SAF – İsveç-Azərbaycan Assosiasiyası ölkəmizi uğurla təmsil edir Avropa, Diaspora 1 октября 2018 30 minə yaxın azərbaycanlının yaşadığı İsveçdə coğrafiyası, hədəf və proqramları ilə fərqlənən müxtəlif diaspora təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlardan biri də ötən ilin fevral ayından etibarən fəaliyyət göstərən SAF Assosiasiyasıdır.Bu təşkilatın əsas məqsədi İsveçin paytaxtı Stokholmda yaşayan azərbaycanlıların icmasını birləşdirmək, həmvətənlərimizin milli kimiliyini qoruyub saxlamaqla, İsveç cəmiyyətini Azərbaycanın mədəniyyəti və ənənələri ilə tanış etməkdir.Asossiasiyanın rəhbəri Sevda Dadaşovanın sözlərinə görə, qeyri-kommersiya təşkilatı olan SAF 200-dən çox insanı birləşdirir və “Vətəndən uzaq olsaq da, o, hər zaman qəlbimizdədir” şüarı ilə fəaliyyət göstərir: “SAF-ın müntəzəm olaraq təşkil etdiyi müxtəlif tədbir və görüşlərdə Azərbaycandan olan qonaqlar – rəsmi şəxslər, ictimai xadimlər, incəsənət nümayəndələri iştirak edir”.O, Azərbaycan icmasının İsveç cəmiyyətinə inteqrasiyası ilə bağlı mütəmadi olaraq seminarların keçirildiyini, milli bayramlarımız və xüsusi günlərlə bağlı təntənəli tədbirlərin təşkil edildiyini, eləcə də böyüklər və uşaqlar üçün “BAKU land” adlı təlim-tədris kurslarının fəaliyyət göstərdiyini qeyd edib.S.Dadaşova onu da bildirib ki, Assosiasiyanın ilk tədbiri 2017-ci ilin mart ayında baş tutub. Novruz bayramına həsr olunmuş mərasimə 500-ə yaxın qonaq qatılıb.Hazırda SAF-ın İsveçdə fəaliyyət göstərən digər təşkilatlarla da yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Assosiasiyanın rəhbəri bu əlaqələrin Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən də dəstəkləndiyini qeyd edib.Nərgiz QƏHRƏMANOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.