Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun V.Leninə məktub-teleqramı

Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun V.Leninə məktub-teleqramı N.Nərimanov: “Bizə deyirlər: siz tamamilə mübahisəsiz əraziləri Azərbaycan üçün təmin edə bilmirsiniz, amma Şərqin azad edilməsindən dəm vurursunuz”.

27 iyun 1920-ci il


Hörmətli yoldaş Lenin, Çiçerin yoldaşın teleqramından görünür ki, Mərkəzin informasiyası birtərəflidir. Mərkəz bu gün də denikinçilərlə birgə Azərbaycanın sovet hakimiyyətinə qarşı fəaliyyət göstərənlərin təsirinə uyub. Əgər Mərkəz Azərbaycanı qurban verərək, yalnız Bakını, nefti saxlamaq və şərq siyasətindən imtina etmək istəyirsə, qoy belə də etsin. Amma xəbərdarlıq edirəm: Bakını qonşuluğunda satqın daşnakların və gürcü menşeviklərinin olduğu bütöv Azərbaycansız özünüzdə saxlamağınız mümkün olmayacaq. Digər tərəfdən öyrənmək istərdim, Mərkəz bizə – müsəlman-kommunistlərə necə baxır və belə bir mühüm məsələni bizsiz necə həll edə bilər? Mərkəz bizə inamsız yanaşa bilər, amma axı Mərkəzin qərarı ilə Orconikidze və Mdivani kimi məsul işçilər də razı deyillər. Birbaşa deyirəm: Mərkəz Qarabağ haqqındakı qərarı ilə bizim əlimizdən təsir alətini aldı. “Müsəlman-kommunistlər Azərbaycanı Rusiyaya satdılar, o Rusiyaya ki, həm Ermənistan və Gürcüstanın müstəqilliyini tanıyır, həm də sovet hakimiyyəti qurulana kimi mübahisəsiz Azərbaycan vilayətlərini mübahisəli hesab edir”, sözlərini tez-tez təkrarlayan Müsavatın provokasiyasını gücləndirdi və əsaslandırdı.
Yoldaş Çiçerin mərkəzə tabeçilikdən danışır, amma Mərkəz nəzərə alırmı ki, bizi şirma olmağa məcbur edir? Əksinqilab yatırılıb, amma hələ nəfəs alır və yeni qüvvə ilə alovlanmağa hazırdır, çünki Mərkəz bizi o səviyyəyə çatdırıb ki, yaxın zamanlarda söz gücü ilə deyil, yalnız silah hesabına fəaliyyət göstərmək iqtidarında olacağıq. Vəziyyətimizin faciəviliyi də bundadır. Bir ay öncə, müsavatçıların provokasiyalarını dağıtmaq imkanımız vardısa, indi bu imkandan məhrumuq. Bizə deyirlər: siz tamamilə mübahisəsiz əraziləri Azərbaycan üçün təmin edə bilmirsiniz, amma Şərqin azad edilməsindən dəm vurursunuz. Biz MK-nın qərarlarına sözsüz tabe oluruq, amma eyni zamanda bəyan edirik: kütlə arasında təsirimizi itiririk. Yüksək nüfuzumuzdan yararlanırdıq və hər iki respublikanın birləşdirilməsi sahəsində bütün dekretləri maneəsiz həyata keçirə bilirdik, amma indi bu yalnız silah gücünə mümkündür. Bizim nümayəndəmiz yola düşür, buna görə də xahiş edirəm və yalvarıram ki, Azərbaycan haqqında Mərkəzin qərarlarını müvəqqəti olaraq dayandırasınız.

Nərimanov


ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DARVAZLI Mərkəz Ovçuyevə BAŞSAĞLIĞI

DARVAZLI Mərkəz Ovçuyevə BAŞSAĞLIĞI

Darvaz, Nekroloqlar
“AzTU-da Gənclərin Virtual İnkişafı və  İdarəetmə Mərkəzinin Təqdimatı olac ...

“AzTU-da Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin Təqdimatı olac ...

AzTU, Elanlar, GVİİM
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Tanınmış jurnalist Subut Mehdiyev Mərkəz sədri seçildi

Tanınmış jurnalist Subut Mehdiyev Mərkəz sədri seçildi

MEDİA
Azərbaycan Texniki Universiteti daha bir uğura imza atıb

Azərbaycan Texniki Universiteti daha bir uğura imza atıb

AzTU
AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU, GVİİM
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Xalidə Xalid: “ Erməni sözçüsü  öz adını kimə qoymaq istəyir?”

Xalidə Xalid: “ Erməni sözçüsü öz adını kimə qoymaq istəyir?”

Azərbaycan, Köşə yazılar
Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Təhsil, Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı, Köşə yazılar
NƏRİMAN NƏRİMANOV – ŞƏRQDƏ SOSİALİST İNQİLABININ CƏNGAVƏRİ

NƏRİMAN NƏRİMANOV – ŞƏRQDƏ SOSİALİST İNQİLABININ CƏNGAVƏRİ

Humanitar elmlər, Elmi Məqalələr
Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

AzTU
Şəhid Əhməd Əhmədli - ŞƏHİDLİK ZİRVƏSİ

Şəhid Əhməd Əhmədli - ŞƏHİDLİK ZİRVƏSİ

ŞƏHİDLƏRİMİZ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq ...

AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq ...

AzTU
Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavi
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
3 mart -  Beynəlxalq Qulaq və Eşitmə günüdür

3 mart - Beynəlxalq Qulaq və Eşitmə günüdür

Köşə yazılar
Mahirə Əsədova:

Mahirə Əsədova: "Onlar bizim harayımıza çatdı"

Bakı, Sosial, QHT
Sabiq deputat İlham Əliyevə müraciət etdi: “Məgər biz azərbaycanlı deyilik? ...

Sabiq deputat İlham Əliyevə müraciət etdi: “Məgər biz azərbaycanlı deyilik? ...

Borçalı, Siyasət
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Büdcəmizdə keçən ilkindən fərqli olaraq əhəmiyyətli dərəc ...

Regionlar, MEDİA, Tiflis, Sosial
Necə unutqan oldunuz?!- Saakaşvili İlham Əliyevin xeyirxahlığın xatırlatdı

Necə unutqan oldunuz?!- Saakaşvili İlham Əliyevin xeyirxahlığın xatırlatdı

Azərbaycan, Gürcüstan, Dünya
Rəy yazın: