcasına mübarizə aparan milli hərəkata dəstək olduğumuzu bildirir, siyasi mövqeyindən və peşəsindən asılı olmayaraq Azərbaycan Respublikasında və xaricdə yaşayan bütün həmvətənlərimizi bu yolda vahid mövqedən çıxış etməyə çağırırıq.
I Bütöv Azərbaycan Forumu keçirilib
I Bütöv Azərbaycan
Forumu

Bakı, 13.04.2019.

Gilə ƏLİQIZI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan, Siyasət
Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

YAP
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət

"Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi"

Cənubi Azərbaycan
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında  AZƏRBAYCA ...

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCA ...

Azərbaycan, Rəsmi Xəbərlər, Milli Məclis, Gürcüstan, Hüquq, Diaspora
Həbib Mirzəyev:

Həbib Mirzəyev: "Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdillikl ...

Qarabağ, AzTU
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

"Mən Şirvanın səsiyəm", Siyasət
Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imka ...

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imka ...

Məktəblər, Köşə yazılar
Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Qarabağ, Borçalı
Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

QHT
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
PRİNSİPSİZLİYƏ QARŞI  AZƏRBAYCAN PRİNSİPİALLIĞI

PRİNSİPSİZLİYƏ QARŞI AZƏRBAYCAN PRİNSİPİALLIĞI

Zalqa, Siyasət, Köşə yazılar
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

Yeni nəşrlər, Humanitar elmlər
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Rəy yazın: