Hamının tanıdığı naməlum adam – Akif Əlinin doğum gününə

Hamının tanıdığı naməlum adam – Akif Əlinin doğum gününə Biz şəxsən tanış olmasaq da, əvvəlcə mən ona sosial şəbəkədə yazmışdım: “Salam, müəllim! Siz filan mövzuda kitab yazmısınzmı?”

Nədənsə mənim yadımda onun adı həmin kitabın müəllifi kimi qalmışdı. Kitab bir insanın həyat uğrunda mübarizəsindən bəhs edirdi.
O kitabı axtarırdım ki, ordan nələrsə öyrənim. Mənim üçün çox çətin vaxtlar idi.
Düşdüyüm çıxılmaz durumla mübarizə aparmaq üçün kitablardan nəsə öyrənmək istəyirdim.

Cavabı qısa oldu: “Xeyr, mən elə kitab yazmamışam.”

Təəccübləndim və susdum. Görən niyə mənim beynimdə bu müəllifin adı həmin kitabı yazan adam kimi qalmışdı…

Sonradan öyrəndim ki, mənim üçün naməlum olan bu şəxs özümə müəllim saydığım istedadlı telejurnalist Cavanşir Cahangirovu bir vaxtlar AzTv-yə gətirib, işə götürüb və o vaxtdan Cavanşir də onu özünə müəllim bilir.
Bunu öyrənəndən bir-neçə gün sonra telefonda qeyri-ixtiyari:
“A, Siz mənim müəllimimin müəllimisiz ki...” - dedim.
Ömrüm boyu müqəddəs MÜƏLLİM USTAD sözlərinin fərqinə vararaq davranmışam.

Artıq sosial şəbəkədə yox, telefonda danışırdıq.
Xatırlamıram, internetdə yazışmanın hansı məqamındasa mən nömrəmi vermişdim və o mənə zəng etmişdi.
Bilmirəm axtardığım kitab onu maraqlandırmışdı, yoxsa qanımın qara olduğunu hiss etmişdi...

“Sabah gəl “İçəri şəhər” tərəfə, bizim idarəyə.” - dedi və sağollaşdıq.
Səhəri gün metrodan çıxıb “gəlirəm” demək üçün zəng vurdum, ilk sözü bu oldu: “Hələ də dünənki ab-havadasansa, gəl. Yox keçdisə…”

İnsan mübariz olanda beyni bir az dumanlı olur, bilirsiz də.
-“İçəri şəhər” metrosundan “Gəlirəm - dedim, - hansı tərəfə yön alım?”
-“Yuxarı tərəfə… Nazirlər Kabinetinin binasına doğru gəl,” - dedi.

Binaya çatdım, içəri daxil oldum və yenə təəccübləndim.
Sən demə dünəndən bəri narazı qaldığı mətbuatla ilgili qanıqara gəzən və mübarizə eşqi ilə alışan bir uşaqla danışan mətbuat aləmində yüksək vəzifəli şəxslərdən biri imiş…
Mən kabinetə daxil olan kimi:
-“Nədən və kimdən küsmüsən, bala?” - dedi gülə-gülə.

-“Özümdən” – dedim.

“Niyə küsürsən ki... Vətəndaşın küskünlüyü vətənə ziyandı axı...”

Qarşımda dayanan adamın filosof olduğunu güman etdim. Odur ki, mən də “filosofluq” elədim: “Həyatdı da, müəllim…” Sonra ərklə: “Sifətiniz çox tanış gəlir, müəllim… Siz kimsiniz?” - deyə sual verdim. O, gülümsədi və susdu. Amma səmimi baxışları mənə “Mətbuat işçilərinin dostuyam” - deyirdi. Və beləcə dostyana səmimi ünsiyyət yarandı, xeyli söhbət etdik – mətbuatın sıra nəfəri Günya Novruz və Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli.

