“Azəryolservis”dən ixtisarlarla bağlı AÇIQLAMA Digər » Sosial 20 января 2016 “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti qurumda kütləvi ixtisarların aparılması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli özünün Fecebook səhifəsindəki açıqlamasında “Azəryolservis”də kütləvi ixtisarların aparılmadığını və bu haqda yayılan xəbərlərin həqiqətdən uzaq olduğunu bildirib.“Bundan öncə qeyd etdiyim kimi, Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə 28 dekabr 2015-ci il Sərəncamına əsasən, “Azəryolservis” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb və Nazirlər Kabinetinə cəmiyyətin yeni Nizamnaməsinin, həmçinin strukturunun layihələrini hazırlamaq tapşırılıb.Yeni strukturun formallaşdırılması, idarə və şöbələrin adlarının, ştat vahidlərinin dəyişdirilməsi üzərində işlər aparıldığına görə, cəmiyyətin bütün əməkdaşlarından əmək müqavilələrinə xitam verilməsi barədə ərizələr toplanılıb."A.Nəcəfli qeyd edib ki, cəmiyyətin yeni strukturu təsdiq olunandan, ştat vahidləri müəyyən olunduqdan sonra yol təsərrüfatı üzrə təcrübəli mütəxəssislərdən ibarət komissiya yaradılacaq. Onun sözlərinə görə, həmin komissiya aidiyyəti idarə və şöbələrə sırf avtomobil yolları təsərrüfatı sahəsində kifayət qədər bilik və bacarığa malik əməkdaşları seçəcək və onlarla yeni əmək müqaviləsi imzalanacaq.Qeyd edək ki, KİV-də yayıılan xəbərə görə, Saleh Məmmədov “Azəryolservis” ASC-nin sədri vəzifəsinə təsdiqlənəndən sonra bu quruma daxil olan 115-dən artıq idarənin bütün işçilərindən işdən çıxarılma barədə ərizə alınıb. Qurumda kütləvi ixtisarların aparıldığı iddia edilir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.