Əməkdaşımız AJB-yə üzv qəbul olunub Digər » Təbriklər 16 июня 2021 TƏBRİK EDİRİK!.. Dəyərli qələm dostumuz, "Zirvə" İnformasiya Mərkəzinin, "ZiM.Az" saytının, "Şərqin səsi" qəzetinin və "Borçalı" nəşriyyatının Quba bölgəsi üzrə xüsusi nümayəndəliyinin rəhbəri, eyni zamanda,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşı,fəal ictimaiyyətçi,YAP Quba Rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini,İnklüziv təhsil üzrə təlimçi,"Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatı,çox hörmətli Nəhayət Məhəmməd qızı Şirinova bu günlərdə AJB-yə - Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub.Bu münasibətlə bütün kollektivimiz adındanhörmətli Nəhayət xanımı ürəkdən təbrik edir,ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,əmək və ictimai fəaliyyətində, eləcə də, ədəbi-bədii yaradıcılığındayeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az Qeyd edək ki,Nəhayət Məhəmməd qızı Şirinova - 1981-ci il yanvarın 6-da Quba rayonundakı Tülər kəndində ziyalı ailəsində dünyaya göz açıb.ADPU Quba filialının əməkdaşıdır.Fəal ictimaiyyətçidir.YAP Quba Rayon Təşkilatının Qadınlar Şurasının sədr müavinidir.İnklüziv təhsil üzrə təlimçidir.Ailəlidir, 3 övladı var.Nəhayət Məhəmməd qızı həm də poeziya vurğunudur. Hələ orta məktəb illərindən şeirlər yazır.Şeirləri və publisistik məqalələri müntəzəm olaraq"ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında,"Şərqin səsi", "Elm və təhsil", "Ziya" və s. müxtəlif mətbuat orqanlarında,"Buta", "Zirvə", "Vətən", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Rəvan"ədəbi məcmuələrində,"Poeziya çələngi" və s. poeziya antologiyalarında dərc olunub. "Abdulla Şaiq" və "Qızıl Qələm" mükafatları laureatıdır."XXI Əsrin Ziyalısı" Fəxri diplomuna layiq görülüb.Bir neçə dəfə Fəxri Fərmanla təltif olunub.Biz də Nəhayət xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az Azərbaycan!Adınla bağlıdır bütün zəfərlər,Ey odlar diyarım, Azərbaycanım!İgidlərin yolunda can verərlər,Ey gözəl diyarım, Azərbaycanım!Adın sanın bəllidir hər millətə,Az yaşınla çatmışam bu ülfətə,Örnək oldun sən minlərlə dövlətə,Sən ey qalib yurdum, Azərbaycanım!Ulu Heydər dühasından güc aldın,Müstəqillik zirvəsinə güc aldın,Zəfərinlə sən dünyaya səs saldın,Qalibiyyət yurdu, Azərbaycanım!Sərhədləri aşdı səsin, sorağın,Qan tökməyə yoxdur sənin marağın,İlham Əliyevdır Ali Baş Komandanın!Qələbə müjdəli, Azərbaycanım! Axtarıram mən Sənsiz keçən günüm, gün deyil ömrüm,Sənli günlərimi axtarıram mən.Sənə bir zamanlar dediyim ,gülüm,Şirin sözlərimi axtarıram mən.Mən oldum səninçün haqqa əl açan,Sənin görüşünə quş təki uçan.Tanrıya səninçün yüz yol əl açan,Göydə əllərimi axtarıram mən.Danış bir yalançı söylədiklərim,Sənlə bir olmağdı yalnız istəyim.Bil hər an sızlayır, fəqan ürəyimSənli illərimi axtarıram mən.Sanki yox olubdur,o, günlərimiz,Yetim tək boynunu bükdü sevgimiz,Üst-üstə düşmədi istəklərimizO, nakam qisməti axtarıram mən.Hara baxıramsa səni görürəm,Sənin xəyalınla qala görürəm,Qalada şahzadə səni görürəm,İtkin xəyalları axtarıram mən.Əlimi tutmağa əl tapmıyanda,Qəlbimi odlayan dil tapmıyanda,Heç kəsin yanında yer tapmıyanda,Heyy səni gəzirəm, axtarıram mən!Hey səni gəzirəm, axtarıram mən! Ürəyimi açıramSirli ürəyimi sənə açıram,Qəlbimin niskili boşalsın deyə.Riyadan, yalandan uzaqlaşıramQorxuram gün gələr başımı əyər.Gözümün gülüşü aldadır səni,Mən kədər yeyirəm çörək yerinə.Özüm də bilmirəm necə dözürəm,Sinəmdə daş vurur, ürək yerinə.Gah dönür həyatım zülmət gecəyə,Ömür yollarında gah sökülür dan.Soyuğ ocağımı isitsin deyəBir çırağ görünür sanki uzaqdan.Elə bil həyatım nağıl kimidir,Bax hər kəs dinləyir mənim dilimdən,Ay dostlar, bəlkə siz deyəsiz bilimMən hara üz tutum fikrin əlindən?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.