KİTABXANA İŞÇİLƏRİ ÜÇÜN QİYMƏTLİ VƏSAİT

KİTABXANA İŞÇİLƏRİ ÜÇÜN QİYMƏTLİ VƏSAİT Mövzunun mahiyyətinin hərtərəfli açılması məq­sədilə, ilk növ­bədə, “Kitabxana” sözünün ifadə et­diyi məna və məz­mununa nəzər salmaq yerinə düşərdi. Qədim dövr­lər­dən üzü­bəri dilimizdə ge­niş mənada işlədilən “ki­tab” sözü ərəb dilinə məxsus olub, bizim “Ana di­limiz”də də “kitab, mək­tub və yazı” mənalarında iş­lənməkdədir. Müa­sir dövr­də isə, kitablar öz məz­mununa görə çox sahəlidir: ədəbi-bədii, ictimai-siyasi, tarixi-coğ­rafi, təbii-texniki olmaqla müasir elmi-texniki tərəq­qinin, demək olar ki, bütün sahə­lərini əhatə edir...

Burada, yeri gəlmişkən, klassiklərimizdən Bəh­mən­yarın, H.B.Zə­rdabinin, N.Vəzirovun və Dün­ya­şöhrətli xalq şairi­miz S.Vurğunun elm və kitab­la­rın həyati əhəmiyyəti haq­qın­da söylədikləri ədə­bi­yaşar alimlərimizin əbədilik şöh­rəti qazanmış mü­­­­lahizələrini qeyd etmək də yerinə düşər­di...
Ə.H.Bəh­mən­yar: “Elə adamlar axtarın ki, onlar­la söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mü­taliəsi filosoflarla söhbətə dəy­sin”.
H.Zərdabi: “Kitab qiymətli xəzinədir”.
N.Vəzirov: “Kitablar bizi ötən əsrlərin mənəvi hə­­yatının varisi edir”.
S.Vurğun: “Şairin sözü insan qüvvəsinin sərkər­də­si­dir”.
Yuxarıda qeyd olunan mülahizələrin ümumi məzmunu ölkə­mizdə “Kitabxana” yaradılmasına, bir növ”, rəvac ver­mişdir... Azərbaycanda XIII əsrdə Nəsrəddin Tusinin Ma­rağa rəsədxa­nası - Kitabxanası, XVI əsrdə Şah İsmayıl Xə­tainin Sa­ray Ki­ta­b­xanası məşhur olub. XIX əsrdə A.Ba­kıxanovun və M.F.Axun­d­­zadənin zəngin “Ev kitabxana”sı olub... Onu da qeyd etmək lazımdır ki, Azərbaycan da ilk “Kütləvi Kitabxana” N.Nəri­manov tərəfindən 1894-cü ildə Bakıda yaradılmışdır...
Sabiq Azərbaycan SSR-də 4 minə qədər Kitabxana fəa­liy­­yət göstərmişdir... Azərbaycanın müstəqilliyi dövründə isə ölkə­miz­­də kitabxana şəbəkəsi daha da genişlənmişdir... Beləcə də, Humanitar elmlər sahəsinə yeni bir elm sahəsi - Kitab­xana­şünaslıq daxil olmuşdur... Bu sahədə prof. A.Xə­ləfovun, prof. T.Kərimovun, Ə.İsmayılovun və baş­qa­­larının əməyini, xüsu­si­lə, qeyd etmək olar...

Bu yaxınlarda Azərbaycan Milli Kitabxanasında işlədi­yim günlərin birində AMK-nın Xidmət İşləri üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi Ədibə xanım İsma­yılova və onun yenicə işıq üzü görmüş - “Oxuculara xid­mə­tin əsas istiqa­mətləri, inovativ yeniliklərin tətbiqi təcrü­bəsi” (Bakı, 2016) kitabı ilə yaxından tanış olduq.
Kitab­xana işçilərinin gündəlik fəaliyyəti üçün “hava və su” kimi vacib olan bu kitabı Əməkdar mədəniyyət işçisi, prof. K.Ta­­hirov redaktə etmiş, ki­taba əmək­dar mədəniyyət işçi­si G.Səfərəliyeva Rəy yaz­mışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan kitab­xa­na­şünaslığı sahəsində ilk təcrübə kimi yazılmış bu əsər­ müəllifin uzun illər Azərbaycan Milli Kitabxanasında ça­­lış­dığı iş təcrü­bəsi əsasında ərsəyə gəlmişdir. Odur ki, müəl­lif geniş geniş oxu­cu kütləsinə xidmətin əsas istiqa­mətlərini və bu sahədə qa­zandığı təcrübənin əsas yenilik­lə­rini çox müvəffəqiyyətlə oxu­cu­lara çadıra bilmişdir...

