Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti

Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti Azərbaycan xalqı hər zaman qəhrəman oğullar yetirib.Bu oğullarımızın qəhrəmanlığı, nəinki Azərbaycan xalqına, bütün dünyaya səs salıb. Deyirlər ki, "Qəhrəmanlar unudulmur". Bugün mən milli qəhrəmanlarımızdan deyil, öz qəhramanımdan bəhs edirəm.
Hər bir qızın qəhrəmanı onun öz atasıdır!Atam Qasımov Qüdrət İbrahim oğlu 4 yanvar 1967-ci ildə dünyaya göz açmış, 4 yanvar 2006-cı ildə Həcc ziyarətinə getmiş, 4 yanvar 2022-ci ildə sübh azanında haqq dünyasına qovuşub. Cənazəsi məscidə aparılarkən zöhr azanı səslənib. Allaha bağlı, etiqadlı olduğu üçün tanrının ona bəxş etdiyi ömründəki, təsadüflər də qəribədir. Bax belə bir insan idi mənim atam!

Atam mənim əlimdən tutub yazmağı örgədən ilk müəllimimdir. O, bizə yazmağı və oxumağı örgətməklə yetinmədi. Öz inanclarını bizə də aşıladı. Öncə ALLAHı sevməyi, namaz qılmağı, oruc tutmağı, halal zəhmətlə pul qazanmağı, həyatın hər cür çətinliklərinə sinə gəlməyi, dürüst olmağı, vətənpərvər ruhda böyüməyi, vətəninin hər bir daşını sevməyi, xalqına layiqli övlad olmağı örətdi.
Atamdan bəhs edərkən şirin xatirələr gözümün önündə canlanır. İlk dəfə əlimdən tutub məktəbə aparmağı, namaz qılmağı öyrətməyi, hər saniyəsi böyük xoşbəxtliklə dolu keçən gəzintilər, universitete qəbul olduğum xəbərinin eşidəndə gözlərində sezdiyim o fərəh hissi və s...Heyif ki xoşbəxtliyim 20 il çəkdi...
Bu gün 55 illik ömür yolu olan, qəhrəmanımsız keçən 55 gündür.Dildə asandır 55 gün demək, qəlbə isə ağırlıq verir bu 55 gün.
Hər səhər yuxudan ayılanda tez yan otağa keçirəm, sanki atamı tapacaqmış kimi, axşam tərəfi pəncərədən boylanıram. "Aha, indi mənim də atam gələcək işdən", - yenə də eyni ümidlə gözlərimi qapıdan çəkmirəm, atam gələr deyə...
Lakin olmur...Atamı nə yan otaqda, nə pəncərədən boylandığım məhəlləmizdə, nə də hər dəfə döyülərkən, qəlbimdə kəpənəkləri uçurdan qapımızı açanda tapa bilmirəm. Sonra çarəsizcə, əlimdə bir dəstə gül qəbristanlığa-atamı ziyarət etməyə gedirəm. Yenədə tapa bilmirəm...tapdığım sadəcə qara mərmərin üzərinə vurulmuş atamın şəkilidi...
Başa sala bilmədim deyəsən???
Mən atamın şəkilini yox atamın özünü istəyirəm!
Atasızlıq necədir, bilirsiniz?
Siz onu atasız olanlardan soruşun.Onun yoxluğunda atam belə edərdi, atam bunu sevərdi, deməkdi. Atasız olmaq necədir bilirsiz? Mən deyim necədir, o olmaya- olmaya onu sevməkdir. Mən atamın qızıyam, - deməkdir.Sən atan xüsusiyyətdəsən dediklərində, fəxr etməkdir. Atasızlıq "Ata" sözünə həsrət qalmaqdır. Atasızlıq necədir, bilirsiz?Yatmağı sevməkdir, çünki yalnız yuxularında görə bilməkdir, atasızlıq. Atasızlıq yarı olmaqdır, həmişə bir boşluğu doldura bilməməkdir.Atasızlıq ad günündə ona gül alıb qəbir üstünə getməkdir, onun oldugu torpağa toxunub onu hiss eləməkdir. Ata söhbəti açılan kimi, söhbəti dəyişdirməkdir, - atasızlıq.Simasının gözlərinin önündən getməməkdir, - atasızlıq. Xatırlamaqdır, - atasızlıq.Atasızlıq sınıq qəlbdi, qəhərdi, bir problemlə üzləşəndə atam var deyə bilməməkdi...Nazını onun qədər kim çəkər ki, o çəkirdi qızımdı deyərək, bax budur onsuzluq. Bağrına basıb saçıma sığal çəkən əlləri axtarmaqdır atasızlıq. Atasızlıq əslində, atasız qalan andan böyümək deməkdir, uşaqlığını böyük kimi yaşamaq deməkdir.
Insan atası öləndə böyüyürmüş...Zahirən yox, daxilən! Tək qalırsan çunki, atasız qalırsan. Öldüsə böyüdün, deməkdi artıq, uşaglıgını böyük kimi yaşamağa başlayırsan. Atanın varlığında hiss etdiyin kölgəni dayağı,yoxluğunda hiss etməməyə başlayırsan... Bir böyük iz qalır yaddaşındamı...həyatındamı...yoxsa ürəyindəmi desəm doğru olar heç bilmirəm.Zamanla hər şey düzələcək deyirlər, heçnə düzəlmir, - sadəcə öyrəşirsən...bu qədər asan cümlə ilə çətinlik. Düşünürsən daşınırsan, ağlayıb boşalırsan. Amma nə fayda! Deyirlər, insan nə yaşında olursa, olsun həmişə uşaqdı atası üçün, düz deyirlər hələ də körpə kimi ehtiyacım var , atama.Yuxu gördüyündə sevinir insan, real olmasa da real yaşayır atanla keçen günlerin xatirində canlanır... yenilənir...
Fars rejisorununun qısa metrajlı filmi var: "Atamın 4 fəsil dəyişməyən ayaqqabıları". Bu qısa metrajlı film qısa olmağına baxmayaraq, böyük məna kəsb edir... Həqiqətəndə mən bütün uğurlarımı, 55 il ömür sürən atamın, 4 fəsil dəyişməyən ayaqqabılarına borcluyam...
Bir şairdən soruşmuşlar: "Niyə hər kəs haqqında şeir yazırsan, lakin ata haqqında yox"? Şair cavablamış: "Çunki atamı yazacaq qədər şair deyiləm!".Bağışla ata!mənim də qələmim sənin atalığından, şəxsiyyətindən, qəhramanlığından bəhs edəcək qədər güclü deyil!

Qəlbimə ömürlük dərdin çəkilməsindən, sübh tezdən ani bir qışqırıq səsindən sonra böyüməyimdən, çiynimə mənəvi yükün qoyulmağından, arxasız-dayaqsız keçən 55 gün...

Ayşən Qüdrətqızı.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Atasız dünyam

Atasız dünyam

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
VƏLİ TOMAYEV (1923-1964)

VƏLİ TOMAYEV (1923-1964)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Vətənin qeyrəti

Vətənin qeyrəti

UNUTSAQ, UNUDULARIQ!....
ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

Poeziya, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
O, ƏH BÖYÜK DAYAĞIM İDİ

O, ƏH BÖYÜK DAYAĞIM İDİ

UNUTSAQ, UNUDULARIQ!....
Ayşən Qüdrətqızı:

Ayşən Qüdrətqızı: "28 illik həsrətin 28 günlük sevinci"

Köşə yazılar
MƏDƏDİN NURU  (Böyük alim, Mədəd Çobanovun 80 illik yubileyinə)

MƏDƏDİN NURU (Böyük alim, Mədəd Çobanovun 80 illik yubileyinə)

Humanitar elmlər, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Mədəd Çobanov
Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Müsabiqə, Köşə yazılar
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

ŞƏHİDLƏRİMİZ, Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Qarabağ, Köşə yazılar
N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

Borçalı
Gənc İstedad Fəxri Əfrasiyabovun şeirləri

Gənc İstedad Fəxri Əfrasiyabovun şeirləri

"Şərqin səsi", Poeziya
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Sülh elçisi - mənim ANAM"

Nəsr, Köşə yazılar
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
XALƏDDIN RƏHİMOV  (1964)

XALƏDDIN RƏHİMOV (1964)

Poeziya, Müsabiqə
Ədəbi cameədə xaos var...

Ədəbi cameədə xaos var...

Ədəbi tənqid
Əşrəf müəllim, yubileyiniz mübarək!..

Əşrəf müəllim, yubileyiniz mübarək!..

Başkeçid, Təbriklər
Təranə Yusifqızının hekayələri

Təranə Yusifqızının hekayələri

Nəsr, Müsabiqə
Ülkər GİDNER: Atamdan dərs aldım, Anamdan öyüd..

Ülkər GİDNER: Atamdan dərs aldım, Anamdan öyüd..

Poeziya, Müsabiqə, Amerika
Rəy yazın: