Diasporla İş üzrə Dövlət Komitəsinin 16 yaşı tamam olub Dünya » Diaspora 5 июля 2018 2018-ci il İyulun 5-i Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümüdür.Bu münasibətlə Komitədə tədbir keçirilib.Əvvəlcə Komitənin kollektivi Fəxri Xiyabanda Ümummilli ider Heydər Əliyevin xatirəsini yad edərək məzarı üzərinə əklil və gül dəstələri qoyublar. Daha sonra oftolmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib və üzərinə gül dəstələri qoyulub.Komtənin birinci mərtəbəsində ümummilli liderin büstünün qarşısına gül dəstələrinin qoyulması və yeni yaradılmış Heydər Əliyev guşəsinə baxışla davam etdirilən tədbirdə diaspor nümayəndələri, mətbuat və televiziya nümayəndələri, eləcə də dəvət edilmiş qonaqlar iştirak etmişdir. Dövlət himni səsləndirildikdən sonra, tədbiri giriş sözü ilə Komitənin sədri Fuad Muradov açaraq, diaspor sahəsində dövlət siyasəti, bu istiqamətdə görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və gələcək planlar barədə iştirakçılara məlumat verib. O, qeyd edib ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə xaricdə yaşayan diasporumuza nəfəs verən Dövlət Komitəsini yaradıb. On altı il əvvəl yaradılan bu komitə dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.Fuad Muradov Prezident İlham Əliyev tərəfindən diaspor fəallarına, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinə böyük diqqət və qayğı göstərildiyini söyləyib. Qeyd edib ki, bu gün ölkədə həyata keçirilən islahatlar bütün istiqamətlərdə olduğu kimi, diaspor fəaliyyətində də çox böyük vüsət alıb.Komitə sədri iki ay yarım ərzində görülən işlər, etdiyi səfərlər və xaricdəki azərbaycanlılarla keçirdiyi görüşlər barədə hesabat verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib.Sonra Komitənin yeni loqosunun, yenilənmiş veb saytının, ilk dəfə hazırlanmış infoqrafik diaspor xəritəsinin təqdimatı keçirilib.Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Tədbirdə, eyni zamanda, diaspor hərəkatını xarakterizə edən bir neçə videorolik nümayiş etdirilib.Daha sonra dövlət başçısının müvafiq sərəncamı ilə təltif olunan diaspor nümayəndələrinə - Misirdəki Azərbaycan Diasporunun rəhbəri Nəsirov Seymur Rəhim oğlu, Moskva şəhər Hüquq Mərkəzinin Vəkillər Kollegiyasının üzvü Qarayev Ələkbər Qara oğlu və Amur vilayətindəki Azərbaycan icmasının üzvü Əsgərov Məhəmməd Xəlil oğluna “Tərəqqi” medalları təqdim edilib.Tədbirdə o da bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin himni də hazırlanıb.Tədbir akademik Rəfael Hüseynovun sözləri əsasında professor Faiq Sücəddinov tərəfindən bəstələnmiş həmin yeni “Diaspor himni”nin səsləndirilməsi ilə başa çatıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.