Müəllif müasir həyatımızın vacib bir sahəsinə həsr etdiyi bu kitabın əvvəlində “Giriş” və ya “Ön söz”, “Ön söz əvəzi” ver­məsə də, elə kitabın ilk səhifələrindən aydın olur ki, “Öl­kəmizdə kitabxana sahəsinin inkişafına Azər­baycan xalqının Ümummilli lideri Heydər Əliyevin xüsusi diqqəti olmuşdur... Azərbayca ikinci dəfə rəhbərlik etdiyi 10 il müddətində Milli Kitabxanaya 4 dəfə səfər edən Ulu Öndər bu tipli mənəviyyat məbədinin inkişafını daim diq­qət mərkəzində saxlamışdır... Onu da qeyd etmək ye­rinə düşər ki, Ulu Öndərimiz Heydər Əli­yevin siyasi, mədəni və mənəvi yetirməsi olan Hörmətli Pre­zidentimiz İlham Əliyev də Milli Kitabxananı daim diqqət mər­kəzində sax­layır. O, bu münasibətlə 2004, 2005, 2007, 2008-ci illərdə verdiyi sərəncamlarla “Azərbaycan Res­publika­sın­da Ki­tab­­­xana-İnformasiya sahəsinin 2008-2013-cü illər­də in­ki­şafı üzrə Dövlət proqramı”nda isə bu sahədə əsas­lı is­lahatların aparılması nəzərdə tutulmuşdur...
Onu da qeyd edək ki, rəy yazdığımız bu əsərdə “Dövlət proq­ramında” nəzərdə tutulmuş bütün problemlər, demək olar ki, məh­rələ-mərhələ ətraflı şərh olunmuşdur. Əlbəttə, bu da müəl­lifin zəngin elmi araşdırma təcrübəsinə malik ol­masından xəbər verir... Oxuculara xidmətin əsas isti­qa­mətini və bu sahədəki ye­niliklərin tətbiqi tərcüməsini müəl­­lif aşağıdakı ardıcılıqla şərh etmiş və oxucularına çat­dırmağa nail ola bilmişdir:
-Milli Kitabxana haqqında “Dövlət proqramı”nın mər­hə­lə-mərhələ şərh edilməsi;
-Milli Kitabxanada oxuculara xidmətin ayrı-ayrı sahələ­ri­nin sis­temli şərh edilməsi,
-Milli Kitabxananın iş təcrübəsinin məntiqi ardıcılıqla şərh edilməsi.
-Milli Kitabxananın quruluş sisteminin şərh edilməsi;
-Dövri mətbuatın və dövri xarakter daşıyan elmi əsərlə­rin, elmi xəbərlərin elektron variantının hazırlanması və iş­də tətbiq edilməsi;
-Mikrofilmlərin mətninin xüsusi komputer yaddaşına kö­çürülməsi;
-Kitab, qəzet və jurnalların elektrik versiyaları ilə yanaşı, Milli Kitabxananın Fondunda olan Musiqi ədəbiyyatının notlar­ının elektron versiyasının oxucuların istifadəsinə ve­ril­məsi.
-Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sa­hə­sinin 2008-2013-cü illərdə inkişaf üzrə “Dövlət proq­ramı”nın həyata keçirilməsi;
-Beynəlxalq musiqi saytı olan “Petruçi Musiqi Kitab­xa­na­sı”nda Azərbaycan xalıq motivləri və bəstəkar­larımı­zın 300-dən çox musiqi əsərinin notları habelə, Azərbay­can korifey ifa­çılarının səs yazıları mp.3 for­matında yer­ləş­di­ril­məsi;
-Diyarşünaslıq elmi biblioqrafiyasının elektron versiya­sı­nın ya­radılması.
-Oxucular, eləcə də, Dünya miqyasında Azərbaycanla ma­­­­raq­lananlar Milli kitabxananın saytı və elektron kata­loqu vasi­təsilə istədikləri əsərlərlə tanış ola bilmməsi im­kan­larının yara­dıl­ma­sı,
-Milli Kitabxanada Elektron Dissertasiya Fondunun təş­kili və ondan istifadə edilməsi.
-Milli kitabxananın ümumi Fondunda olmayan ədəbiy­yatı Rusiya Dövlət Kitabxanasından və digər Dünya ki­tabxana­ların­da istifadə etmənin təşkil edilməsi;
-Milli kitabxananın ölkəmizin bütün kitabxanalarına, elə­cə də, bütün oxuculara xidmət etmək imkanlarının ya­ra­dılması və s. geniş şərh olunmuşdur.
Kitabda Milli kitabxananın oxucu zalları haqqında da geniş məlumat verilmişdir...

