“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib “Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib Ulu Öndər Heydər Əliyevin
100 illik yubileyi münasibətilə Azərbayan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə 06 May 2023-cü ildə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videorolik izlənilib.


Daha sonra tədbirdə çıxış edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, "Mirvarid Dilbazi Poeziya Məclisi" İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, Nəsimi adına Dilçililik İnstitunun disertantı Nağdəli Zamanov, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstanın "Şərəf" ordenli şairi Səadət Buta, Şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova, əməkdar mədəniyyət işçisi aşıq Solmaz Kosayeva, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyyətinin üzvü aşıq Gözəl Kəlbəcərli, Odlar Yurdu Universiteti Filologiya fakültəsinin tələbəsi Səbinə Məmmədova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan yazıçılarına olan diqqət və qayğısından danışılıb.

Qeyd olunub ki, Heydər Əliyev fəaliyyətinin birinci dönəmində milli əhəmiyyət daşıyan qərarların verilməsi, Azərbaycan yazıçılarının və ədəbiyyatşünaslarının yubiley tədbirlərinin keçirilməsi öz dövrü üçün böyük əhəmiyyət daşımaqla yanaşı, böyük ədəbi hadisəsi idi. Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Ulu Öndər Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət və qayğı göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır.

Sonda aşıqların ifasında saz havaları səsləndrilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: