Vətənin qeyrəti

Vətənin qeyrəti
Tahir Axundov,
Bakı şəhəri, İlyas Əfəndiyev adına
Elitar Giminaziyanın IX sinif şadirdi.



...Yurduma tapınır, xalqıma və ölkəmizin başçısı
cənab İlham Əliyevə güvənirəm!

(Milli ordunun şəhid polkovnik- leytenantı
Sənan Axundovun Bakı şəhər İ.Əfəndiyev adına
Elitar Gimnaziyanın IX sinfində oxuyan oglu
Tahir Axundov belə deyir)

Vətənpərvərlik mövzusunda esse yazmaq üçün atamın kitablarına müraciət etdim. Əslində, bu esseni yazmaq mənim üçün çətin deyildi. Həm atamın şəxsi nümunəsi, həm də oxuduğu kitablar köməkçim idi. Rəsul Rzanın “Seçilmiş əsərləri” əlimdə yazı masasının arxasına keçdim.” Vətən dedim” şeri diqqətimi çəkdi.

Mən Vətənin qoynundayam,
Vətən mənim qoynumdadır.
Həm qeyrəti,
həm qayğısı,
həm şöhrəti -
Böyük borcu boynumdadır,
Boynumdadır!

Oxudum. Və... Düşüncələrə daldım.Qatlanmış vərəq və altı xətlənmiş misralar... Atamın hiss və duyğularını yaşadım. Anam Nəcibə, bacım Nəzrin görmədiklərini yəqinləşdirib “Vətən dedim” şerini bağrıma basdım. Atamın Vətən sevgisi qəlbimə hopdu , əlləri ilə qatladığı vərəqi öpdüm..

Beynimdə nələr dolanmadı?! Bəlkə özünü Vətənlə həmahəng bilən atam, böyük şairmiz Rəsul Rzanın dediyi kimi, Vətənin qeyrəti, şöhrəti və müqəddəs borcu üçün ön cəbhəyə getdi?! Bəlkə doğulub boya-başa çatdığı Füzuli rayonu ərazisində şanlı Aprel hadisələrinin sevinci , milli ordumuzun sınaq məqamları Müdafiə Nazirliyində sektor müdiri vəzifəsini qoyub, ön cəbhəyə gətirdi onu?! Bəlkə Aprel girəli yuxularını ərşə şəkən hissiyatı, Vətən qarşısında borcu , düşmənə nifrət hissləri möhtəşəm şəhidlik taxtında əyləşdirdi atamı?! Bəlkə... Bəlkə...Nə bilim?! Vətən sevgisi, qisas hissləri bir dəqiqə rahat buraxmırdı onu. Hiss edirdik ki, ön cəbhəyə getmək istəyinə Müdafiə Nazirinin əmrini səbirsizliklə gözləyir. Hər an, hər dəqiqə Aprel döyüşlərinin ilkinliyini yaşayır, özünü orada görürdü. Və elə tezliklə də istəyinə qovuşdu...

Bir dəfə sual etdim:

-Ata, nə üçün biz müharibə istəmirik?!

Güldü və dedi:

-Oğul, bizim dövlətimizin öz siyasəti var. Müharibə istəmirik! Sülhsevər xalqıq. Amma Ali Baş Komandan, ölkə rəhbəri cənab İlham Əliyevin bir əmrinə bəndik. Erməniləri hər vaxt məhv etməyə hazırıq.

...Atam arzuları yolunda, sevib- seçdiyi peşə tapşırəqlarını icra edərkən şəhid oldu. Beyləqan rayonu ərazisində İbadətgahımız olan Həzrəti Cərciz Peyğəmbərdə dəfn olunub. Ailəmiz dövlətin, onun rəhbəri cənab İlham Əliyevin , Heydər Əliyev Fondunun prezdenti, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunub. Bunlar öz yerində. ...Mən yurduma tapınır, xalqıma və ölkəmizin başçısı cənab İlham Əliyevə güvənirəm! Atam kimi dövlətimə, Vətənimə sədaqətli olacam. Dağ vüqarlı xalqım, hər bir Azərbaycan insanının güvənc yeri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev var olsun!
Nə gözəl ki, onun bütün fəaliyyəti xalqın iradəsinə, rifah halının yüksəldilməsinə hesablanıb.

.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Bir nəslin dörd fəsli”

“Bir nəslin dörd fəsli”

Ədəbi tənqid
Ruhlar qovuşan yerdə... (Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş SƏNAN ...

Ruhlar qovuşan yerdə... (Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş SƏNAN ...

Qarabağ
Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ

Həbsdə olan polkovnik Mehman Səlimovun dövlət başçısına - MURACİƏTİ

Qarabağ, Başkeçid
VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

Qarabağ, Biologiya və tibb elmləri
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prezident İlham Əliy ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prezident İlham Əliy ...

Biologiya və tibb elmləri

"OT ÖZ KÖKÜ ÜSTƏ BİTƏR"

Köşə yazılar
Pərvanə ZALAMLI:

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Təşəkkürnamə

Təşəkkürnamə

Bakı
Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə  ...

Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə ...

Milli Məclis, Təbriklər
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Parlament seçkiləri ölkəmizdə yeni mərhələyə təkan verəcək

Parlament seçkiləri ölkəmizdə yeni mərhələyə təkan verəcək

Biologiya və tibb elmləri
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Uca Tanrı hər birinizdən razı olsun!"

MEDİA
ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

"Şərqin səsi", "Elm və Təhsil"
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏRQİYYƏ SEYİDOVA:

ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"

Poeziya, Müsabiqə
Rəy yazın: