Dünya Azərbaycanlıları Assambleyası BƏYANAT yayıb: Dünya, Diaspora 7 сентября 2017 Lobbi maraqlarının sifarişçisi olan təşkilatın ölkəmizə qarşı kampaniyasını soydaşlarımız ciddi etirazla qarşılayıbZiM.Az xəbər verir ki, Avropada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyası “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin "hesabatı" ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda qeyd edilir ki, beynəlxalq hüququ, bütün beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanatlarını ayaqlar altına atan işğalçı Ermənistan hakimiyyətini müxtəlif adlar altında qorumağa çalışan bəzi qüvvələr hədəfi saptırmağa, diqqəti digər istiqamətlərə yönəltməyə cəhdlər edirlər.Avropadakı soydaşlarımız hesab edir ki, OCCRP adlanan təşkilatın növbəti addımının da məhz bu səylərin tərkib hissəsi olduğunu hazırlanan bu tipli "araşdırma"lardan görməmək mümkün deyildir. Assambleya üzvlərinin fikrincə, bu gün Arakanda dünyanın gözü önündə insanlıq dramı yaşanırkən, Yəməndə, Somalidə insanlar su, qida, tibbi ehtiyaclarını qarşılaya bilmədiyindən fəlakətlə üz-üzəykən, Suriya, İraq, Əfqanıstanda günahsız sivil insanlar qətl edilirkən, dünyanın gözü qarşısında Dağlıq Qarabağ boyda haqsızlıq varkən müxtəlif qurumların bu tipli "araşdırma"larının məqsədi aydındır: “Bu tip "araşdırma"ların erməni lobbisi tərəfindən idarə olunduğunu sadə bir faktla sübut etmək mümkündür. Təsadüfi deyildir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir, eyni zamanda "Guardian"da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs də var”.Diaspor təşkilatı hesab edir ki, bu cür qərəzli kampaniyalar Azərbaycanı öz prinsipial mövqeyindən çəkindirməyəcək: "Özlərini demokrat, ədalət carçısı, hüquq müdafiəçisi elan edən bəzi dövlətlərin alovlandırdığı, Tunis, Misir, Liviya, Suriyada, İraq, Əfqanıstan və bir çox ölkələrdə bərqərar etdikləri "demokratiya" sizlərə dərs olmadımı?! Unutmaq lazım deyil ki, bu "yazı" çap olunan ölkələrdən birinin (Danimarka) mətbu orqanların bir neçə il öncə, milyonlarla inanclı insanların sevgi və hörmət bəslədiyi Məhəmməd peyğəmbəri təhqir etməkdən, inanclı insanların hissiyyatı ilə oynamaqdan belə çəkinməmişdilər. Bununla bağlı yüz minlərlə insan etiraz etsə də yazıların müəllifləri "söz azadlığı" pərdəsi altında dəstəklənmişdilər. Diaspor təşkilatı hansısa qaranlıq dairələr tərəfindən maliyyələşdirilən bu cür qurumların "araşdırmasını" mənfur erməni lobbisinin növbəti gedişi hesab etdiyini vurğulayıb. "Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar adından narahatlığını bildirərək bəyan edirik ki, bu təşkilatla bağlı araşdırmalara başlayıb belə addımların əsl sifarişçilərini ortaya çıxaracağıq.” - deyə bəyanatda bildirilir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.