Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək 2018-ci il Fevral ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək. Bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır.

ZiM.Az xəbər verir ki,
AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılması məqsədinə xidmət edir.

İcraiyyə Komitəsinin qərarında vurğulanır ki, son dövrlərdə baş verən bir sıra iqtisadi və siyasi proseslər Avropada diaspor və lobbi quruculuğu işinin daha da təkmilləşdirilməsini, beynəlxalq təşkilatlar, yerli kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsini zərurətə çevrimişdir. İcraiyyə Komitəsi hesab edir ki, 2018-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti ili elan olunması, habelə 1918-ci il 31 mart soyqırımının yüzilliyinin tamam olması ilə əlaqədar diaspor təşkilatları daha fəal, effektiv təbliğat işi aparmasına ehtiyac yaranmışdır. "Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi haqqında" 2018-ci il 10 yanvar tarixli Sərəncamına müvafiq olaraq, Avropanın müxtəlif ölkələrində təntənəli şəkildə silsilə tədbirlərin qeyd edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi AAK-ın 2018-ci il üçün fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Avropa ölkələrində daha genş miqyasda qeyd olunamsı, dövlətçilik tariximizin və siyasi irsimizin tanıdılması, 1918-ci ildə azərvaycanlılara qarşı törədilmiş soyqırım faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün AAK daha çevik struktura malik olmalı, üzv təşkilatlar arasında əlaqələndirmə işi gücləndirilməlidir".

Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının Amsterdam şəhərində keçirilməsi planlaşdırılır.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Erməni cinayətlərinə son qoyulması ümumbəşəri vəzifədir

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Söyün Sadıxov

Söyün Sadıxov "Azərros"-un prezidenti seçilib

Qarayazı, Rusiya, Diaspora
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib

Əsas xəbər, Azərbaycan, Diaspora
Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi ...

Professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi ...

Qarabağ, BDU, Hüquq, Dünya
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Dünya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Diaspora
Avropa Azərbaycanlıları Konqresinin rəhbəri miqrant probleminin həllində da ...

Avropa Azərbaycanlıları Konqresinin rəhbəri miqrant probleminin həllində da ...

Diaspora

"Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müas ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan azərbaycanlıları Fevralın 8-i saat 14-də Tiflisdə Gürcüstan Parla ...

Gürcüstan, Tiflis, Siyasət, Diaspora
Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Rəsmi Xəbərlər, Diaspora
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
Rəy yazın: