Həkim Nemət İsgəndərov dünyasını dəyişib Qərbi Azərbaycan, Nekroloqlar 30 января 2024 2783 100 1 2 3 4 5 ALLAH RƏHMƏT ELƏSİN...Bu günlərdə Gığı elinə ağır itki üz vermişdir. Gözəl insan, mehriban ailə başçısı, səmimi qonşu, peşəkar həkim Nemət Topuş oğlu İsgəndəndərov 27 dekabr 2023-cü ildə vəfat etmişdir.İsgəndərov Nemət Topuş oğlu - 20 avqust 1955-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində anadan olmuş, orta təhsilini Gığı kənd orta məktəbində aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, həmin universiteti 1980-ci ildə bitirərək həkim-terapevt ixtisası üzrə ali təhsil almışdır. O ilk həkimlik fəaliyyətini Zəngilan rayonunda başlamış, 1984-cü ildən isə Bakı şəhərinə köçərək həkimlik fəaliyyətini Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Birləşmiş şəhər xəstəxanasında davam etdirmişdir. Həkim Nemət İsgəndərov ailəli olmuş, həyat yoldaşı və iki övladı həkim, bir övladı isə müəllimədir.27 dekabr 2023-cü ildə həkim Nemət İsgəndərov vəfat etmişdir. Allah əhmət eləsin.Gözəl insan, mehriban ailə başçısı, səmimi qonşu, peşəkar həkim Nemət Topuş oğlu İsgəndəndərovun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır. Hörmətlə, Gığı elinin Çaylaq məhəlləsindən qonşusu Bəhruz Bağman oğlu Piriyev.KƏNDİMİN...Oymaq-oymaq gəzmişəm,Dağlarını kəndimin.Qucaq-qucaq yığmışam,Meyvəsini bağların.Uşaqlığım şən keçib,Dərdim, sərim olmayıb,Gəncliyim, orda qalıb,İndi heç nə qalmayıb.Gözüm var, dağların sərt qayasında,Qartalın fatehlik iddiasında,Armud gizlətmişdim, ot tayasında,Yaxşı bax, dəymişi kalı necədir?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.