“YAP icazə versə, təkrar seçkilərə qatılacam”

“YAP icazə versə, təkrar seçkilərə qatılacam” Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yaxın vaxtlarda parlamentin boş qalan yerlərinə seçkilər keçiriləcəyini açıqlayıb.

2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra nəticələri ləğv edilən dairələrdən biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsi idi.
Bu dairənin ən çox səs toplayan namizədi Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə olub.


ZiM.Az xəbər verir ki, bununla bağlı danışan sabiq deputat Modern.az-a yenidən seçkilərə qatılıb-qatılmayacağı haqqında suala da aydınlıq gətirib:

“Parlamentin boş yerlərinə seçkilər çoxdan keçirilməli idi. Lakin əvvəl pandemiya, sonra isə Vətən müharibəsi və post-müharibə dövründəki gərginliklər bu seçkilərin keçirilməsinə imkan vermədi. Yaxın vaxtlarda seçkilərin keçiriləcəyi ilə bağlı açıqlama verilib. Bu baş tutacaq. Namizədlərin çox olacağını təxmin edirəm, çünki 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə uğur qazanmayan çoxsaylı namizədlər var idi. Onlar təkrar seçkilərə qatılmaq istəyəcəklər.

10 il Milli Məclisdə təmsil etdiyim 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri ləğv edildiyindən, bura təkrar seçkilər keçiriləcək.

Vətən Müharibəsindəki qələbəmizdən sonra cənab Prezidentimizin qüdrətli siyasətçi, milli təəssübkeş, professional diplomat rolunda çıxışı və Ordumuzun da gücü ilə qələbənin təmin edilməsindən sonra mən ölkə başçısına məktubla müraciət edərək, Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulmaq niyyətimi ifadə etmişdim. Bu istəyim müsbət qarşılandı və mən artıq bir ildir YAP üzvüyəm. Ona görə, partiya mənsubiyyətinin tələblərinə uyğun olaraq, razılaşdırılmış şəkildə seçkilərdə iştirak edə bilərəm. Yeni Azərbaycan Partiyası məni yenidən parlamentdə görmək, namizədliyimi irəli sürmək istəyəcəksə, seçkilərə qatılacağam. Partiya bunu məqsədə uyğun hesab etməzsə, ictimai-siyasi fəaliyyətimi davam etdirib, prezidentimizin siyasətini dəstəkləyəcəyəm, dövlətimə və xalqıma xidmət edəcəyəm”.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Seçkilərdə yenidən iştirak etmək niyyətindəyəm”  - keçmiş deputat Çingiz Q ...

“Seçkilərdə yenidən iştirak etmək niyyətindəyəm” - keçmiş deputat Çingiz Q ...

Siyasət

"Azərbaycandakı seçkilər şəffaf şəkildə keçib" - YAP-dan açıqlama

YAP, Azərbaycan, Siyasət
Gənc alim Milli Məclisə keçirilən seçkilərdə namizəd oldu

Gənc alim Milli Məclisə keçirilən seçkilərdə namizəd oldu

İctimai elmlər
Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Milli Məclis, Rusiya
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət

"Borçalı" Birliyinin sədri Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı.. ...

"Borçalı" Cəmiyyəti
TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

TƏBRİK EDİRİK!... ƏHMƏD İMAMQULİYEV QALİB GƏLDİ...

Borçalı, Siyasət
Gürcüstanda oktyabrın 21-də keçiriləcək seçkilər üçün 9.546.450 bülleten ça ...

Gürcüstanda oktyabrın 21-də keçiriləcək seçkilər üçün 9.546.450 bülleten ça ...

Gürcüstan
Gürcüstan parlament seçkilərində namizədliyini vermiş soydaşlarımıza MÜRACİ ...

Gürcüstan parlament seçkilərində namizədliyini vermiş soydaşlarımıza MÜRACİ ...

Bolus
AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keç ...

AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keç ...

Elm
Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Borçalı
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

---
AYTƏN MUSTAFAYEVAya SƏS VERƏK!..

AYTƏN MUSTAFAYEVAya SƏS VERƏK!..

Azərbaycan, Siyasət
Parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı - SİYAHI

Parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı - SİYAHI

Azərbaycan, Siyasət
BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ

BEŞİNCİ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN İLK İCLASI KEÇİRİLDİ

Əsas xəbər, Azərbaycan, Siyasət
GÜRCÜSTANIN DEMOKRATİK YOLLA SEÇİLMİŞ İLK PARLAMENTİNƏ – MÜƏSSİSLƏR MƏCLİSİ ...

GÜRCÜSTANIN DEMOKRATİK YOLLA SEÇİLMİŞ İLK PARLAMENTİNƏ – MÜƏSSİSLƏR MƏCLİSİ ...

Ədəbi əlaqələr, Tiflis, Qaraçöp
Hakim olmaq istəyənlərin nəzərinə

Hakim olmaq istəyənlərin nəzərinə

Hüquq, Elanlar
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
Rəy yazın: