Gənclər təşkilatları Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş tədbirlər keçirib Digər » QHT 10 мая 2022 Müasir dövlətçiliyimizin banisi, Ümummilli lider Heydər Əliyevin doğum günü gənclər təşkilatları tərəfindən ənənəvi olaraq silsilə tədbirlərlə qeyd olunub.Ümummilli liderin məzarı ziyarət edilərək, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının nümayəndələri tərəfindən Ulu Öndərin xoş xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.Daha sonra Azərbaycan Respublikasının ilk Baş naziri Həsən Həsənov ilə “Azərbaycanın müasir gəncliyinin inkişafında Heydər Əliyev irsinin təbliği” mövzusunda görüş baş tutub. Görüş zamanı Ümummilli liderin gənclər siyasətinə gətirdiyi yeniliklərdən bəhs olunub, böyük və ibrətamiz həyat yaşamış Ulu Öndərin ideya dünyası, təməlini qoyduğu siyasi kurs, strateji inkişaf xəttindən söz açılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.Tədbirlər çərçivəsində aparıcı gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dönəmdə gənclərlə bağlı həyata keçirilən fəaliyyətləri özündə əks etdirən videoçarx izlənilib.Azərbaycanda gənclər siyasətinin banisi Heydər Əliyevin ölkəmizin gələcək zəfərlərinin əsasını qoyan siyasi, iqtisadi, hərbi, sosial, ictimai və mədəni sahələrində mirası qalib ölkənin vətəndaşı olmaq sevincini yaşayan Azərbaycan gəncliyi tərəfindən böyük qürur və minnətdarlıq hissi ilə xatırlanır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.