Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub Avropa, Diaspora 20 января 2017 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Ukrayna mətbuatında bu hadisələrlə bağlı geniş material yayımlanıb. Yerli versii.com saytında “Cinayətlərə görə Nobel mükafatı: ikiüzlülük yoxsa kinayə?” adı ilə yayımlanan məqalənin müəllifi Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyevdir. ZiM.Az xəbər verir ki, məqalədə SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov və onu Nobel mükafatına layiq görənlər tənqid olunur. Bildirilir ki, keçmiş sovet respublikalarında Qorbaçovun idarəçiliyinin acı nəticələri hələ də hiss olunmaqdadır. Yazıda Qazaxstan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Litva və Latviyada, o cümlədən Azərbaycanda əli qana bulaşmış rəhbərin günahı üzündən baş verən münaqişələr, hərbi əməliyyatlar xatırladıılr. Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və daha sonra baş verən faciəli hadisələr haqqında yerli oxuculara geniş məlumat verən müəllif həmin günün Azərbaycan tarixinə qara hərflərlə yazıldığını qeyd edir. A.Quliyev həmin dövrdə baş verənləri eyni zamanda Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi kimi təqdim edir. Sonda bildirilir ki, heç bir ideoloji fikir ayrılıqları, mövqe və maraqların toqquşması, ambisiyalar günahsız xalqın həyatı hesabına həll olunmamaılıdı.Qeyd edək ki, 1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev “Ukrayna Azərbaycanlılarının Elmi Şurası”nın sədri, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin (KMAU) professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər Akademiyasının akademikidir. Arif Quliyev dəfələrlə Ukrayna elminə və Azərbaycan-Ukrayna əlaqalərinə verdiyi töhfələrə görə müxtəlif mükafatlara layiq görülüb.ZiM.Azhttp://versii.com/news/359326/. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.