Bizim mülahizəmizə görə, “Oxuculara xidmətin əsas isti­qa­mətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi” adla­nan bu ki­tab-yalnız Milli Kitabxanada çalışan kitabxa­na­çılar üçün yox, ümumiliklə, ölkəmizin bütün kitabxana­la­rın­da çalışan kitabxa­naçılar üçün də faydalı ola biləcə­yini nəzərə alaraq, ölkəmizin digər şəhərlərində və rayon­la­rın­da fəaliyyət göstərən Mərkəzi kitabxanalarının rəhbər iş­çilərinin Respublika müşa­virə­sində mü­zakirə edilməsi və təcrübə mübadiləsi edil­məsi də öz bəh­rəsini verərdi...

M.N.ÇOBANOV,
professor



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mö ...

MEDİA, "Zirvə"
MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALE ...

MƏRKƏZİ ELMİ KİTABXANADA MÜTALİƏNİ TƏBLİĞ ETMƏK MƏQSƏDİLƏ KEÇİRİLƏN “PARALE ...

"Zirvə"
Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutu ...

Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutu ...

Elm, "Zirvə"
KİTABXANAÇILIQ - İNFORMASİYA ELMİNƏ İKİ TÖHFƏ

KİTABXANAÇILIQ - İNFORMASİYA ELMİNƏ İKİ TÖHFƏ

Yeni nəşrlər, BDU
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Mədəniyyət, MEDİA
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

---
Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Mədəniyyət
AMEA MƏRKƏZİ ELMİ KİTABXANANIN OXUCULARIN İSTİFADƏSİNƏ VERİLMƏSİNİN 1 İLLİK ...

AMEA MƏRKƏZİ ELMİ KİTABXANANIN OXUCULARIN İSTİFADƏSİNƏ VERİLMƏSİNİN 1 İLLİK ...

"Zirvə"
Abdulla Əsgərov: “ELEKTRON MÜHİTDƏ MƏKTƏBLİ MÜTALİƏSİ”

Abdulla Əsgərov: “ELEKTRON MÜHİTDƏ MƏKTƏBLİ MÜTALİƏSİ”

Naxçıvan, Məktəblər, Köşə yazılar
AzTU-da

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

AzTU
Dəyərli monoqrafiya: “HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ”

Dəyərli monoqrafiya: “HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ”

Azərbaycan
Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Borçalı
“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

Yeni nəşrlər, Digər bölmələr
Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edildi

Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edildi

Tv, UNUTSAQ, UNUDULARIQ!....
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
VİKİPEDİYA TƏLİMLƏRİNDƏ İŞTİRAK EDƏN TƏLƏBƏLƏR SERTİFİKATA LAYİQ GÖRÜLÜB

VİKİPEDİYA TƏLİMLƏRİNDƏ İŞTİRAK EDƏN TƏLƏBƏLƏR SERTİFİKATA LAYİQ GÖRÜLÜB

Digər bölmələr, BSU, BDU
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Yeni nəşrlər, Digər ali məktəblər, "Elm və Təhsil", Turan
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

Humanitar elmlər, "Zirvə"

"Göyçay tarixi"

Yeni nəşrlər
Rəy yazın: