Yeni Zelandiyada soydaşımız parlament seçkilərində iştirak edəcək Dünya » Diaspora 9 сентября 2017 Yeni Zelandiyada yaşayan dəyərli soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq. ZiM.Az xəbər verir ki, T.Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb.Qeyd edək ki, 22 ildir Yeni Zelandiyada yaşayan Tofiq Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb, Açıq Politexnik İnstitutunun məzunudur. 1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupununun sahibi olan həmyerlimiz siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü kimi başlayıb.T.Məmmədov 2014-cü ildə keçirilmiş parlament seçkilərində də iştirak edib.Biz də dəyərli soydaşımız Tofiq Məmmədova yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.