Vüqar Mustafayev Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib Dünya, Orta Asiya 24 апреля 2024 2219 100 1 2 3 4 5 2024-cü il aprelin 24-də müdafiə sənayesi naziri Vüqar Mustafayev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib.Qonağı salamlayan Vüqar Mustafayev Azərbaycan və Özbəkistan arasında yüksək səviyyədə dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin olduğunu, müxtəlif sahələrdə uğurlu əməkdaşlıqların mövcudluğunu vurğulayıb. O, bu əlaqələrin günü-gündən gücləndiyini, xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndiyini bildirib.Nazir Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.Səmimi qəbula görə təşəkkürünü bildirən Bəhrom Aşrafxanov artan tərəfdaşlığın, yüksək səviyyəli əlaqələrin məmnunluq doğurduğunu vurğulayıb.Son illərdə Azərbaycanın müdafiə sənayesinin inkişafına diqqət çəkən səfir bunun gələcəkdə hərbi-texniki sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yüksək şərait yaratdığını bildirib. O, diplomatik fəaliyyəti dövründə bundan sonra da Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini deyib.Görüşdə hər iki tərəfi maraqlandıran müxtəlif mövzular ətrafında fikir müdadiləsi aparılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.