Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı 2017-ci il mayın 15-də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qaşılanmışdır.

Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan birinin ləğvi barədə iddianı təmin etmiş və bununla da ədalətsizliyə yol vermişdir.

Dövlət Komitəsi Rusiyada və dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə əsaslanaraq, bir daha bəyan edir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir.

Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.

Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələrinin narahatlığını nəzərə alaraq, bir daha vurğulamağı vacib bilirik ki, ÜAK ətrafında bir neçə aydır davam edən proseslərin təhlili, müxtəlif mənbələrdən əldə olunmuş informasiyalar təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayandığı şübhəsini yaratmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər.

Dövlət Komitəsi ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, habelə diaspor fəallarının etirazını anlayışla qarşılayır, indiki həssas məqamda qərarın məsuliyyətinin ayrı-ayrı şəxslərin, dövlət

qurumlarının, habelə ÜAK rəhbərliyinin üzərinə qoyulmasının doğru olmadığını diqqətə çatdırmağı vacib hesab edir. Ümumrusiya Azərbaycan Konqresinin bütün qurultayları, toplantıları Rusiya Federasiyasının müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə həyata keçirilmişdir. ÜAK-ın rəhbərliyinə bütün seçkilərdə Rusiya ictimaiyyətinin, siyasi elitasının tanıdığı, qəbul etdiyi nüfuzlu şəxslərin namizədliyi irəli sürülmüşdür. Buna görə də məhkəmənin qərarında göstərilən əsasların tam subyektiv və qeyri-adekvat olması barədə rəy bildirmək üçün ciddi əsaslar vardır.

Məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaqdır. ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaqdır.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Borçalı, Rusiya, Diaspora
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Orta Asiya, Rusiya, Diaspora
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Rusiya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Rusiya, Diaspora
Azərbaycan Mətbuat Şurasının bəyanatı

Azərbaycan Mətbuat Şurasının bəyanatı

MEDİA
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
Azərbaycan diasporu ciddi seçim qarşısındadır

Azərbaycan diasporu ciddi seçim qarşısındadır

Rusiya, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında  AZƏRBAYCA ...

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCA ...

Azərbaycan, Rəsmi Xəbərlər, Milli Məclis, Gürcüstan, Hüquq, Diaspora

"Təfəkkür”ün tələbələri başqa universitetlərə köçürüləcək – Nazirlikdən A ...

Nazirlik
Qubernatorun müşaviri Vaqif MƏMİŞOV:

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin ...

Ağbulaq, Rusiya, Diaspora
Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Rusiya, Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Rəy yazın: