AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ŞİRİNXANIM!.. Digər » Təbriklər 3 сентября 2016 Bu gün müasir Azərbaycan ədəbiyyatının ən məhsuldar qadın yazarı, 17 kitab müəllifi, tanınmış şair-publisist Şirinxanım Kərimbəyli Şadimanın dogum günüdür. Şirinxanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Və aşağıda Şirinxanımın öz doğum gününə yazdığı bir şeiri oxucularımıza təqdim edirik.Hörmətliə, Müşfiq Borçalı, Ceyhun Ağabəyov.DOĞUM GÜNÜMÖmür keçir, saç ağarır, yaş artır,Qəlb içində arzu-dilək baş qatır,Hər keçən də yollarıma daş atır,Çalma, partlar taleyimin qavalı,Doğum günüm, nə gəlmisən havalı?Mən heç yolun yarısına çatmadım,Boş işlərlə öz başımı qatmadım,Yorğanımı çəkib başa yatmadım,Ömür-günün dəyir cana zavalı,Doğum günüm, nə gəlmisən havalı?Göz açandan çarpışıram aylarla,Ürəyimdən yara açan vaylarla,Göz yaşımdan çeşmə gəzən çaylarla…Fikirin var, soruşasan sən halı,Doğum günüm, nə gəlmisən havalı?Bu dünyaya öz xoşumla gəlmədim,Gələn gündən bir doyunca gülmədim,Niyə gəldim? Gəldiyimi bilmədim,Utancdanmı, üzün-gözün həyalı?Doğum günüm, nə gəlmisən havalı?Deyiləsi sözün varsa, de, danış,Ürək yanır, sən də ora dur qarış,Bilirəm ki, deyəcəksən, nə yarış?Sevməmişəm heç bir sözü boyalı,Doğum günüm, nə gəlmisən havalı?Şadimanın gözündə gəz qəmini,Ağrılara tut gözünün nəmini,Vurnuxuram, tapım işin çəmini,Dodaqlarım doğulandan dualı,Doğum günüm, nə gəlmisən havalı? Doğum günüm, nə gəlmisən havalı?02.09.1988Şirin Xanım Kərimbəyli Şadiman.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.