Misirdə 20 Yanvar şəhidləri anılıb Dünya, Diaspora 20 января 2018 Misirdə yaşayan azərbaycanlılar Azərbaycan Səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçiriblər. Tədbirdə Səfirliyin əməkdaşları, diaspor nümayəndələri, Qahirə şəhərində yaşayan alan həmvəntlərimiz iştirak edib.Anım mərasimini giriş sözü ilə açan Azərbaycanın Misirdəki fövqəladə və fəlahiyyətli səfiri Tural Rzayev 28 il bundan əvvəl Azərbaycanda Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb, ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu cinayətə qarşı cəsur və mətin mövqe nümayiş etdirdiyini vurğulayıb.Sonra Misirdəki “Vətənpərvər” – Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək 20 Yanvar faciəsi ilə əlaqədar xatirələrindən söhbət açıb, harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşımızın Azərbaycanın haqq səsini xaricdə yaymasının və ölkəmizin milli maraqları naminə fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, səfirlikdə 20 Yanvar faciəsini əks etdirən fotostendlərlə tanış olublar. Daha sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.20 Yanvar faciəsi ilə əlaqədar xəbərlər Misirin Yaxın Şərq Xəbərlər Agentliyində, nüfuzlu və yüksək tirajlı qəzetlərində çap olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.