Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb Rusiya, Diaspora 26 апреля 2019 Moskvanın Erməni Gəncləri Assosiasiyası, Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı"na həsr olunan fləşmob formatında keçiriləcək aksiya barədə sosial şəbəkələrdə məlumat yayıb və gəncləri həmin aksiyaya qoşulmağa dəvət ediblər.Aksiyanın Moskvadakı Erməni Apostol Kilsəsi ərazisində keçirilməsi planlaşdırılıb və bununla bağlı Moskva hökumətindən razılığın alındığı qeyd olunub.ZiM.Az Olaylar.az-a istinadən bildirir ki, Aksiyanın reklam bukletində Qarabağ və Naxçıvan Ermənistan əraziləri kimi göstərilib.Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon, Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı altında təqdim edilib.Aksiya barədə məlumat əldə edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyi, "Moskvanın Azərbaycan İcması" ictimai təşkilatı, Perm Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti, Orenburq Azərbaycanlılarının Milli Konqresi və digər Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Prezidentinin Administrasiyasına, Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsinə və digər güc strukturlarına sözügedən təxribatla bağlı müraciət ünvanlayıblar. Müraciətdən sonra aksiyanın keçiriləcəyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Erməni diasporuna fləşmob keçirmək üçün icazə verilməyib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.