İlk andan mənə öz övladı kimi davrandı və “Həyat dediyin təəssüf ki, əbədi mübarizədən ibarətdir, qızım, - dedi.- Ruhdan düşmə!” O danışdıqca məni fikir götürmüşdü: axı bu sima mənə çox tanışdır, özü də lap çoxdan tanıdığım adamdır, təkcə mətbuat katibi kimi yox… Ha beynimi qurdalasam da tapa bilmirdim ki, bilmirdim…O isə təzəcə tanıdığı adi bir jurnalisti diqqətlə dinləyir və dərdini anlayırdı… İndiki dövrümüz üçün həqiqətən qəribə idi!

Araya söz qatdım: “Axı, mən dünəndən interneti ələk-vələk eləmişəm, sizin haqqınızda heç nə tapmadım. Deyəsən heç saytınız da yoxdur?”

- Yaxşı axtarmamısan, qızım… - dedi və yenə gülümsədi. - Hə, şəxsi saytım yoxdur, reklam olunmuram.

Yenə susdum. İlahı, niyə mənə bu qədər tanış gələn bu naməlum adamın kimliyini xatırlamıram? Bu qədər mənə doğma olan bir kəsi necə tanımamaq olar, axı?

- Radiodan çıxandan sonra bəs indi nə işlə məşğulsan? – dedi.

- Sayt yığıram.

- Elə??? Onu neçə öyrənmisən? Asan iş deyil…

- Özümdən küsərək, məcburən. – dedim.

Mən güldüm o isə ciddiləşdi: “Bir də mənim yanımda özümdən küsmüşəm sözü desən “özündən küs”! - dedi mənə.

Mənə yüksək qurumun rəhbəri olduğunu heç hiss etdirməsə də, özüm artıq hər şeyi görüb anlayırdım. Özü də bu maraqlı adam mənim üçün təkcə AZTV-nin keçmiş əməkdaşı, indinin Mətbuat katibi və fəlsəfə doktoru deyildi. Kim idisə mən onu lap uşaqlığımdan tanıyırdım, yaxından tanıyırdım, amma heç cür yadıma sala bilmirdim ki bilmirdim.

Bu düşüncələrlə - “Sizin üçün sayt yığa bilərəm” - dedim. Ayağa qalxdı və kitab rəfindən müəllifi olduğu bir-neçə kitabı götürüb qarşıma qoydu. Onu mən onsuz da yazıçı kimi tanıyırdım. Hətta çox sevdiyim “Mozalan” süjetlərinin müəllifi olduğunu da bilirdim. Vaxtilə AzTele-Radioda işləyəndə tez-tez gedib köhnə verilişləri izləyirdim fondun izləmə otağında. Akif müəllimi televiziyaçı kimi ordan da tanıyırdım.

Biz danışdıqca beynimdəki əsəb dumanı yavaş-yavaş çəkilib gedirdi. Dünyadan və özümdən küsdüyüm yadımdan çıxırdı. Daha doğrusu, Akif müəllim unutdurmuşdu o halımı.

Birdən özümdən asılı olmadan ucadan: “Ay Allah!!!” – deyib ah çəkdim və səsim otağa yayıldı. Başını qaldırıb təəccüblə üzümə baxdı: “Dostum, bu olmadı ki... Yenə fəryad çəkirsən?! Sakitləş. Mübarizəni apar, ancaq özünlə yox, bu vətənə düşmən olan kəslərlə, istedada qənim olanlarla apar, özünü üzmə…”

Artıq səbir kasam tükənmişdi.

- Yox e, müəllim, başqa maraq məni boğur, Sizi hardansa tanıyıram axı? Siz kimsiniz? - Bir də yazıq-yazıq sual verdim.

Akif Əlini tanıyanlar bilir, onun şirin-şirin gülüşü ilə adama cavab verməyi var.

- Mən? Mən Akif Əliyəm. Al, bu da mənim bioqrafiyam. Kompüterdə əməlli axtar, bax...

Kompüterə göz gəzdirdim. Həyat yolu ilə tanış olmağa başladım.
Və…və… və…

- AAAAAA!!!!!! TAPDIQQQQ!!!!! – uşaq kimi qışqırdım.

- Ay qız, yavaş! – dedi.

Üstümdən sanki ağır yük götürüldü. Əlbəttə, Tapdıq! “Tütək səsi”ndəki Tapdığı tanıdım indi. Deyirəm axı mən bu adamı hələ lap uşaqlığımdan tanıyıram…

Dərhal beynimdən bir fikir keçdi: onun üçün şəxsi sayt hədiyyə edəcəm. Bəzi materialları götürüb sağollaşdım. Çox qısa bir müddətdə dostumun saytını yığıb verdim ki, rəyini bildirsin. Etiraf edim ki, mən Akif Əli yaradıcılığını tam şəkildə məhz saytı yığanda araşdırdım, öyrəndim və sözün əsil mənasında hər dəfə onun yaradıcılığında bir yeni səhifəni gördükcə, ömür kitabını vərəqlədikcə, böyük bir MƏN-liklə qarşılaşırdım. İstedadlı insan Mənliyi, yetkin şəxsiyyət Mənliyi ilə.

Və saytın üzərində işləyə-işləyə düşünürdüm: adam var yarım dənə iş görür, amma o işi elə təqdim edir ki, deyirsən, ay aman, sus bu “istedadın” qarşısında. Akif Əlinin bu qədər zəngin yaradıcılığı haqqında isə mən susa bilməzdim…

…İlahi, bu adam mənim fikirlərimdə həqiqətən dəyişiklik edirdi. Bu adam sanki mənə - “Uşaqsan, bala, bir özündən deyəndə, bir də ətrafına bax, başqalarından örnək götür,” - deyirdi hər səhifəsində, yaradıcı ömrünün hər fəslində. Amma canlı söhbət zamanı mənə - “Qızım, sən çox istedadlı adamsan, özünə güvən və irəli addımla, elə et ki, mübarizən bu yurda xeyirli olsun” - deyirdi.

…Bir müddət sonra artıq toparlanmışdım, özümə inamım artmışdı və dərk etmişdim ki, Akif müəllim “İdrak” kitabında çox dəqiq yazıb: istedadlı adam - hər sahədə istedadlıdır. Bəlkə özümü bir az da televiziyada sınayım? – dedim ürəyimdə. Sanki Akif müəllimlə qiyabi məsləhətləşirdim.

Bir gün mənə zəng etdi: “Qızım, nə oturmusan o kənddə, dur hərəkət elə.” - dedi. Düzü pərt oldum. “Nasosnu” kimi tanınan bu ərazi kənd deyildi axı. “Gəl get TV-lərdən birinə, təklif ver, veriliş hazırla. Sənin bir radio verilişini dinlədim, əsil tele-radio işçisisən...”

Əgər həyatım boyu bu sahədə - mətbuatda olsam, bir atama, bir də Akif Əliyə minnətdar olacam. Atam ilk şerlərimi çap etdirmək üçün mənə mis təmizlətdirib zəhmət haqqı vermişdi, mən də o pulu aparıb baş redaktora verdim ki, şeirimi çap eləsin (qəzetin adını yazmıram). O vaxt dərk etdim ki, həyatda uğuru pulla alıb-vermək düzgün deyil, insanı tapşırıqla idarə etməzlər. Adamı insanlığa çatdırarlar, zəhmətə alışdırarlar, qalanı onun şəxsiyyətinə bağlıdır, məqsədinə çatmaq istəyən çalışsa mütləq çatacaq. Akif Əli isə “Dur ayağa və hərəkətə keç,” - dedi mənə. “Misal üçün, - dedi, - ilk olaraq evdəki qara rəngli paltarlarını at getsin. Pisniyabətliyi at üstündən…Ruhunu yenilə…”

Evdə həqiqətən qara geyimlərim çox idi. Ümumən, ağ-qara geyinməyi sevirdim o zamanlar. Onun sözündən sonra təzə, rəngli paltarlar aldım, bir az pulum var idi, sifarişlə bir-neçə nəfərə sayt yığıb qazanmışdım. “Görəsən efirə çıxmaq üçün geyim almağıma çatacaqmı?” - öz-özümə danışa-danışa dükanları gəzirdim. Artıq mənim dünyamda o dərəcədə dəyişiklik baş vermişdi ki, hələ hansı Tv-yə müraciət edəcəyimi bilməsəm də, artıq efirə hazırlaşırdım. Evdə də hamı mənə heyran qalmışdı. Çünki, işdən çıxandan sonra neçə ay idi mən sanki əziz adamını itirmiş birisi kimi matəm içində gəzirdim. “Aha,- dedilər evdəkilər, - yenə qayıtdı bizim Günay, oldu həminki şən qızcığaz...” Həqiqətən sanki qəflət yuxusundan oyanmışdım.

“HƏMİN MƏN”. Şəhərə gedən avtobusun pəncərəsindən baxa-baxa verilişin adını da fikirləşdim. Ssenarisini artıq yazırdım beynimdə. İlk verilişimin qəhrəmanını da tapmışdım. Qalırdı kanalı seçmək.

“Ya Allah!” - deyib başladım. Kanallardan birinə müraciət etdim və təklifim qəbul edildi. Akif Əlinin yanına getdim, ssenarini stolunun üstünə qoydum və xahiş etdim ki, oxusun. Oxudu: “Əla! - dedi,- sən həqiqətən də istedadlı adamsan, get çək bunu, alınacaq.”

Akif Əlinin sayəsində mənə film çəkmək də nəsib oldu. Film çəkildi... efirə getdi…

Bu günlərdə Akif müəllimin ötən ilki saytına bir də baxdım.
Onun yaradıcılığı ilə nə qədər yaxından tanış olsam da, yenə mənə məlum olmayan çalarlar gördüm.
Odur ki, saytda çox şeyi təzələdim, genişləndirdim, dəyişdirdim və sürətlə yenisini yığdım.
Onun çoxsahəli yaradıcılığının bir hissəsini burda əhatə eləməyə çalışdım. Bilmirəm necə alındı. Onu oxucular deyər.

Mənsə özümə müəllim bildiyim telejurnalist Cavanşir Cahangirovun vaxtilə müəllimi olmuş,
indi isə mənə Ustad kimi əziz olan Akif Əliyə ad günü münasibətilə hədiyyə edirəm bu saytı: www.akifali.com
Təbriklər, Ustad!!!


Qeyd: Onun 22 fevraldakı doğum gününü sevmədiyi təmtəraqlı, bəzəkli cümlələrlə təbrik etməyə qorxduğum üçün, sadəcə “təbriklər” yazdım.

Günay Novruz,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.



Hamının tanıdığı naməlum adam – Akif Əlinin doğum gününə REDAKSİYADAN:

TƏBRİK EDİRİK!..

Bu gün tanınmış Azərbaycan yazıçısı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri,
2-ci dərəcə Dövlət müşaviri, filoloq alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent,
Qızıl qələm mükafatı laureatı, çox hörmətli
Akif Əlinin Ad günüdür. Daha doğrusu,
anadan olmasının 65 illik Yubileyidir.


Xatırladaq ki, Akif Əli 1952-ci il fevralın 22-də
Şuşa şəhərində anadan olub.
M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (1974).
"Azərbaycanfilm", "Tacikfilm", "Lenfilm" kinostudiyalarında filmlərə çəkilib (1974-1978).
"Uzun müharibədə qısa görüşlər" (Tacikfilm) filmində Rüstəm (1974-1975), "Tütək səsi" filmində (Azərbaycanfilm) Tapdıq (1975), eləcə də "Əgər bir yerdəyiksə" (1975), "Arxadan vurulan zərbə" (1977) və s. filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb.

Akif Əli 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indiki "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti) müxtəlif vəzifələrdə çalışıb. O, radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-1983) vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin ("Sabahınız xeyir", "Molla Nəsrəddin", "Gülüş axşamı" (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-1987) vəzifəsində çalışarkən isə televiziya proqramlarının ("Zəriflik", "Aygün", "7 sual, 7 cavab" televiktorinası, "İdrak", "Tələbə dünyası", "Teleteatrda gənclər gecəsi", "Çay, çay, çay!", "Mənəvi dünyamız") yaradıcısı, müəllifi, yaxud redaktoru olub.

Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, "Mozalan" kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.

1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib.

1990-cı ildə "Vətən səsi" qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin
baş redaktoru vəzifəsində çalışıb.
Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.

1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.

"Gözəlliyin qədrini bilək" (1984), "Azərbaycanın müasir kinoaktyorları" (1984), "Unudulmaz yollar" (1985), "Məhəbbət təranələri" (1989), "Qaragöz oyunu" (1999), "M.Ə.Sabirin satira sənətkarlığı" (1999), "Öncə – vətəndir" (2003), "Böyük ömrün anları" (2004), "İdrak" (2007), "Azman" (2013) və b. kitabları çap olunub.

Akif Əli həm də tərcümə ustası kimi tanınır. O, A.Hertsenin "Olmuşlar, düşüncələr", V.Mayakovskinin "Taxtabiti", M.Zoşşenkonun "Nəhs günü", J.B.Molyerin "Meşşanın zadəganlığı", A.Soljenitsinin "Matryonanın ocağı", A.Çexovun "Hekayələr", Qrimm qardaşlarının "Bremen musiqiçiləri" və s. əsərlərini ana dilimizə böyük ustalıqla çevirib.

Akif Əli həm də gözəl ailə başçısıdır, iki övladı var.

Nəhayət, biz də şəxsən öz adımızdan, eləcə də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
tanınmış Azərbaycan yazıçısı, istedadlı qələm sahibi, xeyirxan insan,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri,
2-ci dərəcə Dövlət müşaviri, filoloq alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent,
Qızıl qələm mükafatı laureatı, çox hörmətli Akif Əlini yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
Yubileyiniz mübarək, Cavanşir Cahangirov!..

Yubileyiniz mübarək, Cavanşir Cahangirov!..

Tv, Təbriklər
Pərvanə ZALAMLI:

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanda elektron ticarət şəbəkəsi yaradıldı

Azərbaycanda elektron ticarət şəbəkəsi yaradıldı

Elanlar, Köşə yazılar
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

MEDİA
N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

Borçalı
“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

Qaraçöp, Köşə yazılar
TANINMIŞ HAKİM, HÜQÜQŞÜNAS-ALİM və İSTEDADLI YAZIÇI-DRAMATURQ ƏNVƏR SEYİDOV

TANINMIŞ HAKİM, HÜQÜQŞÜNAS-ALİM və İSTEDADLI YAZIÇI-DRAMATURQ ƏNVƏR SEYİDOV

---
TANINMIŞ HAKİM, HÜQÜQŞÜNAS-ALİM və İSTEDADLI YAZIÇI-DRAMATURQ ƏNVƏR SEYİDOV

TANINMIŞ HAKİM, HÜQÜQŞÜNAS-ALİM və İSTEDADLI YAZIÇI-DRAMATURQ ƏNVƏR SEYİDOV

Regionlar, ADPU, Hüquq, Təbriklər
Təranə Yusifqızının hekayələri

Təranə Yusifqızının hekayələri

Nəsr, Müsabiqə
Akif Xansultanlı: MƏNİM SAYDIĞIM ÖMÜR...

Akif Xansultanlı: MƏNİM SAYDIĞIM ÖMÜR...

"Qarapapaqlar", Poeziya, Borçalı, Təbriklər, Müşfiq Borçalı
İlyas - “İlahi qüvvə”, Münəvvər isə -

İlyas - “İlahi qüvvə”, Münəvvər isə - "İşıq, nur" deməkdir

BDU, "Şərqin səsi", Köşə yazılar
BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU
Təbrik edirik!.. Bəxtiyar QARACAya AzTV-də yüksək vəzifə verildi

Təbrik edirik!.. Bəxtiyar QARACAya AzTV-də yüksək vəzifə verildi

Mədəniyyət, MEDİA
AzTU Həmkarlar Komitəsinin Sədri

AzTU Həmkarlar Komitəsinin Sədri "Tərəqqi" medalı ilə təltif olunub

AzTU, Təbriklər, Qərbi Azərbaycan
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: