Pərviz Cəfər "Azərbaycanın Əməkdar jurnalisti" fəxri adına layiq görülüb Digər » Təbriklər 25 декабря 2018 TƏBRİK EDİRİK!.. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-il dekabrın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat xidməti sektorunun müdiri Cəfərov Pərviz Əziz oğluna Azərbaycanın Əməkdar jurnalisti fəxri adı verilib.Əziz və dəyərli dostumuz, istedadlı qələm sahibi, tanınmış jurnalist və təcrübəli mətbuat işçisi, savadlı, zəhmətkeş, xeyirxah və təvazökar insan, çox hörmətli Pərviz Cəfəri yüksək fəxri ada layiq görülməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.