AMERİKADA YAŞAYAN DƏYƏRLİ SOYDAŞIMIZ, BAŞKEÇİDLİ AKADEMİK, GÖRKƏMLİ ALİM - Əli Həsən oğlu Nəsibov (1942) Amerika, Diaspora, Başkeçid 11 октября 2023 2254 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..Əli Həsən oğlu Nəsibov - 1942-ci il dekabrın 25-də qədim Borçalı mahalının əsrarəngiz guşələrindən olan Başkeçid (indiki Gürcüstanın Dumanisi) rayonundakı Yuxarı Bəzəkli kəndində anadan olub. 1959-cı ildə Dmanisidə orta təhsilini rus dilində başa vuraraq, Bakıya gəlib. 1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika-metalurgiya fakültəsində oxuyub, mühəndis ixtisasına yiyələnib. Sonra bir il hərbi xidmət keçib. 1967-1969-cu illərdə bitirdiyi Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) metalların texnologiyası və metalşünaslıq kafedrasında asissent işləyib. 1969-cu ilin sonunda Moskvada İ.P.Bardin adına Qara metalurgiya üzrə Ümumittifaq Mərkəzi Elmi Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunub. 1970-1973-cü illərdə orada oxuyub. 1973-1989-cu illərdə həmin institutun, lobaratoriyalarının birində qrup rəhbəri, 1989-1999-cu illərdə isə Rusiya Federasiyası Elm və Texnologiyalar Nazirliyində baş mütəxəsis vəzifələrində çalışıb. Eyni zamanda, Moskva Axşam Metalurgiya İnstitutunun professoru olub.Əli Nəsibov 1974-cü ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1995-ci ildə Rusiya Federasiyası Təbii Elmlər Akademiyasının müxbir üzvü, 1996-cı ildə isə həqiqi üzvü seçilib. Rusiya Federasiyası Təbii Elmlər Akademiyasının akademiki Əli Nəsibov 1998-ci ildə Rusiya Fedarasiyasının Nazirlər Sovetinin mükafatı ilə təltif edilib.Akademiki Əli Nəsibov 1999-cu ildə ABŞ hökumətinin xüsusi dəvəti ilə Nyu-Yorka köçüb. Bir müddət Nyu-Yorkda texniki kollecdə işləyib, sonra şirkətlərin birində çalışıb. 2009-cu ildə səhəti ilə əlaqədar təqaüdə çıxıb.Deyir ki, - "Amerikaya gəlmək istəyənlər ilk növbədə ingilis dilini yaxşı öyrənsinlər. Çalışsınlar ki, buraya gələndən sonra heç olmasa kolleclərdən birini bitirsinlər ki, gələcək həyatlarında yiyələndikləri ixtisasa uyğun iş tapa bilsinlər. Necə deyərlər, dikbaş yox, diribaş olsunlar. Xalqımızın yüksək mədəniyyətə qadir olduğunu burada nümayiş etdirməyi bacarsınlar"…Azərbaycan üçün çox darıxır. Evində iki televizor var, hər biri Azərbaycanın 12 telekanalını tutur. Demək olar ki, ancaq həmin telekanallardan yayımlanan verilişləri izləyir. Akademik Əli Nəsibov ictimai işlərdə də həmişə fəal olub. 2004-cü ildə təsis olunan "Azərbaycan Nyu York Asossasiyası"nı bir müddət idarə də edib. Azərbaycanla bağlı xeyli tədbirlər məhz onun rəhbərliyi altında keçirilib…...Akademik Əli Nəsibov həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Mahirə Nəsibova Moskvada Tibb inistitunu bitirib. İxtisasca həkimdir. Hazırda Nyu-Yorkdakı orta məktəblərin birində çalışır. Üç övladları var, iki oğlan, bir qız… Biz də harada yaşamasından asılı olmayaraq xalqımıza həmişə başucalığı gətirən, ana vətənimizi canından əziz bilən, uzaq Amerikada daima Azərbaycanla, ulu Borçalımızla, doğma Başkeçidimizlə nəfəs alan, dəyərli soydaşımız, görkəmli alim, ağsaqqal akademik Əli Həsən oğlu Nəsibova uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!…Müşfiq BORÇALI,ZiM.AzBax: Müşfqi Borçalı. "Sazlı-Sözlü Başkeçid". I cild. Bakı, 2015-ci il, səh. 124-126.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.